Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3276/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Mehbaba oğlunun vəkili-nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mehbaba oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə 14 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırqlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Mehbaba oğlu cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-dən 320.000 (üç yüz iyirmi min) manat öhdəlik borcunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mehbaba oğlunun vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək məhkəmə prosesinə Abşeron rayon Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, İddiaçı Mehbaba oğlunun vəkili-nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Elektron məhkəmə sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh "xxxx" MMC (VÖEN **********) ünvan 1 ünvanında yerləşir, hazırkı iddia tələbi pul tələbi barədədir. Odur ki, məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilməlidir. MPM-nin 35.2. maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-nin 45.1. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Mehbaba oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3276/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3276/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver