Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2758/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 iyul 2016-cı il tarixli M-0551 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 09 iyul 2016-cı il tarixli M-0551 nömrəli müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 19 saylı küçə, F saylı yaşayış binasında, ümumi sahəsi 78.3 kv.metr olan 2 otaqdan ibarət, 49 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu kimi 100,40 manat pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət verərək bildirmişdir ki, məhkəmənin icraatında iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair e-2(012)-2651/2024 nömrəli mülki iş var. Həmin iş üzrə iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən, bina F, mərtəbə 9, ümumi sahəsi 78,3 kv.metrdən ibarət, 2 otaqlı, 49 nömrəli mənzilə iddiaçı Cavabdeh sahiblik və istifadə hüququnun tanınması, həmçinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə həmin mənzili iddiaçı Cavabdeh təhvil vermək vəzifəsinin qoyulmasından ibarətdir. Göründüyü kimi, e-2(012)-2758/2024 və e-2(012)- 2651/2024 nömrəli mülki işlər üzrə tərəflər eynidir, predmetlər isə birbaşa bir-biri ilə əlaqəlidir. Hər iki tərəf eyni, 09 iyul 2016-cı il tarixli M-0551 nömrəli alqı-satqı müqaviləsi üzrə münasibətləri və əmlakı mübahisələndirir. Belə olan halda bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbi ilə bağlı e-2(012)-2651/2024 saylı mülki iş vardır. Həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş e-2(012)-2651/2024 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair e-2(012)-2758/2024 saylı mülki iş iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair e-2(012)-2651/2024 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2758/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2758/2024
08.05.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver