Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2623/2023 08.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Ağasıyeva Aysel Nasir qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə 08 avqust 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 3152,54 manat əsas borc, 1927,16 manat faiz borcu, 1698,46 manat cərimə, 1339,36 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış borcun, ümumilikdə 8117,52 manat borcun və 102 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 34 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 18 ay müddətinə, illik 25 % ödənilmək şərtilə 3500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Hazırda borcluların xx.xx.2023-cü il tarixə hesablanmış banka ödənilməmiş 3152.54 manat əsas, 1927.16 manat faiz, 1698.46 manat cərimə, 1339.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz olmaqla, cəmi 8117.52 manat kredit borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddianı qəbul etməmiş, belə bir zaminlik müqaviləsi bağlamadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 34 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə, illik 25 % ödənilmək şərtilə 3500 manat kredit götürmüşdür. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan 17 mart 2023-cü il tarixli maliyyə arayışdan müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli, 34 saylı kredit müqaviləsinə əsasən, cavabdehin 03 mart 2023-cü il tarixinə İddiaçı ASC-yə 3152,54 əsas borc, 1927,16 manat faiz borcu, 1698,46 manat cərimə, 1339,36 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 8117,52 manat borcu yaranmışdır. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2623/2023 saylı, 03 iyun 2023-cü il tarixli qərardadından müəyyən edilir ki, iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və 01 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanarkən zamin yazısının qarşısındakı imzanın Cavabdeh2 məxsus olubolmaması ekspert qarşısında sual olaraq qoyulmuşdur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 4/1068 saylı ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 70-ci vərəqində olan xx.xx.2013-cü il tarixli, 34/1 saylı zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində “Zamin” qrafasındakı imza, həmin müqavilənin 2-ci vərəqinin “6.Tərəflərin rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza və onun aşağısında “Zamin” qrafasındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, 34 saylı kredit müqaviləsi üzrə hesablanmış 1698,46 manat cərimənin məbləği azaldılmalı və 169 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə qanunsuz və əsassız hesab edir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyindən göründüyü kimi, iş üzrə xx.xx.2013-cü il tarixli, 34/1 saylı zaminlik müqaviləsi Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borca görə cavabdehlik daşımadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 3152,54 manat əsas borc, 1927,16 manat faiz borcu, 169 manat cərimə, 1339,36 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış borc, ümumilikdə 6588,06 manat məbləğində kredit borcu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 102 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 102 manat dövlət rüsumunun 80 manatı Cavabdeh1 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, iş üzrə 110 manat məhkəmə ekspertizası xərci vardır kı, iddia qismən təmin edildiyindən həmin məbləğ iddiaçıdan və cavabdehdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, 34 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 3152,54 manat əsas borc, 1927,16 manat faiz borcu, 169 manat cərimə, 1339,36 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış borc, ümumilikdə 6588,06 manat məbləğində kredit borcu və 80 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh1 müştərək qaydada 110 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2623/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2623/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver