Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3260/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 04 aprel 2012-ci ildə anadan olmuş X7 və 14 fevral 2013-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(012)- 2520/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X8 dünyaya gəliblər. Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(012)-2520/2015 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, nikahlarından doğulmuş 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat miqradrında aliment tutulmuşdur. İddiaçı bildirir ki, bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Uşaqlar artıq böyüyür. Bununla bağlı olaraq da, onların xərcləri əvvəlki miqdarda deyil. İddiaçının öz gəlirləri hesabına və aldığı alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığı üçün tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 866694 və AZ-İİİ № 059948 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(012)-2520/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 ilə X5 arasında 14 dekabr 2010-cu il tarixdə Mingəçevir şəhjər Qeydiyyat şöbəsində bağlanmış, 526 saylı nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahından olan 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013cü il təvəllüdlü X8 anaları X2 yanında qalmaları, 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadk saxlanmaları üçün hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat miqadarında aliment tutulub X3 ödənilməsi müəyyən edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Dəniz və Cavid adlı uşağların saxlanmaları üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədirlər və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Dəniz və Cavid adlı uşağların mənafeylərini, normal inkişaf etmələrini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(012)-2520/2015 saylı qətnaməsinə əsasən 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment Cavabdehdan tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(012)-2520/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 04 aprel 2012-ci il təvəllüdlü X7 və 14 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Cavabdehdan tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3260/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3260/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver