Məhkəmə qərarları › İş №e-2(012)-2845/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2845/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2845/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cavabdeh İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsinə 20 may 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 35.70.03.2022-ci il tarixinə yaranmış 57.7 manat əsas, 8.6 manat cərimə, cəmi 66.3 manat, 27.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 117.4 manat əsas, 17.6 manat cərimə, cəmi 135 manat, 09.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.1 manat əsas, 26.8 manat cərimə, cəmi 205.9 manat, 21.06.2021-ci il tarixli ********.700 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 603 manat əsas, 90.4 manat cərimə, cəmi 693.4 manat, 24.07.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 409 manat əsas, 61.3 manat cərimə, cəmi 470.3 manat, ümumilikdə 1570.9 manat borcun və 35.70 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Honor 8A Prime" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 368.7 manat, 27.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Honor 9X Lite” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 498,4 manat, 09.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung A025” markalı mobil telefona və 3 ədəd müxtəlif adlı məhsula görə 12 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 365.1 manat, 21.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung A525” markalı mobil telefona və “X1 A52” adlı məhsula görə 12 ay ödəniş cədvəli üzrə hər ay 61 manat olmaqla, cəmi 725 manat, 24.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Xiaomi Redmi 9T” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla, cəmi 449 manat, ümumilikdə hər beş müqavilə üzrə 2406.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 05.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 05.01.2022ci il tarixində 30 manat, 27.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30.08.2021-ci il tarixdə 42 manat, 09.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 09.09.2021-ci il tarixdə 31 manat, 21.06.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.08.2021-ci il tarixdə 61 manat, 24.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 25.08.2021-ci il tarixdə 40 manat ödəniş etmiş və hər beş müqavilə üzrə qalıq qalmış 1366.2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu beş müqavilə üzrə 2047 manat təşkil edir. Beləliklə, cavabdehin 30.03.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 05.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 35.70.03.2022-ci il tarixinə yaranmış 57.7 manat əsas, 8.6 manat cərimə, cəmi 66.3 manat, 27.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 117.4 manat əsas, 17.6 manat cərimə, cəmi 135 manat, 09.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.1 manat əsas, 26.8 manat cərimə, cəmi 205.9 manat, 21.06.2021-ci il tarixli ********.700 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 603 manat əsas, 90.4 manat cərimə, cəmi 693.4 manat, 24.07.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 409 manat əsas, 61.3 manat cərimə, cəmi 470.3 manat, beş müqavilə üzrə 1366.2 manat əsas, 204.7 manat cərimə, cəmi 1570.9 manat təşkil etmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 05.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 35.70.03.2022-ci il tarixinə yaranmış 57.7 manat əsas, 8.6 manat cərimə, cəmi 66.3 manat, 27.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 117.4 manat əsas, 17.6 manat cərimə, cəmi 135 manat, 09.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.1 manat əsas, 26.8 manat cərimə, cəmi 205.9 manat, 21.06.2021-ci il tarixli ********.700 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 603 manat əsas, 90.4 manat cərimə, cəmi 693.4 manat, 24.07.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 409 manat əsas, 61.3 manat cərimə, cəmi 470.3 manat, ümumilikdə 1570.9 manat borc və 35.70 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 05.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 35.70.03.2022-ci il tarixinə yaranmış 57.7 manat əsas, 8.6 manat cərimə, cəmi 66.3 manat, 27.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 117.4 manat əsas, 17.6 manat cərimə, cəmi 135 manat, 09.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.1 manat əsas, 26.8 manat cərimə, cəmi 205.9 manat, 21.06.2021-ci il tarixli ********.700 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 603 manat əsas, 90.4 manat cərimə, cəmi 693.4 manat, 24.07.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 409 manat əsas, 61.3 manat cərimə, cəmi 470.3 manat, ümumilikdə 1570.9 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35.70 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavabdeh Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar