Məhkəmə qərarları › İş №e-2(012)-2909/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2909/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2909/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2024-cü il tarixində vəfat etdiyindən hazırki mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı şirkətin nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunu X2 vasitəsilə xx.xx.2025-ci ildə saat 15:21-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə 2(012)- 2909/2025 saylı mülki iş üzrə X2 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" KB ASC-yə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar