Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2751/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızına və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızına və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızından və Cavabdeh1 xx.xx.2021-ci il tarixə 1302F5 nömrəli, 13 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3,183.90 (üç min yüz səksən üç manat 90 qəpik) manat, faiz borcu üzrə 4,150.07 (dörd min yüz əlli manat 07 qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,004.08 (min dörd manat 08 qəpik) manat faiz borcu, cəmi 9,952.19 (doqquz min doqquz yüz əlli iki manat 19 qəpik) manat və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızından və Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 5 saylı filialı ilə cavabdeh Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızı arasında bağlanmış 1302F5 nömrəli, 13 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızı “istehlak xərclərinin ödənilməsi məqsədilə” illik 26 %-lə, 24 ay müddətinə 4000 (dörd min manat) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında 509 nömrəli, 13 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 3.2.2-ci maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızına və Cavabdeh1 “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC-nin 5 saylı filialı ilə cavabdeh Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızı arasında bağlanmış 1302F5 nömrəli, 13 avqust 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən 16 noyabr 2021-ci il tarixə cavabdeh Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızının Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 3,183.90 (üç min yüz səksən üç manat 90 qəpik) manat, faiz borcu üzrə 4,150.07 (dörd min yüz əlli manat 07 qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,004.08 (min dörd manat 08 qəpik) manat faiz borcu, cəmi 9,952.19 (doqquz min doqquz yüz əlli iki manat 19 qəpik) manat borc öhdəliyi yaranmışdır. Məlumat üçün bildirək ki, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı qəbul etməyib, ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızı arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 1302F5 nömrəli Təminatsız Kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla 4000 manat kredit verməyi, borcalan isə həmin kredit məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. -Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızı ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2013-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixədək 4000 manat əsas, 1171.96 manat faiz olmaqla, cəmi 5171.96 manat borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızının 13 avqust 2013-cü il tarixli 1302F5 nömrəli Təminatsız Kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixinə 3183.90 manat əsas borc, 4150.07 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,004.08 (min dörd manat 08 qəpik) manat faiz borcu, cəmi 9,952.19 (doqquz min doqquz yüz əlli iki manat 19 qəpik) manat vardır. - LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini 13 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlərin məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. -xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan və qəbzdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin 21 iyun 2022-cu il tarixli e-2(012)-2751/2022 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış xx.xx.2022-ci il tarixli 9/6279 №-li ekspert rəyindən məlum olur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13 avqust 2013-cü il tarixli, 1302F5 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağıdakı məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2015-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixə): əsas borc üzrə----------------------------------- 3.183,83 manat, faiz borcu üzrə----------------------------------- 1.239,40 manat. xx.xx.2021 -ci il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə----------------------------------- 3.183,83 manat, faiz borcu üzrə----------------------------------- 2.235,67 manat. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Göründüyü kimi iddia tələbində Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızının 13 avqust 2013-cü il tarixli 1302F5 nömrəli Təminatsız Kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixinə 3183.90 manat əsas borc, 4150.07 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,004.08 (min dörd manat 08 qəpik) manat faiz borcu, cəmi 9,952.19 (doqquz min doqquz yüz əlli iki manat 19 qəpik) manat göstərilməsinə baxmayaraq, ekspert rəyində müqavilə müddətinin bitdiyi tarixə 13 avqust 2015-ci il tarixinə banka olan əsas borcu 3183.83 manat, faiz borcu 1239.40 manat, müqavilənin müddəti bitəndən sonra 5% hesabı ilə 996.27 (doqquz yüz doxsan altı manat iyirmi yeddi qəpik) manat faiz borcu məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi biliyə malik ekspertin rəyini təkzib edən sübutlar olmadığından ekspert rəyindəki məbləğ əsas götürülməlidir. Beləliklə, məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3,183.90 (üç min yüz səksən üç manat doxsan qəpik) manat, faiz borcu üzrə 1239.40 (min iki yüz otuz doqquz manat qırx qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 996.27 (doqquz yüz doxsan altı manat iyirmi yeddi qəpik) manat faiz borcu, cəmi 5419.5 (beş min dörd yüz on doqquz manat əlli qəpik) manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsində zaminliyə artıq xitam verilməsi əsası ilə təmin edilməməsini lazım bilir. Belə ki, Азярбайъан Республикасы Мцлки Мяъяллянин 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çağırdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi hazırkı kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitməsinə baxmayaraq, bank zaminə qarşı sonrakı bir illik müddətdə iddia qaldırmalı olduğu halda xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 120 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun 80 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 150 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 100 manatı cavabdehə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3,183.90 (üç min yüz səksən üç manat doxsan qəpik) manat, faiz borcu üzrə 1239.40 (min iki yüz otuz doqquz manat qırx qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 996.27 (doqquz yüz doxsan altı manat iyirmi yeddi qəpik) manat faiz borcu, cəmi 5419.5 (beş min dörd yüz on doqquz manat əlli qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumuna görə pul vəsaiti tutulsun. Cavabdehlər Nəsirova (Nağıyeva) Vüsalə Ələsgər qızından 100 manat və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən 50 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2751/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2751/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver