Məhkəmə qərarları › İş №e-2(012)-3192/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3192/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3192/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək Cavabdeh 340,7 manat əsas borcun, 58,9 manat cərimə borcun, cəmi 399,6 manat pulun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh ödəniş qrafikinə əsasən 456,94 manat dəyərində nisyə 1 ədəd “Samsung A10S 2019 32GB DS» modelli mobil telefon satmışdır. Müqavilə bağlanarkən alıcı Cavabdeh 2 manat ilkin ödəniş həyata keçirmiş, qalan 454,95 manat məbləğində pulu hər ay 37,91 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 21-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödəniş cədvəli üzrə 3 ay toplam olaraq 114,24 manat ödəniş etmiş, qalıq 340,7 manat borcun ödənilməsindən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi gəlməmiş, həmin MMC-dəm daxil olmuş məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinəəsasən alqısatqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından və tərəflərin verdikləri mübahisə edilməyən izahatlarından müəyyən olunur ki,tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Mülki işin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 120053 saylı malın nisyə alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, İddiaçı MMC ödəniş qrafikinə əsasən 456,94 manat dəyərində nisyə 1 ədəd “Samsung A10S 2019 32GB DS» modelli mobil telefon satmış, müştəri Cavabdeh modelli mobil telefona görə hər ay 37,91 manat ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh 1 ədəd “Samsung A10S 2019 32GB DS» modelli mobil telefona görə ilkin olaraq 2 manat ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli 120053 saylı nisyə alqı-satqı müqavilə üzrə İddiaçı MMC-yə 340,7 manat əsas borcu, 58,9 manat cərimə borcu, cəmi 399,6 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 58,9 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında etibarlı nisyə alqı-satqısı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh müqaviləsi iləüzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdehxx xxxxxxx 2019-cu il tarixli 120053 saylı nisyə alqı-satqı müqavilə üzrə 340,7 manat əsas borc, 10 manat cərimə borc, cəmi 350,7 manat borc İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli 120053 saylı nisyə alqı-satqı müqavilə üzrə 340,7 manat əsas borc, 10 manat cərimə borc, cəmi 350,7 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraqİddiaçı MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar