Məhkəmə qərarları › İş №e-2(012)-3396/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3396/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3396/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı kredit müqaviləsi üzrə mübahisələr barədə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə yaranmış 242,20 manat əsas borc, 36,30 manat cərimə olmaqla, cəmi 278,50 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 115,20 manat əsas borc, 17,20 manat cərimə olmaqla, cəmi 132,40 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 193 manat əsas borc, 28,90 manat cərimə olmaqla, cəmi 221,90 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 17,70 manat əsas borc, 2,60 manat cərimə olmaqla, cəmi 20,30 manat olmaqla, ümumilikdə 653,10 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 19 manat olmaqla, cəmi 339,70 manat ödəməyi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, sonuncu aldığı «Xiaomi Redmi» markalı mobil telefon və 2 ədəd aksesura görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 476,70 manat ödəməyi, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı mobil telefon görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 501 manat ödəməyi, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Ardesto» markalı sərinkeşə görə 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 58,70 manat ödəməyi ümumilikdə hər beş müqavilə üzrə 1376,10 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh «Samsung» markalı telefona almış və onun qiymətini aylıq 18 ay ödəniş cədvəli üzrə hər ay 19 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh «Xiaomi Redmi» markalı mobil telefon və 2 ədəd aksesur almış və onun qiymətini 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh «Samsung» markalı mobil telefon almış və onun qiymətini 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh «Ardesto» markalı sərinkeş almış və onun qiymətini 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 242,20 manat əsas borc, 36,30 manat cərimə olmaqla, cəmi 278,50 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 115,20 manat əsas borc, 17,20 manat cərimə olmaqla, cəmi 132,40 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 193 manat əsas borc, 28,90 manat cərimə olmaqla, cəmi 221,90 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 17,70 manat əsas borc, 2,60 manat cərimə olmaqla, cəmi 20,30 manat olmaqla, ümumilikdə 653,10 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə yaranmış 242,20 manat əsas borc, 36,30 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 115,20 manat əsas borc, 17,20 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 193 manat əsas borc, 28,90 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 17,70 manat əsas borc, 2,60 manat cərimə olmaqla, ümumilikdə 653,10 manat borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar