Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3262/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 19 noyabr 2006-cı ildə doğulmuş X3 və 06 fevral 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(012)-1425/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə, 470 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, İddiaçı ilə birgə nikahdan olan 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 06 fevral 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəyir, buna baxmayaraq cavabdeh ona uşaqları ilə görüşmək üçün şərait yaratmır. Hətta o, alimenti vaxtı-vaxtında ödəməsin deyə cavabdeh ona qəsdən kartın rekvizitlərini vermir, bununla da alimentin ödənilməməsi bəhanəsi ilə onun məsuliyyətə cəlb edilməsinə nail olmaq istəyir. O, cavabdehin bu planından övladı onun evinə gəldikdə xəbər tutmuşdur. Qeyd edir ki, tək qadın olaraq o, məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini ödəməkdə çətinlik çəkir və alimentin artırılması halında onun maddi vəziyyəti pisləşəcəkdir. Odur ki, maddi imkanı olmadığından o, alimentin artırılmasına razı deyildir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etmiş, lakin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 978699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 noyabr 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 084298 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 fevral 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1425/2023 saylı, 14 mart 2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixindən başlayaraq 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 06 fevral 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» X7 qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində işləyir və onun aylıq əmək haqqı 800,3 (səkkiz yüz manat, otuz qəpik) manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq və bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin iş materiallarına əsasən məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1425/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixindən başlayaraq 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 06 fevral 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» X7 qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində işləyir və onun aylıq əmək haqqı 800,3 (səkkiz yüz manat, otuz qəpik) manat təşkil edir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin iddiaçıya hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ödəməsi faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəmədə sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, alimentin artırılması cavabdehin hazırki durumu və aldığı əmək haqqı ilə heç cür uyğunlaşmır və bu səbəbdən alimentin artırılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan 19 noyabr 2006-cı ildə doğulmuş X3 və 06 fevral 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(012)-1425/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə, 470 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və Cavabdeh alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3262/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3262/2024
26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver