Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2568/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, **********39914 №-li kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023cü il tarixə qədər illik 5 % faiz dərəcəsi ilə hesablanmış 1238,73 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 41,08 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********39914 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə avtomobilinin alınması məqsədilə 24 ay müddətinə, illik 14 % ödənilməsi şərtilə 25800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili xx.xx.2014-cü il tarixli, **********39914/İP/AV №-li ipoteka müqaviləsi üzrə banka ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı «Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8654/2016 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qeydiyyat nişanlı «Volswagen Amarok» markalı minik avtomobilinə tutmanın yönəldilməsi, 23 iyun 2014-cil il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9891,30 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 798,96 ABŞ dolları faiz borcun, 178,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10869,11 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, 13 manat məbləğində məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ASC "xxxx" Bankına ödənilməli olan borcun va dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-8654/2016 nömrəli qətnaməsinin kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə yaranmış 3788,44 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdakı ilkin satış qiymətinin 41000 manat müəyyən edilməsi, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)-2007/2020 saylı qərarı ilə şikayət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra borcalan Cavabdeh tərəfindən həmin qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği (hissə-hissə ödənişlər icra edilməklə) tam şəkildə xx.xx.2023-cü il tarixində ödənilmişdir. Buna baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir: «Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir: “İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu, 421.3-cü, 423.2-ci, 424.3-cü və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında da qeyd edilmişdir: «Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər». Qeyd olunan hüquqi mövqelərə əsasən bank xx.xx.2016-cı il tarixindən (kredit müddətinin sonundan) əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinədək faizlər formasında əldən çıxmış faydanın hesablanmasında illik 5% faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 1238,73 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, BO- XO-14.2.2025-014 saylı xəbərdarlıq məktubu göndərilməsinə və sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında 2020-ci ildə razılaşma olmuş, onda olan məlumata əsasən daha sonra tərəflər arasında gərginlik yaşanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borcu ödəmiş, lakin digər tələbləri yerinə yetirməkdən imtina etmişdir. Maşın cərimə meydançasına yerləşdirilsə də Cavabdeh şikayəti əsasında maşın oradan çıxarılmışdır. Cavabdehə məxsus avtomobil hərraca çıxarıla bilərdi, belə ki, maşının dəyəri 41000 manat olaraq qiymətləndirilmişdir. Hazırki mübahisənin barışıq ilə qurtarması üçün bank tərəfindən 500 ABŞ dolları pul istəmiş, lakin cavabdeh qeyd edilən məbləğdə pulu verməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ASC "xxxx" Bankı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ondan xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixə qədər illik 5 faiz dərəcəsi ilə hesablanmış 1238,73 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 41,08 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 443.2, 445.7-ci maddələrinə istinad etmişdir. Lakin iş materiallarından, eləcə də iddia ərizəsində iddiaçının münasibətindən aydın olur ki, göstərilən maddi hüquq normaları hazırki iddia tələbi üzrə düzgün seçilməyən maddələrdir. Belə ki, sözügedən maddi hüquq normalarının məzmunu ilə iddiaçının əsaslandırdığı münasibət arasında hər hansı bir bağlılıq aşkar olunmur. O, iddia ərizəsini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə onun arasında xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi ilə bağlı iddiaçı tərəfindən ona qarşı “pul” tələbi ilə bağlı 2016-cı ildə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin iddia tələbinin bir hissəsi məhz “illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda” tələbi olmuşdur. Bildirir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ** CS *** dövlət qeydiyyat nişanlı, “Volswagen Amarok” markalı minik avtomobilinə tutmanın yönəldilməsi, xx.xx.2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9891,30 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 798,96 ABŞ dolları faiz borcun, 178,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10869,11 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq, 13 manat məbləğində məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya verilməsi ipoteka predmeti olan “Volswagen Amarok” markalı, 99 CS003 dövlət qeydiyyat nişanlı avtomobilin açıq harracda satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borcun və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişiklik edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3788,44 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya verilməsi, ipoteka predmeti olan “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdakı ilkin satış qiymətinin 41000 manat müəyyən edilməsi, qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və tərəfimdən icra sənədində göstərilən məbləğ tam şəkildə iddiaçının hesabına ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixə qədər illik 5 faiz dərəcəsi ilə hesablanmış 1238,73 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzini ondan tələb edir. İlk olaraq qeyd edir ki, xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı mübahisə məhkəmə tərəfindən 2020-ci ildə bitmişdir və bu mübahisəyə baxılan zaman eyni zamanda iddiaçının hazırkı tələbi olan - illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əldə edilməsi tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Odur ki, iddiaçının hazırkı tələbi yenidən irəli sürməsi tamamilə əsassızdır və məhkəmə tərəfindən bu tələb əsassız hesab edilməlidir. Həmçinin xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı məhkəmə qətnaməsinin icrası zamanı icranın gecikdirilməsi və borcun birdəfəlik olaraq tutulması məhz onun deyil, tələbkar olan iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir ki, həmin icra sənədində borcun ipoteka predmeti olan - “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və əldə olan vəsaitin borca yönəldilməsi olsa da icra sənədi üzrə tələbkar olan iddiaçı icra sənədinin bu hissəsi ilə maraqlı olmamış, ipoteka predmeti olan “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğdən borcun ödənilməsində lazımi hərəkət etməmişdir. Nəticədə borcun ödənilməsi onun təqsiri ucbatından deyil, tələbkarın təqsiri səbəbindən vaxtında ödənilməmişdir. Buna görə də borc məbləğinin ödənilməsində müəyyən bir fasilə yaranmışdır, bu fasilənin yaranmasında isə tələbkar olan iddiaçı ona məlum olmayan səbəblərə görə maraqlı olmuşdur. Çünki icra zamanı o, dəfələrlə “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini tələb etmişdir, lakin icra məmurunun bildirdiyinə görə buna tələbkarın müvafiq razılığı olmalıdır, bu razılıq isə tələbkar olan iddiaçı tərəfindən verilməmişdir. Nəticədə o da borcu hissə-hissə ödəməyə başlamışdır ki, bundan iddiaçının da xəbəri olmuş və bununla razılaşmışdır. Əks halda tələbkar olan iddiaçı icra müddəti ərzində, yəni xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədən icra sənədinin icrası ilə bağlı müvafiq hərəkətlərin, o cümlədən məcburi icra hərəkətlərinin edilməsini icra məmurundan tələb edərdi. Beləliklə, hesab edir ki, hazırki mübahisə ilə bağlı 2016-cı ildən başlayaraq 2020-ci ilədək məhkəmə mübahisəsi mövcud olmuş, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2023-cü ilədək icra müddəti davam etmişdir ki, bunların hər hansı birində onun təqsiri mövcud olmamışdır. Məhz bu səbəblərdən hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. O, borcunun tam olaraq ödənilməsini təsdiq edən sənəd almaq üçün iddiaçı şirkətə müraciət etmiş, lakin buna görə iddiaçı ondan 500 manat məbləğində pul istəmişdir. Ona məxsus avtomobil 2016-cı ildən 2017-ci ilə kimi bankın dayanacağında olmuşdur. O, avtomobilinin dayanacağa qoyulması ilə bağlı çıxarılmış qərardaddan şikayət vermiş, nəticədə sözügedən qərardad ləğv olunmuşdur. Həmçinin o, banka pul ödəyərək avtomobilini ipotekadan çıxarmışdır. O, sonuncu dəfə 2 il əvvəl, yəni 2023-cü ildə ödəniş etmişdir. O, banka avtomaşını almalarını təklif etmiş, 2020-ci ildə bank ilə aralarında şifahi razılıq olmuş, bu səbəbdən də qətnamə icraya yönəlməmişdir. Daha sonra 2020-ci ildən 2023-cü ilə kimi bank ondan borca görə heç bir məbləğ etməmişdir. Bundan əlavə o, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, o, 2022-ci ildə bütün borcunu ödəyib bitirmişdir. Hazırda bankın əməkdaşları onu aldadaraq əsassız pullar tələb edirlər. Belə ki, iddiaçı əsassız olaraq eyni tələb ilə yenidən məhkəməyə müraciət etmişdir və əsassız varlanmaq niyyətindədir. Əvvəlki məhkəmə qətnaməsində 2020-ci ilə qədər həmin tələb rədd edilmişdir. Hazırki tələbdə isə yenidən 5 faizlik əldə çıxmış faydanı tələb etməkdə həm haqsızdır, həm də ümumiyyətlə, iddia müddətini ötürmüşdür. Belə ki, bütün borcunu ödədiyi halda yenidən iddia qaldıraraq pulun tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Özlərinin şifahi razılaşmasına əsasən o, aybaay bütün pulları banka ödəmişdir. Belə ki, bu barədə sübutları məhkəməyə təqdim etməklə əslində bankın əsassız pul tələb etməsini sübut etmişdir. Yazışmalarda bankın əməkdaşının ödənişin vaxtı barədə ona məlumat verməsi və digər sübutlar bu faktı təsdiq edir. Məhkəmənin diqqətinə çatdırır ki, o, banka hərracla bağlı öz təklifini etmiş və avtomobili sataraq öz pullarını götürməklərini təklif etmişdir. Lakin bank bununla razılaşmamış və ona müddət verərək pulu özünün ödəməsini istəmişdirlər. Hazırda isə ondan əlavə faiz tələb etmələri tamamilə əsassızdır. Hərracın keçirilməməsi onu sübut edir ki, bank özü bu şərtlərlə razılaşmışdır. Hazırda borcun gecikdirilməsinə görə tələb isə tamamilə əsassızdır və bunun məsuliyyəti onun üzərində deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq o, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ASC "xxxx" Bankının “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsinin surətindən görünür ki, ASC "xxxx" Bankı Cavabdeh 24 ay müddətinə 25800 ABŞ dolları məbləğində, kreditdən istifadəyə görə illik 14% ödənilməsi şərtilə kredit verməyi, Cavabdeh isə kreditdən müqavilədə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)- 8654/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qeydiyyat nişanlı «Volswagen Amarok» markalı minik avtomobilinə tutmanın yönəldilməsi, 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9891,30 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 798,96 ABŞ dolları faiz borcun, 178,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10869,11 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, 13 manat məbləğində məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ASC "xxxx" Bankına ödənilməli olan borcun va dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)- 8654/2016 nömrəli qətnaməsinin kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə yaranmış 3788,44 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdakı ilkin satış qiymətinin 41000 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)-2007/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-206/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)-8654/2016 nömrəli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankı ASCnin iddiası qismən təmin edilmiş, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qeydiyyat nişanlı «Volswagen Amarok» markalı minik avtomobilinə tutmanın yönəldilməsi, 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9891,30 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 798,96 ABŞ dolları faiz borcun, 178,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10869,11 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, 13 manat məbləğində məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ASC "xxxx" Bankına ödənilməli olan borcun va dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra isə sözügedən qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)- 8654/2016 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə yaranmış 3788,44 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC "xxxx" Bankına verilmiş, ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdakı ilkin satış qiyməti 41000 manat müəyyən edilmiş və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(105)-206/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)-2007/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-206/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ASC "xxxx" Bankı cavabdehdən 1238,73 ABŞ dolları məbləğində pulun ASC "xxxx" Bankının xeyrinə tutulmasına səbəb kimi cavabdehin kredit müqaviləsi ilə götürdüyü və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmasını, həmin hərəkətlərin bankın qanuni mənafelərinin pozulması ilə nəticələnməsini, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olmasını göstərmiş və maddi hüququ norması kimi AR MM-in 21, 443.2 və 445.7-ci maddələrinə istinad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edilməmişdir. Halbuki qeyd edilən normanın tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq ASC "xxxx" Bankı daşıdığı halda bunu edə bilməmişdir. Bundan əlavə işin yuxarıda qeyd olunmuş faktiki hallarından göründüyü kimi tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan «Volswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmiş, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını göstərilmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehin maneə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübut göstərilməmiş, yalnız formal mülahizə və izahata istinad olunmuşdur. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı xx.xx.2014-cü il tarixli, **********39914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı məhkəmə qətnaməsinin icrası zamanı icranın gecikdirilməsi və borcun birdəfəlik olaraq tutulması cavabdehin təqsiri üzündən baş verməsi müəyyən edilmir. Belə ki, işin faktii hallarından görünür ki,Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, həmin icra sənədində borcun ipoteka predmeti olan - “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və əldə olan vəsaitin borca yönəldilməsi olsa da icra sənədi üzrə tələbkar olan iddiaçı icra sənədinin bu hissəsi ilə maraqlı olması,tələbin ipoteka predmeti olan “Volswagen Amarok” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğdən borcun ödənilməsində lazımi hərəkət etməmişdir. Nəticədə borcun ödənilməsi cavabdehin təqsiri ucbatından olmamış, borc məbləğinin ödənilməsində müəyyən bir fasilə yaranmış, bu fasilənin yaranmasında isə tələbkar olan iddiaçının hərəkətsiz qalması səbəbindən baş vermişdir. Nəticədə cavabdeh borcu hissə-hissə ödəməyə başlamış, bundan iddiaçının da xəbəri olmuş və bununla razılaşmışdır. Əks halda tələbkar olan iddiaçı icra müddəti ərzində, yəni xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədən icra sənədinin icrası ilə bağlı müvafiq hərəkətlərin, o cümlədən məcburi icra hərəkətlərinin edilməsini icra məmurundan tələb etməli olduğu halda bunu etməmiş,icra məmuru tərəfindən isə tələbin ipoteka predmetinə yönəldilməsi barədə heç bir icra hərəkəti aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Həmçinin iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutlar müəyyən edilməməsi əsası ilə iddianın rədd edilməsi nəticəsinə gəlindiyindən məhkəmə hesab edir ki, bu hal Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinin müzakirə olunmasına zərurəti də aradan qaldırmışdır. Həmçinin məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkət tərəfindən dövlət büdcəsinə ödənilmiş 41,08 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı Cavabdeh xx.xx.2014-cü il tarixli, **********39914 №-li kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixə qədər illik 5 % faiz dərəcəsi ilə hesablanmış 1238,73 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 41,08 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı şirkət tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,08 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2568/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2568/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver