Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-334/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «mansardın alqı-satqı müqaviləsinin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli, İM-0119 saylı mənzilin alqı-satqı haqqında müqavilə üzrə satılmış Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 11 saylı yaşayış binasında, ümumi sahəsi 87.2 kv.metr olan 2 otaqdan ibarət, 45 saylı mansardın boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 100,40 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi üzrə satılmış Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 11 saylı yaşayış binasında, ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansardın boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 100,40 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqısatqı müqaviləsinə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 11 saylı yaşayış binasında, ümumi sahəsi 87.2 kv.metr olan, 3 otaqdan ibarət, ümumi dəyəri 58860 manat olan 45 saylı mansardı hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. Belə ki, 11 dekabr 2015 ci il tarixli, E/0165 saylı mansardın alqı-satqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Hazırda Cavabdeh 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 35615 manat təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə imzalanan zaman ilkin ödəniş ödənildikdən sonra qalıq məbləğ müəyyən olunmuş müddətdə hər ayın müqavilənin imzalandığı tarix üçün ödənilməlidir. Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1 % həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. (gecikdirmə tarixi: dekabr 2020-ci il) Belə ki, “Alıcı” tərəfindən gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində hesablanmış cərimə borcu 14000 manat təşkil edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, artıq 1 ildir ki, onun maaşının 50 %-i bank tərəfindən tutulur. Onun iddiaçıya 18000 manat borcu vardır. İddiaçı tərəf həmin məbləğin ilkin olaraq 5000 manatının ödənilməsini tələb edir. Hal-hazırda maddi imkanı yoxdur. Bu səbəbdən o, 2023-cü ilin may ayına kimi ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 11 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansardı 120 ay müddətinə, hər ay 491 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, HŞ/303 №-li maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi üzrə Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 11 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansarda görə "xxxx" MMC-yə ümumilikdə 23245 manat ödəniş etmişdir. Cavabdeh 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi üzrə borcu 35615 manat əsas məbləğ və 14000 manat cərimə borcu olmaqla cəmi 49615 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutlar tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh 11 dekabr 2015ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-dən Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 11 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansardı 120 ay müddətinə, hər ay 491 manat ödəniş etmək şərti ilə almış, lakin öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə 35615 manat əsas məbləğ və 14000 manat cərimə borcu olmaqla cəmi 49615 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmçinin 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsinə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqısatqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 11 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100,40 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi ləğv edilsin,11 dekabr 2015-ci il tarixli, E/0165 saylı mansardın alqı-satqısı müqaviləsi üzrə Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF-PARK» yaşayış massivindəki A kompleksi, 11 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87.2 kv.metr olan 3 otaqdan ibarət, 45 saylı mansard tipli mənzil boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilsin və ödənilmiş dövlət rüsumu məbləği 100,40 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-334/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-334/2023
16.01.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver