Məhkəmə qərarları › İş №e-2(012)-2665/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2665/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2665/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15500 ABŞ dolları maddi ziyanın əvəzi, vəkil üçün ödənilmiş 620 manat və ödənilmiş dövlət rüsumuna görə 170 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və o, ərinin qanun üzrə vərəsəsidir. Mərhum həyat yoldaşı 2007-ci ilin dekabr ayının sonlarında Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində 15500 ABŞ dolları verərək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən N sot torpaq sahəsini almaq istədiyini bildirmişdir. Xəlilov X7 qəsəbəsində hərbi hissə adlanan yerdə yerləşən N sot torpaq sahəsini göstərərək ərinin adına sənədləşdirəcəyini bildirmişdir. Sonradan Cavabdeh vədinə əməl edə bilməmiş və müxtəlif bəhanələrlə bu zamana qədər nə torpağı verə bilmiş, nə də pulu geri qaytara bilmişdir. Bu barədə həyat yoldaşı Əsəd Rəhimov xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bu məsələ ilə bağlı məlumat vermişdir. Sonradan Cavabdeh Əsəd Rəhimova özünə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsinə yerləşən başqa torpaq sahəsini verəcəyinə dair söz verdiyi üçün Abşeron RPİ xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Lakin Cavabdeh verdiyi sözə yenə də əməl etməmiş, nə torpağı vermiş, nə də pulu qaytarmamışdır. Cavabdeh borclu olması barədə audio səsyazması da mövcuddur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. O, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, X9 qonşusunun qayınatası olmuşdur. O, "xxxx" MMC rəhbəri X2 şirkətində gözətçi kimi işləmişdir. X1 həmin şirkətə məxsus ərazidən N sot torpaq almaq niyyətinin olduğunu ona bildirəndə o da sözügedən şirkətin rəhbərinə məlumat vermişdir. Daha sonra "xxxx" MMC rəhbəri X5 ilə X1 arasında müqavilə imzalanmış və öz aralarında həmin torpağın alqı-satqısı həyata keçirilmişdir. Şirkətin öz adından imzaladığı müqavilədə hər bir şərt göstərilmişdir. Öhdəliklər də həmin sənəddə qeyd olunmuşdur. X1 aldığı torpaq sahəsinin dörd bir tərəfinə hasar çəkmiş və orada yaşayış evi tikmişdir. X1 ilə müqavilə bağladığı və ödəniş etdiyi şirkətlə bağlı öhdəliklərə görə onun heç bir məsuliyyəti olmamışdır. Lakin iddiaçı tərəf hər dəfə ona çoxsaylı zənglər edərək torpağın sənədi ilə bağlı sorğu-sual etmiş və onun xəbəri olmadan soruşulan sualların cavabını səs yazısı olaraq özündə qeyd etmişdir. Guya onun bu ödənişi etiraf etməsi ilə bağlı səs yazıları mövcuddur. Əslində isə bu məsələ məhkəmədə yanlış təəssürat yaratmaq niyyəti ilə qeyd olunmuşdur. İddiaçı ondan torpağın sənədləri barədə soruşmuş, o da fakt olaraq almış olduğu və evini tikərək kirayə verdiyi mənzillə bağlı sualları cavablandırmışdır. Lakin bu səs yazılarının bilmədiyi və ya mövcud olmayan hər hansı məsələyə aid edilməsi böhtandır. Onun heç bir halda iddiaçı qarşısında nə torpaq öhdəliyi, nə də külli miqdarda, yəni 15500 ABŞ dolları məbləğində pul öhdəliyi olmamışdır. Həmin pul məbləği torpağın alınması üçün ödənilməsinə görə ona verilməsi isə tamamilə uydurma və absurd bir iddiadır. İddia ərizəsində qeyd edilmişdir ki, 2007-ci ilin dekabr ayının sonlarında ona 15500 ABŞ dolları verilmişdir. Mərhum isə həmin qeyd olunan vaxtdan 15 il sonra, yəni xx.xx.2022-ci ildə vəfat etmişdir. Əgər həmin sözügedən pul öhdəliyi ilə bağlı onun cavabdeh qarşısında hər hansı bir öhdəliyi və ya borcu yaranmış olsaydı, bunu mərhum sağlığında ondan tələb edərdi. Lakin X1ndan nə belə bir pul almamış, nə də torpaq sahəsi satmaq məqsədi olmamışdır. Həmçinin 2007-ci ildən 2022-ci ilə qədər olan 15 il müddətdə aralarında hər hansı bir öhdəlik problemi olsaydı onun barəsində şikayət vermiş olardı və ya bununla bağlı söz-söhbət yarandı. "xxxx" MMC rəhbəri X5 ilə X1 arasında danışıqlar olmuş, ödənişlər edilmiş və müqavilə bağlanılmışdır. Onun isə bu məsələdə heç bir rolu olmamışdır. Mərhumun həyat yoldaşı belə bir məsələnin nəyə görə məhz mərhumun sağlığında deyil, onun vəfatından sonra qaldırması, həmçinin nəyə görə 12 il müddət keçdikdən sonra belə bir iddianı qaldırmaq məqsədinin nədən irəli gəlməsinin əsil niyyəti məlum deyil. X1 vəfat edəndən sonra, artıq olmayan bir borc məsələsinə görə ona hədə-qorxular gəlinir. Həmçinin pul tələbli ilə bağlı 3 illik müddəti 12 il ötürdüyündən və bunun həqiqətən ötürülmüş olduğundan xəbəri olduğuna görə İddiaçı təhdid yolu ilə ondan pul almaq üçün Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Lakin deyilənlərin heç biri həqiqət olmadığına görə və təsdiqin tapmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və bu barədə xx.xx.2022-ci il tarixində qərar qəbul edilmişdir. Hazırda iddia edilən pul tələbi ilə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Yəni həmin iddia müddətinin vaxtından 12 il keçdikdən sonra heç bir əsas, sübut, yazılı razılaşma, müqavilə və öhdəlik sənədi və ya hər hansı bir akt olmadan qaldırılmış pul tələbinə dair iddianın heç bir əsası yoxdur və o, təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan NN7663 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X9 xx.xx.1978-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə ölmüş X6 vərəsəsidir. İşdə olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X6 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə (2007-ci ilin sonlarında Abşeron rayonu. Masazır qəsəbəsində 0,0N ha torpaq sahəsi almaq üçün 15500 ABŞ dolları məbləğində pulun verilməsi barədə) əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Aparılan araşdırma zamanı Cavabdeh qeyd edilən torpaq sahəsinə görə 2007-ci ildə XN həmin dövrün məzənnəsinə uyğun 15500 ABŞ dolları aldığını, 2020-ci ilin oktyabr ayında bu pula uyğun Masazır qəsəbəsinin başqa yerində torpaq sahəsini verəcəyini, bu barədə razılığa gəldiklərini göstərmişdir. Araşdırma nəticəsində 2007-ci ildə Cavabdeh X6 15500 ABŞ dolları pulunu yalan vəd verərək dələduzluq yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmış olsa belə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, X1 ilə Cavabdeh arasında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0N ha torpaq sahəsinin alqısatqısı ilə bağlı münasibətlər olmuş və cavabdeh bu torpaq sahəsi ilə bağlı ondan 2007-ci ilin sonlarında 15500 ABŞ dolları pul almışdır. Sonradan torpaq sahəsini verə bilməmiş, bununla bağlı X9 onun barəsində 05 oktyabr 2020-ci il tarixdə Abşeron RPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi araşdırılarkən Cavabdeh qeyd edilən torpaq sahəsinə görə 2007-ci ildə XN həmin dövrün məzənnəsinə uyğun 15500 ABŞ dolları aldığını, 2020-ci ilin oktyabr ayında bu pula uyğun Masazır qəsəbəsinin başqa yerində torpaq sahəsini verəcəyini, bu barədə razılığa gəldiklərini göstərmişdir. Araşdırma nəticəsində 2007-ci ildə Cavabdeh X6 15500 ABŞ dolları pulunu yalan vəd verərək dələduzluq yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmış olsa belə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. X9 xx.xx.2022-ci ildə vəfat etmiş, hazırki iş üzrə İddiaçı isə onun vərəsəsi olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamə almışdır. Beləliklə, iş materialları ilə tamamilə təsdiq olunur ki, cavabdeh mübahisəli torpaq sahəsinin satılmasına görə iddiaçının mərhum ərindən 15500 ABŞ dolları pul almış, hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində pulun yalan vəd verilərək dələduzluq yolu ilə ələ keçirilməsi faktı öz təsdiqini tapmışdır. Başqa sözlə, cavabdeh iddiaçının ərinin verdiyi 15500 ABŞ dolları ilə əsassız varlanmışdır və həmin pul onun vərəsəsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.N-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 11N5-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 11N6-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, cavabdehin XN aldığı 15500 ABŞ dolları onun miras aktivinə daxildir və deməli həmin pul cavabdehdən tutularaq mərhumun qanun üzrə vərəsəsi İddiaçı qaytarılmalıdır. İşdən görünür ki, cavabdeh hazırki tələb üzrə iddia müddətinin keçməsini qeyd etmiş, mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə tərəflər arasındakı hazırki mübahisənin əsassız varlanma nəticəsində yaranmasını qeyd etmişdir. Məlum olduğu kimi, hazırki qanunvericiliyə görə əsassız varlanma üzrə iddia müddəti iki il təşkil edir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşdən görünür ki, 15500 ABŞ dolları pul cavabdehə 2007-ci ilin dekabr ayında verilsə də, həmin faktla bağlı X1 polisə 2020-ci ilin oktyabr ayında müraciət etmiş, bundan sonra isə cavabdeh aldığı pula görə ona başqa torpaq sahəsi təklif etmiş, Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, lakin cavabdeh yenidən vədinə əməl etməmiş, Ə.Ə.Rəhimov xx.xx.2022-ci ildə vəfat etmiş, hazırki iş üzrə İddiaçı isə xx.xx.2023-cü il tarixdə onun vərəsəsi olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, iddiaçının mərhum əri faktla bağlı polisin qərarını gözləmiş (bu qərar nəticəsində Cavabdeh cinayət içi açıla və zərərçəkmiş şəxs kimi Ə.Ə.Rəhimov mülki iddia qaldıra bilərdi), lakin xx.xx.2022-ci il tarixdə pozulmuş hüquqlarının mülki məhkəmə icraatı qaydasında həll edilməli olmasını bilmiş, keçən 2 il müddət daxilində isə (iddia ərizəsi xx.xx.202N-cü il tarixdə məhkəməyə daxil olmuşdur) onun vərəsəsi tərəfindən hazırki iddia ərizəsi daxil olmuşdur. Başqa sözlə, məhkəmənin qənaətinə görə hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Bundan başqa, işdən görünür ki, iddiaçı hüquqi yardım üçün ödədiyi 620 manat pul vəsaitini də cavabdehdən tələb edir. İşdən görünür ki, iddiaçı hazırki mübahisə üzrə vəkil xidmətindən istifadə etmişdir. Bu barədə iş materiallarında xx.xx.2023-cü il tarixli qəbz mövcuddur. Məhkəmə vəkil xidmətinin ödənilməsi barədə həmin qəbzi nəzərə alır və iddianın bu hissədə də təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 1N.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15500 ABŞ dolları (manat məzənnəsi ilə), hüquqi yardım üçün ödənilmiş 620 manat və dövlət rüsumu üçün ödənilmiş 170 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar