Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2853/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı1, İddiaçı2 vəkili-nümayəndəsiVəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 icarəyə götürülən Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış obyektinin təmiri üçün xərclədiyi 12639 manat xərcin və icarə haqqı kimi ödənilən 6000 manat, 10000 manat əldən çıxan fayda cəmi 28639 manat dəymiş zərərin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış obyektində iddia ərizəsində qeyd edilən və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində yararsız hala salınan avadanlıqlar, dəzgəhlar, mal-materiallara görə 11720 manat məbləğində dəymiş zərərin, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 alınıb onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh Məmmədov Dilarə ilə 2018-ci il tarixdə mübahisə predmeti olan obyektin icarəyə götürülməsinə dair şifahi icarə müqaviləsi bağlamışlar. Aralarındakı şifahi razılaşmaya əsasən, obyekti 5 il müddətinə işlətməli idilər. Obyektin təmiri olmadığına görə obyekti təmir etdirmişlər. Təmir ilə bağlı bütün xərcləri İddiaçı2 çəkmişdir və təmirə ümumilikdə 13800 manat məbləğində vəsait sərf edilmişdir. 2019-cu il tarixdə cavabdeh Məmmədov Dilarə evinin plana düşdüyünü və maddi sıxıntıları olduğunu bildirmişdir. Bu səbəbdən də hər ay 250 manat icarə haqqı ödəmişdir. Təmir xərclərini Akif çəkdiyi üçün, icarə haqqını o ödəmişdir və 150 manat isə aybaay təmirə sərf edilən vəsaitə çıxmışlar. Eyni zamanda bildirir ki, 9 ay Cavabdeh2 də icarə haqqı ödənilmiş və Cavabdeh2 bununla bağlı dəftərə imza etmişdir. 2020ci ildə Elmir aralarındakı şifahi razılaşmanı pozaraq, vaxtından əvvəl obyektdən çıxmaqlarını tələb etmişdir. Hətta polis ilə birlikdə sexə daxil olaraq, onları sexdən çıxmaqla bağlı hədələmişdir. Eyni zamanda Cavabdeh2 işıq sayğacını sökərək, sexdə işıqdan istifadə etməklərinə maneçilik yaratmış, bundan 15 gün sonra isə, sexin qıfılığını qırmış və dəzgahlarını çölə atmışdır. Nəticədə onlara maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı2 2018-ci ilin iyun ayında cavadeh Cavabdeh1 ilə şifahi müqavilə əsasında cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən korpusun 7 ünvanında yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüşdür. Şifahi razılaşmaya əsasən tam təmirsiz olan qeyri-yaşayış obyektini İddiaçı2 öz hesabına təmir etdirəcək və qarşılığında 5 il ərzində obyekt istifadəsində olacaqdı. İddiaçı2 kiçik sahibkarlıq fəaliyyəti ilə məşqul olur. Fəaliyyəti mebellərin yığılması, bərpası və təmiridir. Məlum məsələdir ki, obyektdə mebel sexi üçün lazım olan avadanlıqların və dəzgəhların yerləşdirilməsi və quraşdırılması uzunmüddətli icarə tələb edir. Cavabdeh Dilarə Məmədova İddiaçı2 ilə razılaşmış və 2018-ci ildə Akif öz hesabına həmin obyekti təmir edərək fəaliyyətə başlamışdır. Qeyd etmək istəyir ki, həmin obyektin ümumi sahəsi 360 kv.m olmaqla təmiri üçün İddiaçı2 12639 manat pul vəsaiti xərcləmişdir. Həmin obyektin təmiri və biznesin genişləndirilməsi və səmərəliyi üçün üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə pul vəsaiti qoyaraq əlavə cihazların, mal-materialın alınması barədə şifahi razılığa gəlmişlər. Lakin obyekt İddiaçı2 tərəfindən idarə olunmuşdur. Sonradan cavabdehlər evlərinin plana getməsi ilə əlaqədar İddiaçı2 müraciət edərək, yalnız təmirlə kifayətlənmədiklərini bildirmişlər. İddiaçı2 də cavabdehlərə 5000 manat hər ay 250 manatdan olmaqla 2021-ci ilin yanvar ayından isə 200 manat olmaqla, cəmi 6000 manat pul ödəmişdir. 6000 manatdan 11 ay 250 manat olmaqla icarə ödənişini Cavabdeh1, 9 ayını isə Cavabdeh2 şəxsən götürmüşlər. Həmin obyektə İddiaçı2 çəkdiyi ümumi xərc 18039 manat olmuşdur. Müqavilə şifahi qaydada 60 ay müddətinə bağlanmışdır. Cavabdehlər həmin 18039 manatı hər ay 400 manat bölməklə 46 ay müddətinə hesablamışdılar. 14 ayın pulunu da vaxt gələndə ödəyəcəkdi. Cavabdeh2 sonuncu 200 manat ödənişi xx.xx.2021-ci il tarixdə İddiaçı2 almışdır. İddiaçı2 sübut kimi pulu verəndə dəftərə qol çəkdirmişdir. Ancaq İddiaçı2 orada heç 34 ay fəaliyyət göstərə bilməmişdir. 2021-ci ildə Cavabdeh2 İddiaçı2 yaxınlaşaraq anası ilə arasında yaranmış hər hansı öhdəliklərin icra edilməyəcəyini və obyekti satmaq qərarına gəldiyi üçün avadadanlıqların oradan çıxarılmasını və binanı boşaldılmasını tələb etmişdir. İddiaçı2 cavabdehə Cavabdeh1 ilə bu obyekti 5 il müddətinə icarəyə götürdüyünü, təmir və sair xərclərə sərf etdiyi 18039 manat pulun qaytaılacağı təqdirdə ordan çıxacağını bildirmişdir. Ona görə ki, iddiaçı heç obyektə çəkilən xərci qazanmamışdır. Aydın məsələdir ki, obyektin təyinatı sexdirsə ən azı 5 il problemsiz fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Cavadeh Cavabdeh2 xx.xx.2021-ci il tarixdə səhər radələrində özbaşına olaraq obyektin qapısını sındırmış elektrik naqillərini doğramış, elektrik sayqacını sındırmış və İddiaçı2 məxsus olan avadınlıqları və mebel dəzgəhlarını sındırıraq obyektdən çölə atmışdır. Bu əməllə Cavabdeh2 İddiaçı2 11720 manat dəyərində maddi ziyan vurmuşdur. Bu haqda iddiaçı Azərişıq ASC, Azəriqaz ASC, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermişdir. Obyektə olan və cavabdeh tərəfindən yararsız hala salınan mal-material və istehsal alətləri aşağıdakı kimidir. Laminat 25mm - 11m2*21 manat=231 manat, Laminat 24mm - 24m2* 11 manat=264 manat, Laminat 8mm - 7m2*9 manat=56 manat, MDF 18mm - 18m2*13 manat =234 manat, MDF 12mm - 8m2*10 manat =80 manat, MDF 10mm - 8m2*9 manat =72 manat, MDF 8mm - 5m2*8 manat =40 manat, MDF 6mm - 17m2*6 manat =102 manat, Panel parlaq 18mm AGT - 8m2*30 manat =240 manat, Fıstıq taxtası - 1.3m3*1150 manat = 1495 manat, Fıstıqdan hazırlanmış pillələr 24 ədəd 140*32*6mm - 065m3*1150man=747 manat, Şam taxtası - 0.70m3*420manat= 294 manat, Mebel şkafı - H=220*200 - 1 ədəd = 250 manat, Mebel şkafı - H=220*1.83 - 1 ədəd = 220 manat, Divan 2 kreslo - 1 dəst = 750 manat, Mebel petlələri - 120 ədəd*0.9 manat= 108 manat, Xodavik 45 ədəd *8 man=360 manat Qapı üçün zamoklar -12 ədəd*55 man= 660 manat, DSP18mm- 24m2*8 manat=192 manat, Arxalıq - 18m2*4.2man = 75 manat, Dəzgəh (YATAR) MÜHƏRRİK 4kv- 1 ədəd -350 manat, Xonca bıçaq (NETMAK)d32-69004 - 2 ədəd *190 manat=380 manat, Tac bıçağı (NETMAK) d32-720 - 2ədəd*290manat=580 manat, Mişar (NETMAK) gizərli 300x30xZ96L - 1ədəd =170 manat, Komplekt mebel bıçağı (NETMAK) d32 665 - 1 ədəd - 160 manat, Komplekt mebel bıçağı (NETMAK) d32 640 - 1 ədəd - 160 manat, Mişar (NETMAK) taxta üçün -300x30x Z48- 1 ədəd -80 manat, İlişgi d120x4x30x6 - 1ədəd - 25 manat, İlişgi d120x5x30x6 - 1ədəd - 27 manat, İlişgi d120x6x30x6 - 1ədəd - 28 manat, İlişgi d120x8x30x6 – 1ədəd - 35 manat, İlişgi d120x10x30x6 - 1ədəd - 45 manat, İlişgi d120x12x30x6 - 1ədəd - 50 manat, Əl Frezi (MAKİTA RP2300-FC) 1ədəd - 680 manat, Perferator (BOSH) GBH2-26DRE 1ədəd - 230 manat, Kompressor 50 litr ECADU 1550 - 1ədəd -170 manat, Komplekt bıçaqlar (TOPLA) 757X30 - 1dəst - 650 manat, Təmizləmə bıçaqı d32 7400l -1ədəd - 120 manat, Təmizləmə bıçaqı d32 74003 -1ədəd - 130 manat, Titrəşim Felisatti TP5l7 - 1ədəd 240 manat, Drel (BOSH) G8M6RE - 1ədəd - 90 manat, Laqonda (BOSH) GWS780C - 1ədəd - 110 manat Drell (Şrypovered) (BOSH) GSRl3OH - 1ədəd - 230 manat, Mismar tapançası SARK - 1ədəd -60 manat, 1ədəd divan, 2 ədəd kreslo, 1ədəd jurnal masasası (gardigan); 1ədəd göyüş ağacından masa; 4 ədəd göyüş ağacından stullar; 2 ədəd göyüş ağacından kreslolar bərpası üçün çəkilən - 450 manat olmaqla, cəmi 11720 maddi ziyan dəymişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2018-ci il tarixdə İddiaçı2 hazırda yaşadığı evə gəİmiş və mübahisə predmeti olan obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Aralarındakı şifahi razılığa əsasən, iddiaçı obyekti icarəyə götürəcək və aylıq 400 manat icarə haqqı ödəməli idi. Razılaşma olarkən evdə o, onun anası Cavabdeh1, hazırkı iş üzrə İddiaçı2 və Osman adlı şəxs olmuşdur. O, hərbiçi olduğuna görə evdə olmadığından iddiaçılar icarə haqqını anasına ödəmişdirlər. O, hərbidən qayıtdıqdan sonra isə bir neçə ay icarə haqqı ona ödənilmişdir. Məlumat üçün bildirir ki, obyekt icarəyə verilən zaman orta təmirli idi və istifadəyə yararlı olmuşdur. İddiaçılar obyektə təmir işləri görsələr də, hazırda tələb edilən məbləğ şişirdilmişdir. Belə ki, sexdə yerdə beton arakəsmələr olmuş və işıq ilə təmin edilmişdir. İddiaçı ola bilsin ki, bir neçə işıq lampası qoymuş və tavana lambir vurmuşdur. Təmirin müqabilində isə, aralarındakı razılaşmaya əsasən, 400 manat icarə haqqında 150 manat icarə puluna və 250 manat isə təmir puluna çıxılmışdır. Bir müddət sonra maddi sıxıntıları olduğu üçün, sexi satmaq qərarına gəlmiş və iddiaçıların sexdən çıxmalı olduqlarını şəxsən bildirmişdir. Buna baxmayaraq, iddiaçılar qərəzli olaraq sexdən çıxmamışlar. Bununla əlaqədar olaraq, polis ilə birlikdə sexə gələrək iddiaçılara 20 gün müddətinə sexdən çıxmaq üçün vaxtları olduğunu bildirmişdir. 20 gün müddət tamam olduqdan sonra sexin qıfılını sındıraraq içəri daxil olmuş, iddiaçılara məxsus dəzgah və avadanlıqları səliqə ilə sexin önündə olan boş sahəyə yığmışdır. Avadanlıqlara zərər dəyməməsi üçün üstlərini örtüklə örtərək, iddiaçıya telefon ilə məlumat vermişdir. Bu hadisədən sonra 3-4 gün ərzində iddiaçı avadanlıqlarını götürmüşdür. O, avadanlıqları çıxarmağını video lentə yazmış və diski məhkəməyə təqdim etmişdir. O, heç kimin əmlakına ziyan vurmamdır. Bu işlə bağlı polisdə araşdırma aparılmışdır. Əgər cinayət törətmiş olsa və ya iddiaçıya maddi ziyan vursa, polis haqqında hər hansı bir tədbir görərdi. Onu da qeyd edir ki, iddiaçının təmir ilə bağlı çəkdiyi xərclər barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, onun borcu yoxdur, iddianı əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş edir. Həmçinin o, məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçılar ondan icarəyə götürdükləri qeyri yaşayış obyektini öz isdədikləri zamanda tərk edə bilmədikləri üçün ona qarşı bu cür əsassız iddia qaldırmışlar. Ailəsində xəstə olduğu səbəbindən sözügedən qeyri yaşayış obyektini satmaq məcburiyyətində qaldığı üçün, 2021-ci ilin may ayında iddiaçılardan həmin obyekti boşaltmalarını xahiş etmişdir. Lakin, iddiaçılar müxtəlif bəhanələr gətirərək obyektdən çxmaq istəməmişlər. O, dəfələrlə iddiaçılardan çıxmalarını tələb etsə də, iddiaçılar buna məhəl qoymamışlar. Daha sonra o, məcbur qalıb Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və həmin qurumdan iddiaçılara ona məxsus olan sözügedən qeyri yaşayış obyektindən çıxmaq üçün 20 gün vaxt verilmişdir. Lakin, bunun da heç bir nəticəsi olmamış və o, məcbur qalıb ona məxsus obyektdən iddiaçıların dəzgahlarını, həmçinin ona aid olan 2 dəzgahı obyektin qarşısana səliqəli şəkildə yığaraq üstünü salafanla örtmüş və iddiaçılara avadanlıqlarını götürməklərini bildirmişlər. Bundan sonra iddiaçılar gəlib avadanlıqlarını, hətta ona məxsus olan 2 dəzgahı da özləri ilə aparmışlar. Qeyd edir iddiaçıların həmin dəzgahları götürmələrinin foto və video çəkiliş vardır. Hazırda iddiaçılar həmin dəzgahlardan icarəyə götürdükləri başqa obyektə istifadə edirlər. Məlumat üçün bildirir ki, sözügedən qeyri yaşayış obyektini 2021-ci ilin may ayının axırında başqa şəxsə satmış və həmin şəxs hazırda sözügedən qeyri yaşayış obyektinin sahibidir. Bu şəbədən də, iddiaçıların iddialarının heç bir əsası yoxdur və rədd edilməlidir. Odur ki, o, iddaçılar İddiaçı1 və X3 ona qarşı “vurulmuş ziyanın tələb edilməsi” iddia tələbinin rədd edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, onun bu işdə tərəf olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasına şahid kimi cəlb edilmiş X1 ifadəsində bildirdi ki, o, iş üzrə bütün tərəfləri tanıyır. Belə ki, cavabdeh Məmmədov Dilarə ilə 1991-ci ildən qonşudur və normal münasibətləri olmuşdur. 2018-ci il tarixdə, İddiaçı2 və Məmmədov Dilarə ona yaxınlaşaraq mübahisə predmeti olan sexi icarəyə verdiklərini bildirmişdir. O, ustadır və Akif sexdə şiferi vurmağını təklif etmişdir. Eyni zamanda, həyətindən sexə su və işıq xətləri də çəkilmişdir. O, təqribən 2018-ci ilin may və ya iyun ayında 10 gün müddətində sexdə işləmiş və şiferi vurmuşdur. Sexin damına 30-a yaxın tol sərf edilmişdir. O, şiferi vurmağa 700 manat almışdır. Bundan əlavə, sexdə qaz işlərini də o görmüş və müqabilində 400 manat pul almışdır. Təmir üçün lazım olan hər şeyi İddiaçı2 almışdır. O, qonşuluqda yaşadığına görə sexin açarı onda olmuşdur. Ona görə də sexdə hansı işlərin görüldüyünü və təmirə nə qədər vəsait sərf edildiyini bilir. Belə ki, sexin təmirinə 13000 manat yaxın vəsait sərf edilmişdir. Sexdə 2 aya yaxın təmir işləri aparılmışdır. Belə ki, sexə işıq çəkilmiş, lambir vurulmuş, pəncərə açılmış, divara mala və yerə beton vurulmuşdur. X9 təmir işləri bitdikdən sonra sexə gəlmişdir. O, Məmmədov Dilarəni sonuncu dəfə 1 il bundan əvvəl görmüşdür. Məhkəmə iclasına şahid kimi cəlb edilmiş X8 ifadəsində bildirdi ki, o, iddiaçılar Akif və Pərvizi tanıyır. O, Akifə sexdəki hüquqi işlər ilə bağlı xidmət müqaviləsi ilə hüquqi yardım göstərmişdir. İddiaçılar fərdi sahibkar idilər və məhdud məsuliyyətli cəmiyyət yaratmaq istəmişdirlər. 2021-ci il tarixdə, Akifin telefonuna zəng gəlmiş və Elmirin işıq sayğacını qırdığını demişlər. Onlar sexə gələndə işıq sayğacının qapağının və özünün qırıldığını görmüşlər. Dərhal 102-yə və Azər İşıq ASC-yə zəng etmişlər. Eyni zamanda, sexin qapısının qıfılı qırılmış və qapıya müdaxilə edilmişdir. Bu hadisədən 1-2 gün sonra sexin yaxınlığında yaşayan qonşu zəng edərək, Elmirin dəzgahları sexin çölünə atdığını bildirmişdir. Hadisə ilə bağlı 102-yə zəng etmişlər, təhqiqatçı gəlmiş və akt tərtib edilmişdir. Təhqiqatçı tərəflərdən izahat alınmışdır. Bütün avadanlıqlar üstləri açıq və dağılmış vəziyyətdə sexin çölündə idi. Bunla bağlı tərəflərindən çəkiliş də aparılmışdır. Məhkəmə iclasına şahid kimi cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, Akif ilə 5-6 ildir ki, yaxın dostdur. İddiaçı sexi işlədən vaxt və sexdə ustalar işləyəndə bir neçə dəfə orada olmuşdur. Elmir əşyaları çölə atdıqdan sonra o da sexə gəlmişdir. Bütün dəzgahlar sexin çölünə atılmışdır. Onlar əşyalar çölə atıldığı vaxtdan 2-3 gün sonra sexə getmişlər. Məhkəmə iclasına şahid kimi cəlb edilmiş X2 ifadəsində bildirdi ki, iş üzrə tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Pərviz özü onu usta olaraq tapmışdır və o, sexdə yerə beton tökmüşdür. Sexin yeri 360 kvadrat metr olmuşdur və başqa bir fəhlə ilə birlikdə beton tökmüş, arakəsmələri hörmüş və lambir vurmuşdur. O, təxminən sexdə 17 günə yaxın işləmişdir. Eyni zamanda, sexdəki işıq işlərini də o, görmüşdür. O, cavabdehləri tanımır və onları heç vaxt görməmişdir. İş materiallarında olan “Əmlak Ekspert Servis” tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış obyektinin təmir xərci (material və əmək haqqı daxil olmaqla)-döşəmənin beton məhlulun ilə hamarlanması (6-7 sm) material daxili-360 m2-3600 manat, arakəsmələrin daşla hörülməsi-38 m2 -1140 manat, daxili divarların suvanması material daxili-145 m2 -1160 manat, tavanın və divarın lambirinlə üzlənməsi material daxili-132 m2 -2112 manat, söküntü işlərinin görülməsi-25 m2 -125 manat, 3 faza işığın çəkilməsi və sayğacın çəkilməsi, sayğacın quraşdırılması-200 p/m-1800 manat, 3 faza avtomatların quraşdırılması 16 AMP Siemens-8 ədəd- 184 manat, daxili işıqlandırma (kabel 2.5)-300 metr-120 manat, hava xəttinin çəkilməsi (komprosessordan)-28 p/m-280 manat, daxili elektrik şitinin quraşdırılması-1 ədəd-80 manat, sexin damında cari təmir işlərinin görülməsi-360 m2-1440 manat, pəncərələrin dəmir barmaqlıqla bağlanması-1 fakt-320 manat, zibillərin daşınması-8 reys-360 manat olmaqla, ümumilikdə 12721 manat hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmədə işin mübahisə edilməyən hallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və 2018-ci ilin iyun ayında cavadeh Cavabdeh1 ilə şifahi müqavilə əsasında cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən korpusun 7 ünvanında yerləşən qeyri-yaşayış obyektini 60 ay müddətinə mebel sexi kimi icarəyə götürmüş, şifahi razılaşmaya əsasən qeyri-yaşayış obyekti İddiaçı2 hesabına təmir olunmalı, qarşılığında sözügedən qeyri-yaşayış sahəsi 5 il müddətində İddiaçı2 istifadəsinə verilməsi barədə razılıq əldə olunmuş, İddiaçı2 tərəfindən mebel sexinin işlədilməsinə digər iddaçı olan İddiaçı1 da cəlb edilmiş, 2018-ci ildə Akif öz hesabına 12639 manat xərc çəkərək Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış sahəsini təmir edərək fəaliyyətə başlamış,lakin iddiaçılar şifahi razılaşmanın şərtlərinə əməl etdikləri halda,cavabdehlər şifahi razılaşmanın şərtlərini pozaraq, 2021-ci ilin iyil ayında iddaçıların iradəsinə zidd olaraq,sonuncuların qeyri-yaşayış sahəsindən çıxarılmasına nail olmüşlar. Beləliklə,işin faktiki hallarından göründüyü kimi tərflər arasında icarə hüquq və öhdəlik hüquq münasibətləri yaranmış,iddiaçılar qeyd olunan hüquq münasibətləri ilə bağlı cavabdehlərə münasibətdə vicdanlı hərəkət etsələrdə,cavabdehlər vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməməklə,maddi ziyan vurulmasına səbəb olan nəticəyə nail olmuşlar. Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin təmiri üçün İddiaçı2 tərəfindən 12639 manat şəxsi vəsaiti hesabına təmir olunması iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçınln nümayəndəsinin məhkəmə iclasındakı izahatı, digər İddiaçı1 izahatı,şahidlərin ifadələri, Cavabdeh2 qismən də olsa iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 10 avqust 2021-ci i tarixli qərardakı izahatı və iş materiallarında olan “Əmlak Ekspert Servis” tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə təstiqini tapdığından məhkəmə işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir xərci olaraq 12639 manat alınaraq İddiaçı2 verilməlidir. N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin 10000 manat əldən çıxmış fayda və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində yararsız hala salınan avadanlıqlar, dəzgəhlar, mal-materiallara görə 11720 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı təmin olunması üçün yetərincə mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı tərəfin izahatlarına tənqidi yanaşaraq bu hissələrdə iddianın rədd edilməsi nəticəsinə gəlir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin obyektin icarə haqqı kimi ödənilən 6000 manatın geri istənilməsinin də hüquqi əsası olmadlğl üçün iddia tələbi bu hissədə də rədd edilməlidir.Belə ki,məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 7 ünvanında yerləşən qeyri yaşayış sahəsini 2018-ci ilin iyun ayından 2021-ci ilin iyil ayınadak iddiaçıların faktiki istifadəsində olmuş,iddiaçılar bu müddət ərzində qeyri yaşayış sahəsini mebel sexi kimi işlədərək,cavabdehlərə şifahi razılığın şərtləri daxilində həmin pulu ödəmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, tələb olunan 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 9,50 manat məbləği cavabdehlərdən tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir xərci olaraq 12639 manat və 9,50 manat dövlət rüsumu alınaraq İddiaçı2 verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2853/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2853/2022
13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver