Məhkəmə qərarları › İş №e-2(012)-3094/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3094/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3094/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğini dəyişdirilərək - artırılması yəni, hər bir uşağa görə hər ay hər uşağa görə 235 manat olmaqla,ümumilikdə - 705 (yeddi yüz beş) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o cavabdeh – Cavabdeh ilə 2008-ci ildə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Lakin, bir müddətdən sonra ailə münasibətləri pisləşmiş və 2015-ci il tarixdə nikahları pozulmuşdur. Daha sonra qohumların təkidi ilə cavabdehlə barışımış və xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində cavabdehlə yenidən nikaha daxil olmuşdur. Lakin, yenədə cavabdehlə ailə münasibətlərinin yenidən pisləşdiyi üçün cavabdehə qarşı “aliment tələbinə dair” iddia qaldırılaraq xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pulməbləğində alimentin tutulması barədə qətnamə qəbuledilməsi xahiş edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4004/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Alimentin tutulması barədə qətnamə çıxarılandan 2 ay sonra 3-cü övladı xx.xx.2019-cu il təvəllüdlü – X9 anadan olmuşdur. CavabdehAllahverdi oğlu ilə ailə münasibətlərimiz yenidən pisləşdiyi üçün nikahlarının pozulması və sonuncu övladı X3 üçün alimentin tutulması barədə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2726/2023 saylı qətnaməsi ilə iddiası təmin edilməsi, cavabdehlə 03 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2150 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanamsı, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin tutulması, alimentin tutulamsının xx.xx.2023-cü il tarixdən hesablanması qət olunmuşdur. Məhkəmə aktlarından görünür ki, cavabdehlə birgə nikahlarından olan 3 uşaq onun himayəsindədir və uşaqların saxlanması üçün aliment miqdarı uşaqlar üçün nəzərdə tutulmuş məbləğdən xeyli aşağıdır. Buna baxmayaraq hər üç uşağın qayğısına qalır və onların bütün ehtiyaclarını təkbaşına ödəyir.Uşaqlar böyüdükcə onların ehtiyacları da, artır. Cavabdeh isə uşaqların saxlanmasında qətiyyən iştrak etmir. Ona görə də “alimentin miqdarının artırılması barədə” iddia qaldırmağa məcbur olmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4004/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2726/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlə 03 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2150 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X9 anası İddiaçı yanında qalması, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin tutulması, alimentin tutulamsının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minumumu,həmçinin cavabdehin iddia ərizəsi ilə bağlı etirazını olmaması ilə bağlı hallar nəzərə alınmaqla, xx.xx.2009cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2726/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar