Məhkəmə qərarları › İş №e-2(012)-2757/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2757/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2757/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 iyun 2023 il tariхli, 200804- 666530/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə 7508,96 manat əsas borc və 749,83 manat faiz borcu olmaqla, cəmi 8258,79 (səkkiz min iki yüz əlli səkkiz manat yetmiş doqquz) manat borcun və 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 269,86 manat əsas borc və 15,44 manat faiz borcu olmaqla, cəmi 285,3 (iki yüz səksən beş manat otuz qəpik) manat borcun və 105,45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 iyun 2023 il tariхli, 200804-666530/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 9500 (doqquz min beş yüz) manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən illik 24 faiz dərəcəsilə, 36 ay müddətinə kredit xətti açılmışdır. 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqavilənin 2.10. bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq növbəti 12 (on iki) və ya 24 (iyirmi dörd) ay üçün annuitet (aylıq bərabər) ödənişli forması ilə olan kreditə çevrilir və bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Borclu tərəfindən imzalanmış müqavilənin 2.10-cu bəndinin tələbinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) günədək gecikdirilməsinə görə 07 iyun 2023-cü il tarixli kredit xətti müqaviləsi 23 sentyabr 2024-cü il tarixdə qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq 314.63 manat avtomatik olaraq növbəti 12 (iyirmi dörd) ay üçün annuitet (aylıq bərabər) ödənişli kredit məbləğinə çevrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 07 iyun 2023 il tariхli, 200804-666530/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə 18 fevral 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7508.96 manat əsas borc və 749,83 manat faiz borcu olmaqla, cəmi 8258,79 (səkkiz min iki yüz əlli səkkiz manat yetmiş doqquz) manat məbləğində kredit bоrcu yaranmışdır. 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 18 fevral 2025cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 269,86 manat əsas borc və 15,44 manat faiz borcu olmaqla, cəmi 285,3 (İki yüzsəksən beş otuz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, bildirdi ki, banka olan borcu qəbul edir, lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün bir müddətdir ki, banka ödəniş edə bilmir. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan işin materiallarından olan 07 iyun 2023 il tariхli, 200804-666530/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 48 ay müddətinə illik 19,5 %-lə 9500 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan işin materiallarından olan 07 iyun 2023 il tariхli, 200797-PC********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 36 ay müddətinə illik 24%-lə 300 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 07 iyun 2023 il il tariхli, 200804-666530/1 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 7508,96 manat əsas və 749,83 manat faiz, cəmi 8258,79 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 141 gün təşkil edir. Mülki işin materiallarında olan 07 iyun 2023 il tariхli, 200797-PC********** saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 269,86 manat əsas və 15,44 manat faiz, cəmi 285,30 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 87 gün təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 07 iyun 2023 il il tariхli, 200804-666530/1 saylı kredit müqaviləsi üzrə 7531,96 manat əsas, 757,35 manat faiz, cəmi 8289,31 manat borcunun yaranması və gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə Cavabdeh xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 07 iyun 2023 il il tariхli, 200797-PC********** saylı kredit müqaviləsi üzrə 292,34 manat əsas, 20,47 manat faiz, cəmi 312,81 manat borcunun yaranması və gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə Cavabdeh xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 105,45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, əsas borcunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və gecikdirilmiş günlər üçün hesablanmış faiz borcunun qaytarılmasını tələb etməkdə haqlıdır. İşin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faiz borcunun tutulmasına dair iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 105,45 manat (xidmət haqqı ilə birlikdə) dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07 iyun 2023 il tariхli, 200804-666530/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə 7508,96 manat əsas borc və 749,83 manat faiz borcu olmaqla, cəmi 8258,79 manat borcu, 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 269,86 manat əsas borc və 15,44 manat faiz borcu olmaqla, cəmi 285,3 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07 iyun 2023 il tariхli, 200804-666530/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə 7508,96 manat əsas borc və 749,83 manat faiz borcu olmaqla, cəmi 8258,79 manat borcu, 07 iyun 2023 il tariхli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 269,86 manat əsas borc və 15,44 manat faiz borcu olmaqla, cəmi 285,3 manat, ümumilikdə 8544,9 pul və dövlət rüsumu olaraq ödənilmiş 105,45 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar