Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2623/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları borcun və 36,23 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli xətti kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26 % ödəmək şərtilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu - mərhum X1 vəfat etdiyi müəyyən olduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 Notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 14 saylı Notariat ofisinə məktub ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh - vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borclu - mərhum X1 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X2 84 ay müddətinə illik 26 % ödəmək şərtilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan arayışdan görünür ki, X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş, X1 adına, Bakı şəhəri 14 saylı notariat ofisində, xx.xx.2016-cı il tarixdə, 8V- 101 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, vərəsəliyin uçot kitabında vərəsəlik işi açılmışdır və vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan, Cavabdeh (AZE ********, Abşeron RPŞ,xx.xx.2014, d/t xx.xx.1998, FİN xxxxxxx) adına, xx.xx.2016-cı il tarixdə, 2V-182 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak, VOLKSWAGEN POLO minik markalı, 0İBT443 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmasına baxmayaraq, X3 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, onun bu müqavilə üzrə 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları borcu qalmışdır. S.Ə.Əsgərova xx.xx.2016-cı il tarixdə ölmüşdür. Lakin iş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdur. O, mərhumdan miras qalmış VOLKSWAGEN POLO minik markalı, 0İBT443 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini tam həcmdə qəbul etmişdir (miras aktivi). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş S.Ə.Əsgərova xx.xx.2016-cı il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, S.Ə.Əsgərovanın vərəsəsi kimi Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları (manat məzənnəsi ilə) alınaraq "xxxx" KB ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36,23 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 929 ABŞ dolları əsas, 2,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 931,02 ABŞ dolları (manat məzənnəsi ilə) borc və ödənilmiş 36,23 manat dövlət rüsumunun əvəzi "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2623/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2623/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver