Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2727/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 12 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13500 (on üç min beş yüz) manat pulun, əldən çıxmış faydaya görə 630 (altı yüz otuz) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməsi barədə qətnamə çıxarasını barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni orta məktəbi bitirmişdir. 2022-ci ildə oğlunun toy mərasimində rastlaşmışlar. Toydan bir müddət sonra onunla bir daha rastlaşmışlar. Cavabdeh iddiaçıya işləmək üçün birlikdə Rusiya Federasiyası Moskva şəhərinə getməyi təklif etmiş, o da razılaşmışdır. Cavabdeh üçün bileti də özü almışdır. Həmin vaxt uçuşlar təxirə salınmış və biletinin pulları 1 ay sora qaytarılmışdır. İddiaçı işsiz olduğundan iş axtarmış, cavabdeh ona bildirmişdir ki, 8 km qəsəbəsində işləyir pulu olsaydı obyekt götürüb işlədərdilər. İddiaçı 7-8 min manat tapa biləcəyini dedikdə cavabdeh az olduğunu bildirmişdir. İddiaçı baldızı Əhmədov Natiqənin adına 6400 (altı min dörd yüz) manat kredit götürmüş, bu məbləğin üstünə pul qoyraq ona ümumilikdə 14500 (on dörd min beş yüz ) manat pul vermişdir. Həmin pulu dollara çevirmiş, 8500 (səkkiz min beş yüz) ABŞ dolları edərək, 2022-ci ilin Novruz bayramında yaşadığı evin yanında Xırdalan dairəsində ona 6000 ABŞ dolları cavabdehə vermişdir. Daha sonra cavabdeh 2000 ABŞ dolları istəmiş, o da vermişdir. Sonra yenə də 500 ABŞ dolları yenidən vermişdir. Cavabdeh bu pullara guya meyvə tərəvəz alıb, satacaqlarını bildirmişdir. İddiaçı mal almağı təklif etdikdə, cavabdeh 20 yanvar dairəsində işinin olduğunu, özü alacağını bildirmişdir. Daha sonra İddiaçı və həyat yoldaşı əməliyyat olmuşdur. Bir müddət cavabdeh ilə əlaqə saxlaya bilməmişdir. Sonra onunla 8 km qəsəbəsində görüşmüş, obyektə baxmaq istəmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək obyekti göstərməkdən imtina etmişdir. Növbəti dəfə təqribən 200-400 manatlıq mal olan bir obyekt göstərərək, malları şadlıq evlərinə, obyektlərə payladığını bildirmişdir. İddiaçı malları kimə verdiyini, onunla tanış etməsini təklif etdikdə, cavabdeh müxtəlif bəhanələr ilə imtina etmişdir. İddiaçı cavabdehin pulu qaytarmaqdan yayındığını görmüş, onunla aralarında borc müqaviləsi bağlamış və onun özünə bildirərək aldığı pulları etiraf etməsi barədə mobil telefona səslərini yazmışdır. Cavabdehdən qalan pulu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmənin elektron sisteminə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, əlavə sübutların olmadığını, mövcud sübutlar əsasında işə baxaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddiaçı ilə bir sinifdə oxumuşlar, dost olmuşlar. iddiaçı ona 13000 manat pul vermiş, onun 4000 manatını qaytarmış, 9000 manat pul qalmışdır ki, şərikli alver etdiklərindən iddiaçıya 4500 manat borcu qalmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Borc Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 13500 (on üç min beş yüz) manat pul vermiş, Cavabdeh borc məbləğini 04 fevral 2023-cü il tarixədək qaytarmağı üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixdə borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə 04 fevral 2023-cü il tarixədək qaytarılması şərti ilə 13500 (on üç min beş yüz) manat borc pul vermişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən ona 13000 manat pul verildiyini, həmin puldan 4000 manat qaytardığını, qalan pulun isə iddiaçı ilə şərikli iş gördüklərindən 4500 manat iddiaçıya borcu qaldığını bildirmiş, lakin buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi borc tələbinə dair hissədə təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 13500 (on üç min beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddia tələbinin 630 (altı yüz otuz) manat əldən çıxmış faydaya görə pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki,13500 manat məbləğində pul qeyd edilən müqaviləyə əsasən cəmi 6 ay cavabdehin istifadəsində qaldığından 13500 manatın 5% hissəsi,6 ay üçün (56 x 6= 281man.) 281 manat təşkil etdiyindən iddia bu hissədə qismən təmin edilməli 281 manat dəymiş ziyana görə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində borc, 281 (iki yüz səksən bir) manat əldən çıxmış faydaya görə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 133 manatın 100 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində borc, 281 (iki yüz səksən bir) manat əldən çıxmış faydaya görə pul və 100 (yüz) manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2727/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2727/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver