Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2795/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə dair kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evinə dair kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 12 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha girmişlər. Tərəflər arasında ailə münasibətləri əvvəllər normal olsa da, sonradan pisləşmişdir. ünvan 2cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 sentyabr 1992-ci ildə Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yaşamış və yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Cavabdehin hal-hazırda da qeydiyyatda olduğu adıçəkilən ünvanda yerləşən daşınmaz əmlak 31 yanvar 2009-cu il tarixli Yaşayış evinin bağışlanmasına dair müqaviləyə əsasən İddiaçı bağışlanılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2, 7 saylı yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosu tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş 10 fevral 2022-ci il tarixli S22/009 nömrəli sorğuya cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi 17 fevral 2022-ci il tarixli 018-3263-1222 nömrəli məktubla Cavabdeh xx.xx.2009-cu il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2, 7 saylı yaşayış evində qeydiyyatda olduğunu bildirmişdir. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2, 7 saylı yaşayış evində qeydiyyatda olsa da, artıq illərdir ki, həmin ünvanda faktiki olaraq yaşamır. ünvan 2cı il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh özünün iddia ərizəsində verdiyi izahatına əsasən tərəflər arasında ailə münasibətləri 2014-cü ilin mart ayından pozulmuşdur və nikahları formal xarakter daşıyıb. Göründüyü kimi Cavabdeh 2014-cü ildən artıq İddiaçı ilə faktiki olaraq ayrılmış və birgə yaşamamışdırlar. Bundan iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2, 7 saylı yaşayış evinə qonşu mənzillərdə yaşayan X3 (Ş/V: AA2442272), X11 (Ş/V: AZE********), Məmmədov Emin və komendant X1 (Ş/V: AA94142) 08 aprel 2022-ci il tarixdə aralarında akt tərtib edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə 2014-cü ilin mart ayından yaşamadığını bildirmişlər. Qeyd olunanlara baxmayaraq hal-hazırda cavabdehin iddiaçıya məxsus evdə faktiki olaraq yaşamaması və 8 il müddətində onun barəsində heç bir məlumatın, keçmiş ailəsi ilə əlaqəsinin olmamasını nəzərə alaraq, onun iddiaçıya məxsus mənzildə qeydiyyatda olması İddiaçı mülkiyyətçi kimi hüquqlarını pozur. Bugünki tarixədək isə cavabdeh qeydiyyatda olduğu yaşayış evinə ehtiyacı olduğunu və ya adıçəkilən mənzildə yaşamaq istədiyini bildirməmişdir. 8 il müddətində cavabdeh tərəfindən heç bir tələbin olmaması faktını nəzərə alaraq hesab edirik ki, onun adıçəkilən mənzilə yaşaması üçün ehtiyacı yoxdur. Cavabdehin yaşayış sahəsinə ehtiyacı olmadığından onun yaşayış istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı 2010-cu ildən tanıyır. Özü həmin ərazi üzrə komendant işləyir. İddiaçının əri Cavabdeh bir dəfə görmüşdür. Cavabdeh oğlu ilə ona məxsus əşyaları götürməyə gəlmişdir. Ondan sora onu həmin ərazidə daha görməmişdir. Cavabdehin Rusiyaya getdiyini eşitmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2009cu il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2-də istifadəsində olan 0.0095 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 90.9 kv.m yaşayış, 58.0 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)- 4172/2016 saylı qətnaməsinin surətindən və nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Cavabdeh iddiası Cavabdeh ilə İddiaçı arasında 12 sentyabr 1992-ci ildə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikah pozulmuşdur. Həmin qətnamədə iddiaçı Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında ailə münasibətləri 2014-cü ilin mart ayından pozulmuşdur və nikahları formal xarakter daşıyır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh xx.xx.2009-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən göndərilməsinin mümkün olmadığı bildirmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu i tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, döngə 2, dalan 2, ev 7 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Yaşayış yerinin bağışlanmasına dair xx.xx.2009-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi idarəsinin xx.xx.2008-ci il tarixli, **********07-10301 Reyestr nömrəli, ********** Qeydiyyat nömrəli Çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron Rayon Ərazi İdarəsinin 14 yanvar 2009-cu il tarixli 70 №-li arayışa əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, döngə 2, dalan 2-də istifadəsində olan 0.0095 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 90.9 kv.m, köməkçi sahəsi 58.0 kv.m olan 5 otaqlı 2 mərtəbəli 7 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə 2014-cü ilin mart ayından yaşamır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 12 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha girmişlər. ünvan 2cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 sentyabr 1992-ci ildə Səadət Sarayında bağlanmış nikahın pozulmuşdur. Tərəflər birgə nikah dövründə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. ünvan 1 ünvanı anası tərəfindən iddiaçıya bağışlanandan sonra tərəflər ora qeydiyyata alınmış, iddiaçı ilə birlikdə həmin evdə yaşamaqla oradan istifadə hüquq əldə etmişdir. Lakin iş materiallarında olan sübutlardan və şahid ifadəsindən müəyyən edilir ki, cavabdeh 2014-cü ilin mart ayından ünvan 1 ünvanında yaşamır. X10 Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, döngə 2, dalan 2, ev 7 ünvanını xx.xx.2009cu ildə İddiaçı bağışlamışdır. Həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Cavabdeh həmin evlə əlaqəsini tam kəsərək, faktiki olaraq həmin evdən istifadə etməmiş, ora gəlib getməmişdir, şahidin ifadəsinə görə bir neçə il bundan əvvəl cavabdehi əşyalarını götürmək üçün gələndə görmüşdür. İş materiallarından göründüyü kimi cavabdeh evə köçürülmə ilə bağlı belə nə iddiaçıya, nə də məhkəməyə müraciət etməmişdir. Bu isə cavabdehin ötən müddət ərzində artıq özü üçün başqa yaşayış sahəsi seçməsi anlamına gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli yaşayış sahəsini özü könüllü olaraq tərk edib getdiyindən, cavabdehin həmin evə ehtiyacının olması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbi Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, Cavabdeh həmin evə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının bu iddianı qaldırmaqda məqsədi cavabdehin mübahisəli evdən qeydiyyatdan çıxarılmasıdır. Cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxma üçün də əsas hesab edildiyindən, bu tələbə də qətnamədə münasibət bildirilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbini irəli sürülən tələb iddia tələbi sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evindən kompensasiya verilmədən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh 100 manat məbləğində dövlət rüsuma görə pul alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2795/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2795/2022
26.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver