Məhkəmə qərarları › İş №e-2(012)-3123/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3123/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3123/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli, 104.LN.1010.220616.00002 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4381,45 (dörd min üç yüz səksən bir manat qırx beş qəpik) manat əsas, 249,41 (iki yüz qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu, 1292,95 (min iki yüz doxsan iki manat doxsan beş qəpik) manat cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,01 (iki yüz səkkiz manat bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 82,80 (səksən iki manat səksən qəpik) manat dövlət rüsumu olmaqla,cəmi 6131,82 (altı min yüz otuz bir manat səksən iki qəpik) manat pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2016-cı il tarixli, 104.LN.1010.220616.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 6131,82 (altı min yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində kredit verilmişdir. 07 aprel 2017-ci il tarixli, 2 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 18139,26 (on səkkiz min yüz otuz altı manat 26 qəpik) manat məbləğində kredit restrukturizasiya edilmiş və 514,66 (beş yüz on dörd manat 66 qəpik) manat məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 18653,92 (on səkkiz min altı yüz əlli üç manat 92 qəpik) manat təşkil etmiş və bu razılaşmaya əlavə olunmuş 3 saylı əlavəsi qüvvəyə minmişdir. 29 noyabr 2017-ci il tarixli, 3 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 355,51 (üç yüz əlli beş manat 51 qəpik) manat məbləğində kredit restrukturizasiya edilmiş və 216,08 (iki yüz on altı manat 08 qəpik) manat məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 15390,34 (on beş min üç yüz doxsan manat 34 qəpik) manat təşkil etmiş və bu razılaşmaya əlavə olunmuş 4 saylı əlavəsi qüvvəyə minmişdir. 02 oktyabr 2018-ci il tarixdə kredit müqaviləsinə 4 saylı əlavə razılığa əsasən bu müqaviləyə əlavə olunmuş 5 saylı əlavəsi qüvvəyə minmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6131,82 (altı min yüz otuz bir manat səksən iki qəpik) manat təşkil edir. Bundan 4381,45 (dörd min üç yüz səksən bir manat qırx beş qəpik) manat əsas, 249,41 (iki yüz qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu, 1292,95 (min iki yüz doxsan iki manat doxsan beş qəpik) manat cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,01 (iki yüz səkkiz manat bir qəpik) manat faiz borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 104.LN.1010.220616.00002 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfındən Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 6131,82 (altı min yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 aprel 2017-ci il tarixli, 2 saylı əlavə razılaşmadan görünür ki, kreditor tərəfindən borcalana 18139,26 (on səkkiz min yüz otuz altı manat 26 qəpik) manat məbləğində kredit restrukturizasiya edilmiş və 514,66 (beş yüz on dörd manat 66 qəpik) manat məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 18653,92 (on səkkiz min altı yüz əlli üç manat 92 qəpik) manat təşkil etmiş və bu razılaşmaya əlavə olunmuş 3 saylı əlavəsi qüvvəyə minmişdir. İş materiallarında olan 29 noyabr 2017-ci il tarixli, 3 saylı əlavə razılaşmadan görünür ki, kreditor tərəfindən borcalana 355,51 (üç yüz əlli beş manat 51 qəpik) manat məbləğində kredit restrukturizasiya edilmiş və 216,08 (iki yüz on altı manat 08 qəpik) manat məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 15390,34 (on beş min üç yüz doxsan manat 34 qəpik) manat təşkil etmiş və bu razılaşmaya əlavə olunmuş 4 saylı əlavəsi qüvvəyə minmişdir. İş materiallarında olan 02 oktyabr 2018-ci il tarixdə kredit müqaviləsinə 4 saylı əlavə razılaşmadan görünür ki, bu müqaviləyə əlavə olunmuş 5 saylı əlavəsi qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6131,82 (altı min yüz otuz bir manat səksən iki qəpik) manat təşkil edir. Bundan 4381,45 (dörd min üç yüz səksən bir manat qırx beş qəpik) manat əsas, 249,41 (iki yüz qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu, 1292,95 (min iki yüz doxsan iki manat doxsan beş qəpik) manat cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,01 (iki yüz səkkiz manat bir qəpik) manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 104.LN.1010.220616.00002 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 4381,45 manat əsas, 249,41 (iki yüz qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,01 manat faiz borcunun qalması təsdiq edildiyindən həmin borc məbləği cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 1292,95 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 1292,95 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 20 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 82,80 manat dövlət rüsümu cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 104.LN.1010.220616.00002 saylı kredit müqaviləsi üzrə 4381,45 (dörd min üç yüz səksən bir manat qırx beş qəpik) manat əsas, 249,41 (iki yüz qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,01 (iki yüz səkkiz manat bir qəpik) manat faiz borcu olmaqla cəmi 4858.87 manat və iş üzrə ödənilmiş 82,80 (səksən iki manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar