Məhkəmə qərarları › İş №e-2(012)-301/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-301/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-301/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 65000 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5037,5 (illik 7,75 faizlə) manatdan, iki il üçün 10705 manat faiz məbləği, mənəvi ziyanın əvəzi kimi 3000 manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 327 manat dövlət rüsumu olmaqla, cəmi 79032 manat pul vəsaitinın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 yanvar 2018-ci ildə Bakı şəhəri, 27 saylı Notariat Kontorunda 3M-16 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasan, İddiaçı Nurəddın oğlu 1 ay müddətinə, yəni 14 fevral 2019-ci il tarixində qaytarılması şərti ilə Cavabdeh 65000 manat məbləğində borc pul vermişdir. Lakin borcun qaytarılmalı olduğu tarixdən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, 65000 manat məbləğində borc pul geri qaytarılmamışdır. Dəfələrlə cavabdehdən pulu qaytarması tələb edilsə də, o, müxtəlif bəhanələrlə həmin borcu qaytarmamışdır. Ona borcun ödənilməsinə dair bildiriş göndərilsə də və notarius tərəfindən icra qeydi çıxarılsa da, müsbət nəticəsi olmamışdır. Bu hərəkətləri ilə cavabdeh iddiaçıya maddi ziyan, habelə mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi hərəkətlər etməklə mənəvi ziyan vurmuşdur. Abşeron rayonu 2 saylı notariat ofisinin 11 yanvar 2021-ci il tarixi 8i-76 reyestr nömrəli icra qeydində Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 65000 manat pulun İddiaçı xeyrinə tutulması qeyd olunmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 22.07 2022-ci il tarixli 17/7515/9- 1Q nömrəli məktubu ilə bildirilmişdir ki, Abşeron rayonu 2 saylı Notariat kontorunun 8i-76 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh cəmi 65020 manat borc pul tutulub İddiaçı verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə də icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Lakin borclu tərəfindən tələb könüllü müddətdə təmin edilmədiyindən borclunun əmlak və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular verilmişdir. Alınmış cavablarda borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. İcra sənədinin icrası nəzarətdədir, icranın gedişatı və nəticəsi bərədə əlavə məlumat veriləcəkdir. Bu səbəbdən 65000 manat pulun iddiaçıya geri qaytarılması zərurəti yaranmışdır. Əlavə olaraq, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5037,5 (illik 7,75 faizlə) manat tətbiq edilməklə, iki il üçün 10705 manat faiz məbləği, mənəvi ziyanın əvəzi kimi 3000 manat məbləğində əlavə pul vəsaitini də iddiaçıya ödəməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Bakı şəhəri, 27 saylı Notariat Kontorunda 14 yanvar 2018-ci ildə bağlanmış 3M-16 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Nurəddın oğlu 1 ay müddətinə, yəni 14 fevral 2018-ci il tarixində qaytarmaq şərti ilə Cavabdeh 65000 manat məbləğində borc pul vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, 27 saylı Notariat Kontorunda 14 yanvar 2018-ci ildə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə Cavabdeh İddiaçı Nurəddın oğlu tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan Abşeron rayonu 2 saylı Notariat kontorunun 8i-76 saylı xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh cəmi 65020 manat borc pul tutulub İddiaçı verilməlidir. İşdə olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 22.07 2022-ci il tarixli 17/7515/9- 1Q nömrəli məktubundan görünür ki, Abşeron rayonu 2 saylı Notariat kontorunun 8i-76 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh cəmi 65020 manat borc pul tutulub İddiaçı verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə də icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Lakin borclu tərəfindən tələb könüllü müddətdə təmin edilmədiyindən borclunun əmlak və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular verilmişdir. Alınmış cavablarda borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. İcra sənədinin icrası nəzarətdədir, icranın gedişatı və nəticəsi bərədə əlavə məlumat veriləcəkdir. İşdə olan Abşeron Rayon lcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tələbkarın ərizəsinə əsasən Abşeron rayonu 2 saylı Notariat kontorunun 8i-76 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi onu verən quruma qaytarılmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan 1 aya qaytarmaq şərtilə 65000 manat borc götürmüşdür. Lakin borcun qaytarılması müddəti çatsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 65000 manat borcu İddiaçı qaytarmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 65000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində bank uçot dərəcəsinə uyğun olaraq illik 5037,5 (illik 7,75 faizlə) manatdan, iki il üçün 10705 manat faiz məbləğini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə bu barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı borc verməklə faiz məbləğini də əldə etməsi barədə müvafiq qurumdan lisenziya almasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mənəvi zərərin əvəzinin verilməsi barədə tələbi də əsaslı hesab etmir, çünki iddiaçı bu barədə də mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 327 manat dövlət rüsumunun 250 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 65000 manat və dövlət rüsumu üçün 250 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar