Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2794/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Nuray Əzizovanın, xx.xx.2010-cu il təvəllüdlü Aytac Əzizlinin və xx.xx.2012-ci il təvəllüdlü Aydan Əzizlinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ona verilməli olan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 210 manat olmaqla, cəmi 630 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-2680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş 24 iyun 2007-ci il təvəllüdlü X3, 26 fevral 2010-cu il təvəllüdlü X4 və 11 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay bir uşaq üçün 210 manat, cəmi 630 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı X2 ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə nikah rəsmi nikah bağlanmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu qətnaməsi ilə X2 ilə Cavabdeh arasında olan xx.xx.2006-cı il tarixli nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından olan uşaqları Əzizova Nuray, Əzizli Aytac və Əzizli Aydan anaları İddiaçı yanında saxlanılmış, hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat aliment müəyyən edilmişdir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmasına qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək birgə nikahından olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Nuray Əzizovanın,xx.xx.2010-cu il təvəllüdlü Aytac Əzizlinin və xx.xx.2012-ci il təvəllüdlü Aydan Əzizilinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə qət edilmişdir. Abşeron Rayon Məhkəməsin tərəfindən müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir, bu barədə dəfələrlə cavabdeh tərəfə bildirilmişdir. Cavabdeh alimenti könüllü surətdə artıracağını bildirmiş, lakin daha sonra artırmamışdır. Buna görə də iddiaçı himayəsində olan 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uşaqlar böyüdükcə tələbatları kifayət qədər artmaqdadır. İddiaçı 3 uşağın maddi tələbatını ödəməyə çətinlik çəkir. Uşaqların hər biri həm orta məktəbdə təhsil alırlar, həmçinin əlavə olaraq fərdi qaydada hazırlıqlara gedirlər. Uşaqların təhsili ilə əlaqədar mütəmadi olaraq xərcləri artır. Lakin buna baxmayaraq cavabdeh uşaqların saxlanılması üçün az miqdarda aliment ödəyir. Qanunvericiliyin tələbinə əsasən mediasiya müraciət edilmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmiş, bunun əsasında da mediator tərəfindən arayış verilmişdir. Həmçinin iddiacı tərəfindən ilkin mediasıyanın keçirilməsi üçün 50 manat pul ödənmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 390 manat alimenti vaxtı-vaxtına ödəyir. Lakin alimentin artırılmasına razı deyildir. Belə ki, onun aylıq əmək haqqı rəsmi olaraq 1015 manat olsa da, 22 % gəlir vergisi tutulduqdan sonra 870 manat məbləğində əmək haqqı alır. Odur ki, alimentin artırılaraq, əmək haqqısının 1/3-i miqdarında tutulmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 948353 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 24 iyun 2007-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 498822 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 26 fevral 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 974972 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 11 iyul 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Əzizova (İbrahimxəlilova) Günay Rasim qızı ilə Cavabdeh arasında 03 avqust 2006-cı il tarixdə Şəki şəhər İHB-nin Orta Zəyzid kəndindəki Nümayəndəliyində bağlanmış 14 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 24 iyun 2007-ci il təvəllüdlü X3, 26 fevral 2010-cu il təvəllüdlü X4 və 11 iyul 2012-ci il təvəllüdlü X1 anaları Əzizova (İbrahimxəlilova) Günay Rasim qızının yanında saxlanılması, 24 iyun 2007-ci il təvəllüdlü X3, 26 fevral 2010-cu il təvəllüdlü X4 və 11 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat olmaqla, 330 manat alimentin tutularaq Əzizova (İbrahimxəlilova) Günay Rasim qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 10 yanvar 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)- 481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, birgə nikahdan olan uşaqları 24 iyun 2007-ci il təvəllüdlü X3, 26 fevral 2010-cu il təvəllüdlü X4 və 11 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, alimentin tələb olunan miqdarda artırılmasına cavabdehin maddi durumunun imkan verməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmaqla cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, 3 uşağa görə 450 manat sabit pul məbləğində olmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 24 iyun 2007-ci il təvəllüdlü X3, 26 fevral 2010-cu il təvəllüdlü X4 və 11 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 450(dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz ) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2794/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2794/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver