Məhkəmə qərarları › İş №e-2(012)-2859/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2859/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2859/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 07 avqust 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 220 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27 sentyabr 2018ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. O, X3 qarşı “nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair” iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X5 ilə onun arasında xx.xx.2018-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2183 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Əliyeva Cahan qızının yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatı “alimentin artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında işirak etməsi üçün Cavabdeh dəvət etmişdir. Cavabdeh aliment tələbinin artırılmasına razı olduğunu bildirsə də, Goranboy rayonunda olduğunu və Bakı şəhərinə gələ bilməyəcəyini, barışıq sazişini imzalamaqdan imtina etdiyini bildirmişdir. Odur ki, alimentin artırılmasının yalnız məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ayda 180 manat alimentin məbləği artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 059523 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, birgə nikahdan olan X6 20 iyul 2017-ci ildə anadan olmuşdur. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 1083/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2183 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Əliyeva Cahan qızının yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması haqqında Ağdam Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 il müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 1083/2020 saylı qətnaməsi ilə Cavabdeh 20 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1083/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 20 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar