Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3324/2022 18.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı "xxxx" ASC-nin cavabdeh Xəlilov Mehman Ələddin oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə 18 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC cavabdeh Xəlilov Mehman Ələddin oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 827,52 manat əsas, 2,54 manat faiz, 0 manat cərimə , 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 830,6 manat borcun və 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh Xəlilov Mehman Ələddin oğlunun ünvanının ünvan 1də iddia ərizəsi ilə bağlı mülki iş üzrə edilmiş sorğuda cavabdehin qeydiyyat ünvanı ünvan 2. Buradan da görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Xəlilov Mehman Ələddin oğlu arasında 21.08.2019-cu il tarixdə kredit müqaviləsi bağlanan zaman cavabdeh Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 18 ünvanında qeydiyyatda olsa da, hazırda Abşeron rayon, Xırdalan şəhəri, 27 məhəllə, ev 2B, mənzil 9 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində cavabdehin qeydiyyat ünvanını düzgün qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi, qanunun tələbinə uyğun tərtib olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı "xxxx" ASC-nin cavabdeh Xəlilov Mehman Ələddin oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyev
Məhkəmə qərarları › İş №e-2(012)-3324/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3324/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver