Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3173/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi iddia tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 3574.8 (üç min beş yüz yetmiş dörd manat səksən qəpik) manat, təbii qazdan istifadəyə görə 95.4 (doxsan beş manat qırx qəpik) manat, dövlət rüsumunun əvəzi 61.1 (altmış bir manat on qəpik) manat və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 4131.3 (dörd min yüz otuz bir manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AK2/31611 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2160 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə G-4 markalı 1702AZ**********60 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plombları rənglənməsi, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Bu barədə MSK-29-1710-00186 saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 529.2 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə G-4 markalı 1702AZ**********60 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. Bu barədə MSK-29-1710-01051-2 saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 399.6 manat İddiaçı İBnə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3574.8 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 95.4 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 3670.2 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qismən qəbul etdiyini, qaynanası vəfat etdiyindən sayğacı həyat yoldaşının adına keçirildiyi müddətdə kart alanadək təxmini 2 gün ərzində sayğacdan kənar qeyri-qanuni istifadə etdiklərini, iddia tələbində qeyd olunan miqdarda qazdan istifadə etmədiklərini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı ilə tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Səlimə Ağayevaya məxsus ünvan 1 ünvanında yerləşən evdə İtron G-4 markalı, 1102AQ**********1 nömrəli sayğac İtron G-4 markalı 1702AZ**********60 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı tərtib edilmiş aktlardan müəyyən edilir ki, həmin tarixlərdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********10000) qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuşdur, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada, evə baxış keçirmədən, təbii qazdan istifadəni müəyyən etmdən tərtib edilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə xx.xx.2019-cu il tarixdə Cavabdeh ünvan 2 ünvanına quraşdırılmış Smart G-4 X5 sayğacı üzrə 03/2018-ci il tarixinə 2160 manat, 05.2018-ci il tarixinə 529,20 manat, 03/2019-cu il tarixinə 486 manat, 05/2019-cu il tarixinə 399,60 manat cərimə borcları yazılmışdır, cari borcu 3670,2 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh qarşı iddia tələbinə dair hüquqi xidmətin göstərilməsi üçün 400 manat ödəniş edilmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********10000) ünvan 3 ünvanında sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilir, cavabdeh bu halın cəmi bir dəfə iki gün müddətində olduğunu bildirir. Odur ki, iddia qismən əsaslı hesab edilməli, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 2263 kub.m. təbii qazdan sərfiyyata görə hesablanmış 226.3 manat da şişirdilmiş məbləğ hesab edir. Cavabdeh adına olan abonent saldosundan 2018- 2019-cu illər üçün təbii qazdan istifadəyə görə ən cox ödəniş aylıq ödəniş 07 manat təşkil edir. O halda, 2018-ci ilin mart və may ayları üçün cərimə məbləği 3 aylıq hesabla 7 x 6= 42 manat, 2019-cu ilin mart və may ayları üçün yenə 7x6=42 manat olmaqla cəmi 84 manat cərimə məbləği müəyyən edilməli və iddia cərimə borcu hissəsində qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 84 manat cərimə borcuna görə pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 95,4 manat debitor borcu hissəsinə münasibətdə qeyd edir ki, belə bir borc məbləğinin mövcudluğu abonent saldosu və iş materialları ilə təsdiq olunmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edilidiyindən vəkil xərcinə görə 50 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 60.70 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 84 manat maddi zərərə görə pul, vəkil xərcinə görə 50 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun əvəzi, cəmi 154 manat məbləğində pul tutulub İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3173/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3173/2022
19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver