Məhkəmə qərarları › İş №e-2(012)-2746/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2746/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2746/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 11000 manat əsas, 2200 manat əldən çıxmış faydanın və 130 (yüz otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Sizə xx.xx.2021-ci il tarixədək 11.000 manat məbləğində borc verilmişdir. Lakin, kredit müqaviləsi üzrə müəyyən olunmuş müddət keçməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. Həmçinin cavabdeh pul vəsaiti iddiaçıya qaytarmamaqda ona ziyan vurmuşdur. Hazırda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün mülki qanunvericiliyə əsasən iddiaçıya əldən çıxmış faydanı da ödəməlidir. Belə ki, əldən çıxmış fayda Bank faiz uçot dərəcəsi ilə nəzərə alınmaqla illik 10% hesabı ilə hesablanmış və borclu mənə 2200 manat (11000*10%*24ay) əldən çıxmış fayda ödəməlidir. Cavabdehə xəbərdarlıq məktubu göndərməyinə baxmayaraq, müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş və borcu ödəməkdən yayınmışdır. Tərəfə göndərilmiş xəbərdarlıq xəbərnamə ilə göndərilməsinə baxmayaraq xəbərnamə ona geri qaytarılmamışdır. Lakin azərpoçtun internet səhifəsindən təqdim etdiyi çıxarışdan da göründüyü kimi seriya nömrəsi ilə məktubun cavabdehə çatıdırlması öz təsdiqini tapır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh borc məbləğini xx.xx.2021-ci il tarixədək qaytarmağı üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaitinin 3 gün ərzində ödəməyi tələb etmiş əks halda borc məbləği ilə yanaşı dəymiş ziyanın və əldən çıxmış faydanın məcburi ödənilməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh borc məbləğini xx.xx.2021-ci il tarixədək qaytarmağı üzərinə götürmüşdür. İddiaçı cavabdehə xəbərdarlıq göndərək pulu qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytamamışdır. Ona görə də, iddia tələbi borc tələbinə dair hissədə təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 11000 (on bir min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddia tələbinin 2200 (iki min iki yüz) manat əldən çıxmış faydaya görə pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 11000 (on bir min) manat məbləğində pul qeyd edilən müqaviləyə əsasən cəmi 25 ay cavabdehin istifadəsində qaldığından 11000 (on bir min) manatın 5% hissəsi, 25 ay üçün (45.83 x 25 = 1145,80 man.) 1145,80 manat təşkil etdiyindən iddia bu hissədə qismən təmin edilməli 1145,80 manat dəymiş ziyana görə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11000 (on bir min) manat məbləğində borc, 1145,80 (min yüz qırx beş manat səksən qəpik) manat əldən çıxmış faydaya görə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 130 manatın 100 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində borc, 1145,80 (min yüz qırx beş manat səksən qəpik) manat əldən çıxmış faydaya görə pul və 100 (yüz) manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar