Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4091/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqısatqı müqaviləsinin ləğv edilməsi, 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mənzilin alqısatqı haqqında müqaviləsi üzrə satılmış Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 7 saylı yaşayış binasında, ümumi sahəsi 81.4 kv.metr olan 2 otaqdan ibarət, 34 saylı mansardın boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu və poçt xərci məbləği olan 103,60 (bir yüz üç, 60 qəpik) manatın cavabdehdən tutulması barədə qətnam qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəkiA kompleksində, 7 saylı yaşayış binasında, ümumi sahəsi 81.4 kv.metr olan, 2 otaqdan ibarət, ümumi dəyəri 34695,72 (otuz dörd min altı yüz doxsan beş, 72 qəpik) manat olan 34 saylı mansardı hər bərabər məbləğdə ödənilmək şərti ilə 96 (doxsan altı) ay müddətinə cavabdehə satılmışdır. Belə ki, 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 4.3-cü bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Hazırda Cavabdeh 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 12 703.70 (on iki min yeddi yüz üç, 70 qəpik) manat təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə imzalanan zaman ilkin ödəniş ödənildikdən sonra qalıq məbləğ müəyyən olunmuş müddətdə hər ayın müqavilənin imzalandığı tarix üçün ödənilməlidir. Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı”tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Belə ki, “Alıcı” tərəfindən gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində hesablanmış cərimə borcu 9146 (doqquz min bir yüz qırx altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı haqqında müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 7 saylı yaşayış binasında, ümumi sahəsi 81.4 kv.metr olan 2 otaqdan ibarət, 34 saylı mansardın Cavabdeh boşaldılaraq Cəmiyyətə təhvil verilməsi, sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun və digər xərcləri iddiaçının xeyrinə tutulmasına əsas verir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli "xxxx" müqaviləsindən müəyyən edilir ki, MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF PARK» yaşayış massivindəki A kompleksində inşa edilən (inşa edilmiş) 7 saylı yaşayış binasında ümumi sahəsi 81.4 kv.metr olan, 2 otaqdan ibarət 34 saylı mansardı Cavabdeh satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş əmlakın dəyəri olan 34695,72 manat məbləğində pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 96 ay müddətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə görə alıcı müqavilə qiymətindən 6000 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 28695,72 manatlıq məbləği 96 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (246) manat komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi barədə 16 sentyabr 2021-ci il tarixli, HŞ/616 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 3138,24 manat məbləğində borcun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi, mansardın Cəmiyyətə geri təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi barədə 14 may 2022-ci il tarixli, HŞ/215 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 12703.70 manat məbləğində borcun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi, mansardın Cəmiyyətə geri təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli nömrəli maliyyə arayışından görünür ki, Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Alıcı” Cavabdeh arasında bağlanmış, Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK.” yaşayış massivindəki A kompleksində, 7 saylı yaşayış binasında, ümumi sahəsi 81.4 kv.metr olan 2 otaqdan ibarət, 34 saylı mansardın satışına dair 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı müqaviləsi üzrə cəmi 21992 (iyirmi bir min doqquz yüz doxsan iki) manat ödəniş edilmişdir. 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli Mansardın alqı-satqı müqaviləsi üzrə borc 12703.70 (on iki min yeddi yüz üç, 70 qəpik) manat əsas məbləğ və müqaviləyə müvafiq qaydada hər gün üçün müqavilə dəyərinin 0.1% həcmində hesablanmış 9146 (doqquz min bir yüz qırx altı) manat cərimə borcu olmaqla cəmi 21849.70 (iyirmi bir min səkkiz yüz qırx doqquz) manat təşkil edir.. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli "xxxx" müqaviləsindən bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği 96 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mansardı cavabdehə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 34695,72 manatı 96 ay müddətinə ödəməklə mansardın tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cəmi 21 992 manat məbləğində ödəniş etdikdən sonra iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 21849.70 manat borcu yaranmışdır. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli "xxxx" müqaviləsi cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «AAAF PARK» yaşayış massivi, A kompleksi, 7 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 81.4 kv.metr olan 2 otaqdan ibarət, 34 saylı mansardın boşaldılmalı və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2016-cı il tarixli A/0068 nömrəli "xxxx" müqavilə ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «AAAF PARK» yaşayış massivi, A kompleksi, 7 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 81.4 kv.metr olan 2 otaqdan ibarət, 34 saylı mansard boşaldılsın və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Cavabdeh 100 manat dövlət rüsumuna görə pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4091/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4091/2022
01.11.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver