Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3003/2022 24.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19016-S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinin və ona əsasən bağlanılmış xx.xx.2021-ci il tarixli, 3 nömrəli razılaşmanın ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8561,80 manat əsas kredit borcu, 1185,25 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 9774,36 manat borcun, həmçinin 117,75 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 19016- S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, ******* manat məbləğində kredit limiti ayrılmışdır. 19016- S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinə əsasən xx.xx.2021ci il tarixli, 3 nömrəli razılaşma imzalanaraq, Cavabdeh1 xx.xx.2022-ci il tarixinədək illik 2,3 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə kreditor arasında bağlanmış 16FİZAM108805402 saylı və 16FİZAM108804802 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti borclu ilə birlikdə öz üzərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 8561,80 manat əsas kredit borcu, 1185,25 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 9774,36 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mübahisənin onların və iddiaçının nümayəndəsinin iştirakı olmadan araşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış 19016-S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 ay müddətinə, ******* manat məbləğində kredit limiti ayrılmışdır. Mülki işin materiallarında olan 19016-S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinə əsasən bağlanmış xx.xx.2021-ci il tarixli, 3 nömrəli razılaşmadan görünür ki, Cavabdeh1 bank tərəfindən xx.xx.2022-ci il tarixinədək illik 2,3 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 16FİZAM108805402 saylı və 16FİZAM108804802 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi (razılaşma) üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 8561,80 manat əsas kredit borcu, 1185,25 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 9774,36 manat borcu vardır. İşdə olan məktubdan görünür ki, İddiaçı ASC cavabdehlərə kredit və zaminlik öhdəliklərinin vaxtında yerinə yetirilməsi məqsədilə xəbərdarlıq göndərmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi üzrə razılaşdırılmış şərtlərə vaxtında əməl edilməməsi nəticəsində dövri olaraq ödənilməli vəsait vaxtında ödənilmədiyindən, yəni müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan bankın bu öhdəliyin yaranmasına əsas olmuş müqavilənin Mülki Məcəllənin 421-ci maddəsinə əsasən vaxtından əvvəl ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19016-S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və ona əsasən bağlanılmış xx.xx.2021-ci il tarixli, 3 nömrəli razılaşma ləğv edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8561,80 manat əsas borc, 1185,25 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 9774,36 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 117,75 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19016-S118591/658497 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və ona əsasən bağlanılmış xx.xx.2021-ci il tarixli, 3 nömrəli razılaşma ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8561,80 manat əsas borc, 1185,25 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 9774,36 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 117,75 manat pulun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3003/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3003/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver