Məhkəmə qərarları › İş №e-2(012)-2688/2024

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-2688/2024

10.09.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2688/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 25 saylı küçədə, 7 saylı yaşayış binasında, ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət 22 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 25 saylı küçədə, 7 saylı yaşayış binasında, ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət, ümumi dəyəri 75280 manat olan 22 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. Belə ki, xx.xx.2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da iddiaçı cəmiyyət sözügedən müqavilənin şərtlərinə əsasən qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə ödənilməyən ödənişi və hesablanmış cərimə məbləğinin ödənilməsini tələb edir. Cavabdeh müqavilə üzrə xx.xx.2021-ci il tarixindən etibarən ödənişləri vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 18200 manat təşkil edir. Həmin müqavilə Əlavənin 1.4-cü bəndinə əsasən Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1 faiz miqdarında cərimə ödəyir. Qeyd etdikləri kimi Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən ödənişləri gecikdirmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixindən etibarən əmlakın ümumi dəyəri olan 75280 manat məbləğinin 0,1 faiz (75,28 manat) hesablanmaqla (950 gün) cərimə məbləği 71516 manat təşkil edir. İddiaçı cəmiyyət sözügedən müqavilə üzrə Cavabdeh qalıq 18200 manat əsas borc məbləğinə nisbətdə, ağlabatan cərimə məbləği olaraq 7151 manat məbləğini tələb edir. 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı haqqında müqaviləsi üzrə Cavabdeh əsas borc və hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçı təşkilatın nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" MMC (satıcı) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki 25 saylı küçəsində inşa edilən (inşa edilmiş) 7 saylı, 11 mərtəbəli yaşayış binasında ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət 22 saylı mənzili Cavabdeh satmağı və təhvil verməyi, Cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini, yəni 75280 manat məbləğində pul vəsaitini 120 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, HŞ/164/A saylı maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki küçə 25, 7 saylı yaşayış binasında, ümumi sahəsi 94,1 kv.metr olan 3 otaqdan ibarət, 22 saylı mənzilin satışına dair 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 57080 manat ödəniş edilmişdir. 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsi üzrə gecikdirilmə (1150 manat) tarixi 29 sentyabr 2021-ci il və sonuncu ödəniş (400 manat) tarixi isə 19 yanvar 2022-ci ildir. 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli alqı-satqı müqaviləsi üzrə borc 18200 manat əsas məbləğ və müqaviləyə müvafiq qaydada hər gün üçün müqavilə dəyərinin 0,1 faiz həcmində hesablanmış 71516 manat cərimə borcu olmaqla, cəmi 89716 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə iddiaçı "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki 25 saylı küçəsində inşa edilən (inşa edilmiş) 7 saylı, 11 mərtəbəli yaşayış binasında ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət 22 saylı mənzili 120 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəniş etmək şərti ilə almış, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 18200 manat əsas məbləğ və 71516 manat cərimə borcu olmaqla, cəmi 89716 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə 15 iyul 2014-cü il tarixli, Q(b)/044 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin 15 iyul 2014-cü il tarixli, Q(b)/044 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki 25 saylı küçəsində inşa edilmiş 7 saylı, 11 mərtəbəli yaşayış binasında ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət 22 saylı mənzilin boşaldılaraq iddiaçı cəmiyyətə təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 100,40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, Q(b)/044 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə ləğv edilsin, 15 iyul 2014-cü il tarixli, Q(b)/044 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki 25 saylı küçəsində inşa edilmiş 7 saylı, 11 mərtəbəli yaşayış binasında ümumi sahəsi 94,1 kv.metr olan, 3 otaqdan ibarət 22 saylı mənzil boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilsin və ödənilmiş dövlət rüsumu məbləği 100,40 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar