Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2697/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 436,11 manat və dövlət rüsumuna görə 30 manat pulun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, e-2(012)-3264/2020 saylı məhkəmə qətnaməsi çıxarılmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 83.93 manat, xx.xx.2021-ci il tarixindəki 111.41 manat, xx.xx.2021-ci il tarixindəki 76.61 manat, xx.xx.2021-ci il tarixindəki 78.73 manat, xx.xx.2021-ci il tarixindəki 146.50 manat, xx.xx.2021-ci il tarixindəki 133.58 manat, xx.xx.2021-ci il tarixindəki 129.30 manat, xx.xx.2021-ci il tarixindəki 127.73 manat, xx.xx.2021-ci il tarixindəki 119.47 manat, xx.xx.2021-ci il tarixindəki 242.93 manat, xx.xx.2022-ci il tarixindəki 167.13 manat, xx.xx.2022-ci il tarixindəki 60.72 manat, xx.xx.2022-ci il tarixindəki 180.22 manat, xx.xx.2022-ci il tarixindəki 121.28 manat, xx.xx.2022-ci il tarixindəki 81.69 manat, xx.xx.2022-ci il tarixindəki 126.46 manat, xx.xx.2022-ci il tarixindəki 109 manat, xx.xx.2022-ci il tarixindəki 95.16 manat, xx.xx.2022-ci il tarixindəki 102.59 manat, xx.xx.2022-ci il tarixindəki 88.88 manat, xx.xx.2022-ci il tarixindəki 288.67 manat, xx.xx.2023-cü il tarixindəki 178.31 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 436.11 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 436,11 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq). Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2(012)-3264/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh «X1» QSC-nin xeyrinə kredit üzrə əsas məbləğ üzrə borc 2799 manat, hesablanmış və ödənilməmiş faiz borcu 16,50 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 2815,50 manat kredit borcu, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilədən görünür ki, bank məhkəmə qərarları üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil aktının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixində 111.41 manat, xx.xx.2021-ci il tarixində 76.61 manat, xx.xx.2021-ci il tarixində 78.73 manat, xx.xx.2021-ci il tarixində 146.50 manat, xx.xx.2021ci il tarixində 133.58 manat, xx.xx.2021-ci il tarixində 129.30 manat, xx.xx.2021-ci il tarixində 127.73 manat, xx.xx.2021-ci il tarixində 119.47 manat, xx.xx.2021-ci il tarixində 242.93 manat, xx.xx.2022-ci il tarixində 167.13 manat, xx.xx.2022-ci il tarixində 60.72 manat, xx.xx.2022-ci il tarixində 180.22 manat, xx.xx.2022-ci il tarixində 121.28 manat, xx.xx.2022-ci il tarixində 81.69 manat, xx.xx.2022-ci il tarixində 126.46 manat, xx.xx.2022ci il tarixində 109 manat, xx.xx.2022-ci il tarixində 95.16 manat, xx.xx.2022-ci il tarixində 102.59 manat, xx.xx.2022-ci il tarixində 88.88 manat, xx.xx.2022-ci il tarixində 288.67 manat, xx.xx.2023-cü il tarixində 178.31 manat vəsait ödəmişdir. Büronun xidmət haqqı 436,11 manat (15%) təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq "X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş 2918,61 manat məbləğində pul vəsaitinə görə «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 436,11 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyigəlirlər (əldən çıxmış fayda) başa düşülür. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtnda və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və məhkəmə qətnaməsilə qət edilmiş borc "xxxx" MMC tərəfindən təmin edildiyindən “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 436,11 manat xidmət haqqının əvəzi Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə bu məbləği bankın zərəri kimi qiymətləndirir və hesab edir ki, bu zərərin əvəzi kredit müqaviləsi üzrə bank qarşısında maddi məsuliyyət daşıyan cavabdeh tərəfindən ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat pul cavabdehdən alınaraq “X1 Azərbaycan” QSC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 436,11 manat və dövlət rüsumuna görə 30 manat pul «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2697/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2697/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver