Məhkəmə qərarları › İş №e-2(012)-2858/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2858/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2858/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı «X9»-nın Bakı filialının Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi üçün zaminə yönəldilmə tələbinə dair mülki işə 20 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X9»-nın Bakı filialı Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi üçün zaminə yönəldilmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 05 aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat borcun və ödənilmiş 85,96 manat dövlət rüsumunun tutularaq “X9” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8” Bakı filialı ilə borclu X3 arasında bağlanmış 16 iyun 2022-ci il tarxinli, 578 nömrəli kredit müqaviləsinə əsasən illik kreditdən istifadə haqqı 17 fazi hesablanmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X9” Bakı filialı ilə Cavabdeh arasında 645 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan”ın ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 285.22 manat ödəməli idi. Müqaviləyə əsasən cavabdeh 05 aprel 2023-cü il tarixə Banka əsas borc üzrə 1637,60 manat, faiz borcu üzrə 929,38 manat ümumi halda 2566,98 manat ödəniş yerinə yetirməli idi. Lakin qeyd olunan tarixə əsas borc üzrə 1450,93 manat, faiz borcu üzrə 836,14 manat ümumi halda 2287,07 manat Borcalan tərəfindən Banka ödəniş yerinə yetirilmişdir. 05 aprel 2023-cü il tarixə cavabdehin Banka əsas kredit borcu üzrə 6549,07 manat manat, faiz borcu üzrə 46,35 manat olmaqla ümimilikdə 6595,42 manat borcu təşkiledir. Borcalana hesablanmış faizlər dayandırılmışdır. 24 fevral 2023-cü il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən X1 xx.xx.2023-cü il tarxində vəfat etmişdir. İddiaçı «X9» Bakı filialının nümayəndəsi Qanuni nümayəndə məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq cavabdehlər Cavabdeh məhkəməyə gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, «X9» Bakı filialı ilə Hüseynova M/ehriban Sabir qızı arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 578 №li Kredit müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 17 % ödəmək şərti ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan «X9» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh 16 iyun 2022-ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh zamin durmuşdur. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh zəmanəti əsasında X3 ilə «X9» Bakı filialı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli 578 saylı kredit müqaviləsi üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat məbləğində kredit borcu yaranmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən «X9» Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 və X2 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ondan kredit borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, X9» Bakı filialı ilə Hüseynova M/ehriban Sabir qızı arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 578 №li Kredit müqaviləsinə əsasən ona illik kreditdən istifadə haqqı 17 % ödəmək şərti ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. «X9» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh 16 iyun 2022ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh zamin durmuşdur. X3 xx.xx.2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən «X9» Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 və X2 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Hazırda zamin Cavabdeh zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ilə bank arasında bağlanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsinə əsasən 16 iyun 2022-ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə iddiaçı «X9» Bakı filialı qarşısında X3 ilə birgə məsuliyyət daşıdığından, Cavabdeh 05 aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat kredit borcu alınaraq iddiaçı «X9» Bakı filialına ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 85,96 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 85,96 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı «X9» Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat kredit borcu və ödənilmiş 85,96 manat borc alınaraq iddiaçı «X9» Bakı filialına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar