Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-304/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcun və 38 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, X2 60 ay müddətinə, illik 1 % olmaqla 2019,80 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borc yaranmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdehdır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh göstərdi ki, kredit müqaviləsi bankla onun əri arasında bağlanmışdır və əri xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu kredit müqaviləsi bağlanarkən onun mərhum əri ilə adını bilmədiyi şirkət arasında sığorta müqaviləsi də imzalanmış, kredit sığortalanmışdır. Buna görə də onun hazırda banka heç bir kredit borcu yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarından olan xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X2 60 ay müddətinə, illik 1 % olmaqla 2019,80 manat məbləğində kredit verilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır. O, mərhumdan miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Dostluq küçəsi, 4 saylı evin 1 saylı mənzilini tam həcmdə qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli, 08-xxxx-090326 saylı kredit müqaviləsi üzrə X1 banka olna borcunun ödənilməsi barədə onun qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X1 xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh X3 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, onun bu müqavilə üzrə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcu qalmışdır. M.A.Babayev xx.xx.2021-ci il tarixdə ölmüşdür. Lakin iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır. O, mərhumdan miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Dostluq küçəsi, 4 saylı evin 1 saylı mənzilini tam həcmdə qəbul etmişdir (miras aktivi). Hazırda İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcun və 38 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş M.A.Babayev xx.xx.2021-ci il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, M.A.Babayevin vərəsəsi kimi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Kredit öhdəliklərinin sığortalanması barədə Cavabdeh dəlilləri əsassızdır, çünki o, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə onun bu barədə dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-304/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-304/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver