Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-336/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vurulmuş maddi zərərə görə 1335 manat məbləğində pulun, vəkil xidmətinə görə ödənilmiş 320 manat məbləğində pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində etibarnamə əsasında digər Cavabdeh2 məxsus “Ford Fusion minik” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması səbəbindən onun idarə etdiyi avtomobillə toqquşmuş və nəticədə onun nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə baş verən vaxt Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi onun sahibi digər Cavabdeh2 tərəfindən icbari sığorta olunmamışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin Polis Baş X1 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehlərə məxsus avtomobilin sığortası olmaması səbəbindən Cavabdeh1 onun nəqliyyat vasitəsinə vurduğu ziyanı özü ödəyəcəyini desə də sonradan bundan boyun qaçırmışdır. Həmin səbəbdən də o, məhkəməyə və hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmək məcburiyyətində qalmışdır. O, nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün təmir işlərinin görülməsinə və ehtiyat hissələrinin alınmasına cəmi 1335 manat məbləğində pul vəsaiti xərcləmişdir. Dəymiş maddi ziyanın aradan qaldırılması üçün dəyişdirilməli olan ehtiyat hissələrinin və görüləcək işlərin adları, sayı və qiymətləri iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Təmir Kartında öz əksini tapmışdır. Hesab edir ki, cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində onun nəqliyyat vasitəsinin zədələnməsi ilə ona vurulmuş zərərin əvəzi olaraq 1335 manat məbləğində pul vasaiti və həmin iddia tələbi ilə məhkəməyə müraciət edərkən çəkdiyi xərclər cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Odur ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə nəqliyyat vasitəsinin zədələnməsi səbəbi ilə vurulmuş maddi zərərə görə 1335 manatın, məhkəməyə müraciət etmək üçün vəkilin yardımına görə ödənilmiş 320 manatın və dövlət rüsumu kimi ödənilmiş 45 manatın tutulmasını istəyir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat vermiş, növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra İddiaçı maşına dəymiş ziyanı ödəməyə hazır olduğunu söyləmiş, iddiaçı сavabında maşını servisdə təmir etdirəcəyini bildirmişdir. Daha sonra o, iddiaçıya maşına dəymiş zərərin ödənilməsində iştirak etmək istədiyini bildirsə də iddiaçı onun iştirakı olmadan maşınını təmir etdirmişdir. Hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği servis tərəfindən həddən çox hesablanmışdır. O, İddiaçı ona məxsus avtomobilə dəymiş zərərə görə 1000 manat məbləğində pul ödəməyə razı olduğunu bildirmiş, lakin iddiaçı bu təklif ilə razılaşmamışdır. Qeyd edir ki, o, ayda 700 manat məbləğində maaş alır və iddiaçının avtomobilinə dəymiş zərərə görə hissə-hissə ödəniş edə bilər. Bundan əlavə iddiaçının ondan vəkil xərcini ödəməsini tələb etməsi ədalətli deyildir. O, iddiaçıya məxsus avtomobilə dəymiş zərəri qarşılamağa hazırdır, lakin iddiaçının ondan ödəməsini tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir və vəkil xərcini ödəyə bilməyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, həqiqətən də hadisə zamanı «Ford Fusion minik» markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi olmuşdur. Lakin daha sonra o, sözügedən avtomobili baş etibarnamə əsasında Cavabdeh1 vermiş, maşın Cavabdeh1 satılmışdır və hazırda qeyd edilən maşının mülkiyyətçisi Cavabdeh1dir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 "Ford Fusion minik” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Xətai rayonu, M.Hadi küçəsində araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən 23 aprel 2024-cü il tarixdə verilmiş və reyestrdə 7E-3735 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, "Ford Fusion minik” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 sözügedən avtomobili etibarnamə əsasında Cavabdeh1 vermiş və etibarnamənin 3 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 9/9102 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 785 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci və 1108.3-cü maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 "Ford Fusion minik” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Xətai rayonu, M.Hadi küçəsində araməsafəsi qaydalarını pozmuş və Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində “Kia Rio” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 9/9102 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 785 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, qanuni əsasla nəqliyyat vasitəsinə sahiblik etmiş Cavabdeh1 785 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş zərər ilə bağlı Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da cavabdeh kimi göstərsə də iş materiallarında olan Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən 23 aprel 2024-cü il tarixdə verilmiş və reyestrdə 7E-3735 nömrə ilə qeyd edilmiş etibarnamədən göründüyü kimi "Ford Fusion minik” markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 sözügedən avtomobili etibarnamə əsasında Cavabdeh1 vermiş, etibarnamə xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüşdür və hazırda sözügedən avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu və 320 manat manat vəkil xərci Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 20 dekabr 2024-cü il tarixli, 9/9102 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 25 manat məbləği iddiaçıdan, qalan 25 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 785 manat pul, 37 manat dövlət rüsumu və 320 manat manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 20 dekabr 2024-cü il tarixli, 9/9102 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 25 manat məbləği iddiaçıdan, 25 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-336/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-336/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver