Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2547/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2127/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflərin nikahından 03 oktyabr 2006-cı il tarixdə X9, 21 aprel 2014-cü il tarixdə X10 və 18 noyabr 2015-ci il tarixdə X4 adlı uşaqlar dünyaya gəlmişdir. xx.xx.2006-cı il təvəllüdlü X9 artıq yetkinlik yaşına çatmışdır. Cavabdeh ilə bağlanılmış nikahın pozulması üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. xx.xx.2018-ci il tarixdə müvafiq qətnamə qəbul edilsə də, cavabdeh bundan narazı qalıb Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(105)-3825/2018 saylı qətnaməsi ilə nikahın pozulması, uşaqların saxlanılması üçün bir uşaq üçün 154 manat olmaqla, həmçinin cavabdehin digər gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1433/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra, 2(105)-2148/2019 saylı mülki işə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında xx.xx.2019-cu il tarixində baxılaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş qətnaməsinin alimentin ödənilməsi hissəsinin dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə müəyyən edilmiş bir uşaq üçün 120 manat olmaqla təyin edilən alimentin bir uşaq üçün 235 manata artırılması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2127/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2148/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(105)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2127/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda övladı xx.xx.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. Aliment iki övladıxx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaqdır. Bu səbəblə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin tutulması zəruridir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X8 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki mübahisənin predmetini əvvəlki məhkəmə aktına əsasən cavabdehdən tutulan alimentin miqdarının artırılması deyil, indeksasiya edilməsi təşkil edir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2127/2024 saylı qətnaməsində aliment sabit pul məbləğində müəyyən edilmişdir və ona görə də indeksasiya həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 15 saylı 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məsələsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minumum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borculunun rəsmi iş yerininolduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni, qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan, alimentin konkret məbləğlə ifadə edildiyi һallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyasının bu Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanuvericilikdə alimentin indeksasiyasının yeganə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbuledilmiş qətnamə ilə bir məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0.5 mislini təşkiletdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunmasışəklində göstərməlidir). Qərarın 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, iddiaçı hazırki iddia ərizəsilə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsini xahiş edir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, bu, iddia iddia ərizəsilə deyil, MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Belə olan halda, İddiaçı “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 15 saylı 20 dekabr 2024-cü il tarixli qərara istinad etməklə məhkəmədə aliment məbləğinin artırılması barədə iddianı qaldırması qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2547/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2547/2025
23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver