Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2940/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6884,63 manat məbləğində əsas kredit borcunun, 44,78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 6929,41 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 89,30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 16271***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən yuxarı olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 34 ay müddətinə illik 14.5% dərəcəsi ilə (aylıq ödəniş 454,18 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 12600 manat məbləğində kredit verilmişdir. Lakin kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 6884,63 manat əsas, 44,78 manat faiz borcu olmaqla, ümumi kredit borcunun məbləği 6929,41 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mübahisənin tərəflərin iştirakı olmadan araşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16271***-*******01L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən yuxarı olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli SMS razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 34 ay müddətinə illik 14.5% dərəcəsi ilə (aylıq ödəniş 454,18 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 12600 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 6884,63 manat məbləğində əsas kredit borcu, 44,78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 6929,41 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC cavabdehə kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsi məqsədilə xəbərdarlıq göndərmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsi üzrə razılaşdırılmış şərtlərə vaxtında əməl edilməməsi nəticəsində dövri olaraq ödənilməli vəsait vaxtında ödənilmədiyindən, yəni müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan bankın bu öhdəliyin yaranmasına əsas olmuş müqavilənin Mülki Məcəllənin 421-ci maddəsinə əsasən pretenziya göndərməklə vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 6884,63 manat məbləğində əsas kredit borcu, 44,78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 6929,41 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 89,30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6884,63 manat məbləğində əsas kredit borcu, 44,78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 6929,41 manat pul və 89,30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2940/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2940/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver