Məhkəmə qərarları › İş №e-2(012)-3246/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3246/2022

13.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3246/2022 13.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı «mənzildə yaşamaq və mənzilə istifadə hüquqlarının tanınması» tələbi barədə iddia ərizəsi nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı rəhmətlik atası X1 dünyasını dəyişdikdən sonra təsərrüfat başçısı kimi nəzərə alaraq, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı 1 otaqlı mənzildə yaşamaq və evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsini cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iddia ərizəsində göstərildiyi kimi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti 129-dur. Odur ki, məhkəmə AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanının olduğu Yasamal Rayon Məhkəməsinə müraciət etməli və mülki işə həmin məhkəmədə baxılmalıdır. İddia ərizəsində göstərilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı 1 otaqlı mənzil, Abşeron rayonunun ərazisində yerləşsə də, məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı «mənzildə yaşamaq və mənzilə istifadə hüquqlarının tanınması» tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı «mənzildə yaşamaq və mənzilə istifadə hüquqlarının tanınması» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar