Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3853/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli İM-0136 saylı mənzil alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 25 saylı küçənin, 5 saylı yaşayış binasında, ümumi sahəsi 113.4 kv.m olan 2 otaqdan ibarət 10 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, cavabdeh xx.xx.2016-cı il tarixli İM-0136 saylı mənzilin alqı-satqısı müqaviləsi üzrə kredit öhdəliklərini razılaşdırılmış qaydada ödəyəcəyini və əks təqdirdə, sözügedən mənzilin boşaldılaraq təhvil verəcəyini öhdəsinə götürmüşdür. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməslərinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3853/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3853/2022
06.10.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver