Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3385/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə ödənilməmiş 4222,38 manat əsas, 1616,94 manat faiz borcu və 384,09 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6223,41 manat məbləğində borcun və iş üzrə ödənilmiş 82,23 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4700 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 30 dekabr 2022-ci il tarixli, **********498 nömrəli və 08 fevral 2023-cü il tarixli, **********331 nömrəli bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə banka ödənilməmiş 4222,38 manat əsas, 1616,94 manat faiz borcu və 384,09 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6223,41 manat məbləğində borcu vardır. Bildirir ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə yaranmış borcuna görə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 270 manat məbləğində ödəniş etmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin zaminlik müqaviləsində göstərilmiş müddət bitdiyi üçün iddia tələbində qeyd edilən borc məbləğinin cavabdeh-zamin Cavabdeh2 tutulması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, iddiaçı LPO İddiaçı ASC ilə aralarında bağlanmış 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə iddiaçı təşkilat bağlandığı tarixədək hər ay 250 manat olmaqla ödəniş etmiş, ancaq bank bağlandıqdan sonra LPO İddiaçı ASC-nin Xətai filialına çağırılmışdır. Borcunu ödəmək üçün yeni qrafik açılması üçün banka müraciət etməsinə baxmayaraq bank tərəfindən ona yeni qrafik açılmamışdır. Qeyd edir ki, o, hazırda işləyir və borcunun ödənilməsi üçün hər ay 500-600 manat məbləğində ödəniş edə bilər. Odur ki, göstərilənlərə əsasən o, borcunun ödənilməsinin təmin olunması üçün bank tərəfindən ona yeni qrafik açılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, Cavabdeh1 ilə LPO İddiaçı ASC arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 zaminlik etdiyini, hər dəfə bankdan borca pul götürmək istədikdə zamin olduğu üçün ona borc vermədiklərini bildirdi. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC (bank) Cavabdeh1 (borcalana) 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4700 manat məbləğində kredit vermiş, Cavabdeh1 (borcalan) isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri İddiaçı ASC-yə (banka) ödəməyə dair pul öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 (zamin) İddiaçı ASC (bank) qarşısında Cavabdeh1 (borcalanın) xx.xx.2020-ci il tarixli, ***-*******MK220120-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə banka ödənilməmiş 4222,38 manat əsas, 1616,94 manat faiz borcu və 384,09 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6223,41 manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 443, 445,448,449,462,472,477 və 739-cu maddələri təşkil edir. Məhkəmədə tədqiq edilmiş işin faktiki hallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin Cavabdeh1 xx.xx.2020-ci il tarixli, ***- *******MK220120-01 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx.xx.2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə hesablanmış cərimə ödəyir. Göründüyü kimi tərəflər cərimə pulunun (dəbbə) ödənilməsini müqavilə ilə müəyyən etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan xx.xx.2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə 384,09 manat məbləğində borcu tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və həmin kredit müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01/ZM/1 nömrəli zaminlik müqaviləsində isə zaminlik müqaviləsinin hansı müddətə qədər qüvvədə olması göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 82,23 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 23 yanvar 2020-ci il tarixli, ***-*******MK220120-01 nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə ödənilməmiş 4222,38 manat əsas, 1616,94 manat faiz borcu və 384,09 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6223,41 manat borc və iş üzrə ödənilmiş 82,23 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 4222,38 manat əsas, 1616,94 manat faiz borcu və 384,09 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6223,41 manat məbləğində borcun və ödənilmiş 82,23 manat məbləğində dövlət rüsumunun tutulmasına dair hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3385/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3385/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver