Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-337/2023 22.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1064 manat borcun, hüquqi yardım üçün nəzərdə tutulmuş 400 manat pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qayadada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AB 14/0995 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evim təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01900 nömrəli abonent kodu verilmiş və qaz xətti üzərində Elster G-4T DİAFRAQMA 12528966 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanum’unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn haliar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla cəmi 1065 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuş, bundan sonra cavabdeh tərəfindən 1 manat pul vəsaiti ödənilmiş, hazırda 1064 manat qalıq borcu qalmışdır. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək 1999-cu ildən sözügedən evi tərk etdiyini, qazdan qanunsuz istifadəyə görə cərimə yazılmış evdə yaşayış olmadığını, həmin evə sayğac qoyulan zaman orada olduğunu, həmin sayğaca müdaxilə etmədiyini və sayğacdan kənar qaz xəttindən istifadə etmədiyini, dəfələrlə həmin evdə yaşayış olmaması barədə qaz idarəsinə məlumat verdiyini, 2020-ci ildən həmin evə smart qaz sayğacı qoyulduqdan sonra orada yaşayış olmadığı üçün qazdan istifadəyə görə heç bir ödəniş etmədiyini, dəfələrlə qaz idarəsinin əməkdaşlarına yazılmış cərimənin silinməsi ilə bağlı müraciət etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2023-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbi üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; xx.xx.2018-ci il tarixli 01499329 saylı akt əsasında 201,60 manat manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materialarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli T/17714 saylı müqavilədən görünür ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanılmış və həmin tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 2 ünvanına qaz sayğacı quraşdırılmışdır. İş materialarında olan abonentin saldosundan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə **********01900 nömrəli abonent kodu verilmiş və qaz xətti üzərində Elster G-4T DİAFRAQMA 12528966 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materialarında olan Hökməli qəsəbə İƏDÜ Nümayəndəliyindən alınmış arayışdan məlum olur ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. Məhkəmə İddiaçı vəkili-nümayəndəsini və cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmədə müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdeh barəsindən xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli aktlar tərtib edilmişdir. Məhkəmə həmin aktlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində istehlakçı qismində çıxış edən cavabdehin iştirakı təmin edilməmiş, həmin akt iddiaçının özü tərəfindən tərtib edilmişdir ki, bu hal isə qeyd edilən aktın mötəbərliyini şübhə altına alır. Həmçinin, həmin akta bir neçə fotoşəkil əlavə edilsə də, həmin fotoşəkillər əsasında da cavabdehə məxsus ünvan üzrə qaz sayğacına qanunsuz müdaxilə olub-olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə həmin akta əlavə heç bir sübut (videoçəkiliş və sair) əlavə edilmədiyindən, habelə məhkəməyə qeyd edilən halın müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilmədiyindən, həmin aktın mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır.Bundan əlavə işin faktiki hallarından görünür ki, hər iki akt tərtib olunan zaman “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə mövcud olmamışdır. Müqavilənin mövcud olmadığı halda itirilmiş qazın bərpasının hansı meyarlar əsasında hesablanmasının əsaslarını da iddiaçı təşkilatın nümayəndəsi məhkəmədə sübuta yetirə bilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdehin təqsirini, onun hərəkətləri nəticəsində qaz sayğacına qanunsuz müdaxilə olması halını, habelə bu müdaxilə nəticəsində cavabdehə maddi ziyan vurulması, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək Cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı təşkilatın tələbi müqavilə və ya vaxtaşırı icra edilməli öhdəliklrdən irəli gələn tələblər üzrə olmadığından ümumi iddia müddətinin təsiri altına düşdüyündən,iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-337/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-337/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver