Məhkəmə qərarları › İş №e-2(012)-2565/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2565/2022

23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2565/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olan xx.xx.2015ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xətai Rayon Məhkəməsinin 2(011)-668/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay hər bir uşağa görə 155 manat sabit pul məbləğində alimetin artılaraq əmək haqqı və əlavə gəlirlərin 1/3 hissəsi miqdarında aliment müəyyən edilərək Cavabdeh onun xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xətai Rayon Məhkəməsinin 2(011)-668/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay hər bir uşağa görə 155 manat sabit pul məbləğində alimetin artılaraq əmək haqqı və əlavə gəlirlərin 1/3 hissəsi miqdarında aliment müəyyən edilərək Cavabdeh onun xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflər münasibətlərini qoruyub saxlaya bilmədiklərindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-668/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 İddiaçı himayəsinə verilmiş və hər ay hər bir uşağa görə 155 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 hal-hazırda İddiaçı himayəsindədir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 668/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 155 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilsə də, sözü gedən aliment məbləğləri uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların təhsil və özünüinkişafla bağlı əlavə xərcləri də meydana gəlir. Bundan başqa, cavabdeh bir ata kimi övladının qayğısına qalmır. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 təminatlarını məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə ödəməkdə çətinlik çəkir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən uşaqların mənafeyi, maddi və digər təminatları nəzərə alınaraq, uşaqların hüquqları ümdə tutularaq aliment məbləği xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin əmək haqqı və əlavə gəlirlərin 1/3 hissəsi miqdarında aliment müəyyən olunmalıdır. Həmçinin cavabdeh hərbi qulluqçudur və kifayət qədər yüksək əmək haqqı alır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, Cavabdeh hərbiçidir və hazırda hərbi xidmətdədir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 668/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 150 manat aliment tutulsa da, cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat aliment ödəyir. Həmçinin cavabdeh yenidən ailə həyatı qurmuşdur. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İİİ № 573481 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İİİ № 824644 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-668/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Xətai Rayonu Qeydiyyat Şöbəsində bağlanmış 541 saylı nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 155 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulması, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 manat Cavabdeh X3 xeyrinə tutulması, Cavabdeh 10 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 191 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1494 №-li məktubdan görünür ki, Cavabdeh əmək haqqı 1667,36 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının və cavabdehi iş yeri barədə arayışın araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 86,70 (səksən altı manat, yetmiş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-668/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 86,70 (səksən altı manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar