Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3050/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları ücün cavabdehdən tutulan aliment məbləğini artıraraq, hər ay hər birinə 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin, 55,0 manat mediasiya xidmət haqqının, məhkəmə xərci olan 50,40 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 550 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Celebi (Əliyeva) Hüsniyyə Qabil qızı Cavabdeh ilə qeyri-rəsmi nikahda olmuşlar. Onları bu nikahdan xx.xx.2009-cu il doğumlu X7 və xx.xx.2011-ci il doğumlu X10 adlı övladlarl dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan ailə münasibətləri dağıldığından ayrı yaşayırlar. Göygöl rayon Məhkəməsinin 19 iyul 2015-ci il tarixli, 2(066)-948/2015 saylı qətnaməsi ilə Cavabdeh övladlarının atası olması faktı təsdiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(012)-2406/2018 saylı qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği artırılaraq hər bir uşağa görə 154 manat, ümumilikdə 308 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Ölkə üzrə bahalaşma, uşaqların böyüyərkən maddi və mənəvi qayğılarının çoxalması nəticəsində alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Mediasiya prosesində cavabdehə alimentin könüllü surətdə artırılması təklif olunsa da, imtina etmişdir Ona görə də iş üzrə məhkəmə xərcləri (dövlət rüsumu, mediasiya xidmət haqqı və vəkil xidmət haqqı) cavabdehdən tutulmalıdır.Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməisini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh xəstədir.Məhkəmənin qətnaməsinə əsasən hər ay hər uşağa 154 manat olmaqla,cəmi 308 manat aliment ödənilməsi qət edilmişdir.Bildirirdi ki,hər ay hər uşağa 154 manat alimenti tam ödəyə bilmir, anasının köməkliyi ilə aliment ödəyir.İddiacı işləyir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-948/2015 saylı, 29 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş,X5 tərəfindən xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh olması faktı təsdiq olunması,həmin uşaqlara yeni doğum haqqında şəhadətnamələrin verilməsi Göygöl rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay sabit məbləğdə hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat pul məbləğində aliment tutularaq iddiaçı X8ma ödənilməsi,Aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmiş hazırkı iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi,alimentin tutulması 10 iyun 2015-ci il tarixdən başlanılması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-948/2015 saylı, (hakim İ.Kərimli) 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə 08 mart 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulması qət edilmiş 70 manat, cəmi 140 manat miqdarında alimentin dəyişdirilməsi və Cavabdeh 08 mart 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi, alimentin bu məbləğdə tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan “Azərbaycan Elmi Tədqiqat Tramatologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh qamış və incik sümüyünün distal 1/3 də zəif nəzərə çarpan kiçik kistoz görünüşlər qeyd edilir. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanasının ” xx.xx.2024-cü il tarixli ezofaqoqaztroduodenoskopiya müayinəsindən görünür ki, Cavabdeh refleks ezofaqit La –A, KES çatmazlığı Gr1-2,antral eroziv qastropatiya,kataral bulbopatiya qeyd edilir. İş materiallarında olan Abşeron rayon Məşğulluq Mərkəzinin xx.xx.20219-cü il tarixli arayışından görünür ki, Əsədov X9 Rayon Məşğulluq Mərkəzində iş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır.Elektron İnformasiya sistemində vətəndaşın əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə iddiaçının və cavabdehin vəkili-nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, yuxarıda qeyd olnan qanunvericilik normalarını və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu anasının üzərinə düşməsi kimi diqqətə layiq halların olduğunu əsas götürərək alimentin artırılması nəticəsinə gəlir,lakin məhkəmədə sübutların tədqiqatı zamanı tələb olunan miqdarda cavabdeh tərəfindən alimentin ödəmək iqtidarında olması ilə bağlı əsaslı ehtimallar müəyyən edilmədiyini nəzərə alaraq iddianın qismən təmin edilməsini,alimentin artırılaraq hər ay hər uşaq üçün 200 manat həddində müəyyən edilməsini ədalətli və tərəflərin mənafeyinə mütənasib olmasını hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 68 (altmış səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(012)-2406/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə 08 mart 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla,cəmi 400 manat məbləğində aliment,100 manat vəkil xərci Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3050/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3050/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver