Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2985/2023 21.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən, 2627.54 manat əsas, 314.56 manat faiz, 20.94 manat cərimə olmaqla, cəmi 2963.04 manat borc və 50.04 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə Cavabdeh kiçik iddialara dair işlər üzrə ərizəyə etiraz ilə məhkəməyə müraciət edərək, kiçik iddialara dair işlər üzrə ərizənin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 394-1.4. maddəsinə görə tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizə barədə cavabdehin təqdim etdiyi etirazı qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tələb olunan borc məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən, bu hal ərizəyə mahiyyəti üzrə baxılmasını qeyrimümkün etdiyindən və mübahisə doğurduğundan kiçik iddialara dair ərizə iddia icraatına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat iddia icraatına keçirilməklə işə iddia icraatı qaydasında baxılsın və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 11:50-yə təyin edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2985/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2985/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver