Məhkəmə qərarları › İş №e-2(012)-3417/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3417/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3417/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26000 manat və 170 manat dövlət rüsumu, ümumilikdə, 26170 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə qonşuluqda yaşayan Cavabdeh1 və onun anası Cavabdeh2 təsirləri və hədələmələri nəticəsində iddiaçıdan 2024-cü ilin iyul, avqust, sentyabr, okyabr, noyabr və dekabr aylarında, 2025-ci ilin yanvar-fevral aylarında özlərinə məxsus bank kartlarına köçürməklə 30000 manata yaxın pul vəsaiti əldə edərək əsassız varlanmışdırlar. Belə ki, İddiaçı valideynlərinin xəbəri olmadan internet informasiya resurslarında “1 Win” saytında pulla oyun oynamış, bir neçə dəfə həmin sayda pul uduzmuşdur. 2024-cü ildə evlərindən götürdüyü 20000 manat pulu qeyd olunan sayta yükləyərək oynayıb 40000 manatdan artıq pul qazanmışdır, həmin pullar ona məxsus olmuşdur. Qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 iddiaçını hər dəfə şantaj etməklə, sonuncunun internetdə qumar oynaması barədə məlumat yaymaqla hədələməklə ondan pul tələb etmişlər. Bu yolla cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 öz bank kartlarına müxtəlif vaxtlarda pul qəbul etməklə İddiaçı məxsus 30000 manata yaxın pul almaqla özləri üçün qazanc əldə etmişlər. İddiaçı özünə məxsus olan “Birbank”-ın “4169-73**-****-1466” nömrəli bank kartından 2024-cü ilin iyul-dekabr, 2025-ci ilin yanvar-fevral aylarında Cavabdeh1 və anası Cavabdeh2 bank kartlarına müxtəlif vaxtlarda pullar köçürmüşdür. Belə ki, İddiaçı cavabdeh “Birbank”-ın “5239-15**-****-0368” bank kartına sistematik olaraq pul vəsaitləri köçürmüşdür. Həmçinin İddiaçı şəxsi istifadəsində olan “***-***-**-**” mobil nömrəsinin “M10” Elektron pul qabından Cavabdeh1 “5239-15**-****-0368” nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 210 manat, Cavabdeh1 “5239-15**-****-0368” bank kartına xx.xx.2024-cü il tarixdə saat 13:13-də "xxxx" ödəniş sistemindən 500 manat, saat 15:04-də 2400 manat, saat 15:05-də 300 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ödəniş sistemindən cavabdehin “5239- 15**-****-0368” bank kartına 300 manat pul köçürmüşdür. Bundan başqa İddiaçı özünə məxsus olan “Birbank”-ın “4169-73**- ****-1466” nömrəli bank kartından Cavabdeh2 məxsus olan “Birbank”-ın “4098-58**-****-0755” nömrəli bank kartına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pullar köçürmüşdür. Bundan başqa İddiaçı Cavabdeh1 bank kartına köçürdüyü pullardan əlavə sonuncuya kreditə avtomobil alması üçün əlavə 3500 manat pul vermişdir. Dəfələrlə İddiaçı cavabdehlərdən pullarını qaytarmağı tələb etmiş, lakin cavabdehlər pulları qaytarmaqdan qəti boyun qaçırmışdırlar. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 26000 manat pulunu ələ keçirərək, əsassız varlanmışdırlar. İddiaçı “Birbank”-ın “4169-73**-****-1466” nömrəli bank kart hesabından çıxarış etmişdir. Həmin çıxarışdan görünür ki, İddiaçı müxtəlif vaxtlarda və məbləğdə cavabdehlərin “5239-15**-****-0368” və “4098-58**-****-0755” kart hesablarına pullar köçürmüşdür. Cavabdehlərin hazırki iş üzrə məqsədləri əsassız varlanma olduğu üçün və iddiaçıya zərər vurulmasından ibarətdir ki, onlardan pulun məhkəmə qaydasında tələb edilməsi iddiaçının hüququdur. Həmçinin məhkəmə icraatı dövründə məhkəmə sorğuları ilə əldə olunmuş aşağıdakı sübutlara əsasən İddiaçı cavabdehlərin bank kart hesablarına pul köçürmələri müəyyən olunmuşdur. Göründüyü kimi 055 *** ** ** nömrəli “m10” nömrəsindən 523915******0368 nömrəli kart hesabına 3920 manat pul köçürülmüşdür. 055 *** ** ** nömrəli “m10” nömrəsindən Cavabdeh2 409858******0755 nömrəli kart hesabına 315 manat pul köçürülmüşdür. Bundan başqa İddiaçı 055 *** ** ** nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus 5239-1517-0390-0368 nömrəli kart hesabına, ümumilikdə, 3558 manat pul köçürülmüşdür. İddiaçı 416973******1466 nömrəli kart hesabından Cavabdeh1 məxsus 523915******0368 nömrəli kart hesabına 52 manat, 409858******0755 nömrəli kart hesabına isə 159 manat pul köçürmüşdür. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmədə iddia qaldırılanadək İddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, qonşuluqda yaşayan Cavabdeh1 onun qumar oynaması barədə ailəsinə məlumat verməklə hədələyib ondan 20000 manata yaxın pul aldığını və Cavabdeh1 avtomobil almaq məqsədilə əlavə pullar verdiyini və Mahirdən həmin pulları geri ala bilmədiyi üçün ondan şikayət etmişdir. İddiaçının ərizəsi üzrə Abşeron RPİ-nin İstintaq şöbəsində (müstəntiq A.Cəfərov) material üzrə araşdırma aparılarkən hazırki mülki iş üzrə Cavabdeh1 İddiaçı ona avtomobil almaqda köməklik göstərmək məqsədilə 3500 manat pul verdiyini və onun da “Turbo.az” saytından kreditlə avtomobil aldığını, avtomobilə görə ona etibarnamə verildiyini bildirmişdir. İzahatında Cavabdeh1 İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. İddiaçı ərizəsinə əsasən toplanmış material üzrə xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, mülki iş üzrə Cavabdeh1 Abşeron RPİ-in İŞ-də verdiyi izahatında İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. Beləliklə, məhkəmədə toplanılmış sübutlardan, rədd qərarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 523915******0368 nömrəli kart hesabına kartdan karta köçürmə yolu ilə 52 manat, İddiaçı məxsus “*** *** ** **” nömrəli "M10" nömrəsindən cavabdeh M.Salmanzadınin 523915******0368 nömrəli kart hesabına 3920 manat, İddiaçı “*** *** ** **” nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus 5239-1517-0390-0368 nömrəli kart hesabına 3558 manat köçürülmüşdür, həmçinin İddiaçı tərəfindən Cavabdeh1 avtomobil almaq üçün əlbəəl 3500 manat pul verilmişdir. Ümumilikdə, İddiaçı tərəfindən köçürmə yolu ilə və nağd şəkildə verilməklə Cavabdeh1 11030 manat pulun verilməsi sübutlarla müəyyən olunur. Bundan başqa, İddiaçı məxsus olan “Birbank”-ın “4169-73**-****-1466” nömrəli bank kartından Cavabdeh2 409858******0755 kart hesabına 159 manat pul köçürülmüşdür, iddiaçının “*** *** ** **” nömrəli "M10" nömrəsindən 409858******0755 nömrəli kart hesabına 315 manat pul köçürülmüşdür. Odur ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh1 11030 manat pulun və Cavabdeh2 474 manat pulun, 170 manat dövlət rüsumu pulunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Nümayəndə1 izahatında qeyd edilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 2024-cü ilin sentyabr-oktyabr aylarında qonşuluqda yaşayan dostu Salmanov Mahir Rəyasət oğlunun sosial şəbəkədə gəlir əldə etmək adı ilə onun qoşulduğu sistemdən külli miqdarda pul udmağı ilə bağlı məlumat verdiyini, Mahirin təklifi əsasında ona lizinqlə maşın alındıqdan sonra qazancı da bölmək adı ilə ümumilikdə sonuncuya məxsus "xxxx" kartına 10000 manat pul göndərdiyini, lakin həmin şəxsin vədinə əməl etməyərək pulunu ələ keçirdiyini bildirmiş, araşdırma zamanı İddiaçı Cavabdeh1 pul verməsi faktı öz təsdiqini tapsa da göstərilən xüsusat üzrə əməldə cinayət tərkibinin olmaması müəyyən edilmiş, bu səbəbdən tərəflər arasında yaranmış mübahisədə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sözügedən qərardan göründüyü kimi Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, Natiq onun məhəllə uşağıdır. Onlar dost olmuşdurlar. Natiq sosial şəbəkədə oyun oynayaraq pul qazanırmış. O, Natiqi təxminən 3 ay avtomobili ilə taksi kimi gəzdirmişdir. Natiq ona pul verməməsi səbəbindən onun avtomobili də əlindən çıxmışdır. Natiq ona pul verəcəyini desə də pulu olmadığından pulu olan zaman verəcəyəni demişdir. xx.xx.2024-cü il tarixdə Natiq oyunda 44000 manat qazandığını demiş, bundan sonra ona avtomobil almaqda köməklik göstərəcəyini bildirərək bu məqsədlə ona 3500 manat pul vermişdir. O, həmin pulla xx.xx.2024-cü il tarixdə “Turbo.az” sosial şəbəkəsində daxili kredit ilə ilkin ödəniş verməklə “Mercedes C klass” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı sürmək üçün etibarnamə ilə avtomobili almışdır. Həmin avtomobilin aylığını 600 manata razılaşmışdır. O, avtomobili 1 ay idarə etdikdən sonra avtomobilin kreditini verə bilmədiyi üçün avtomobilin sahibi avtomobili ondan almışdır. O, bu səbəbdən özü şikayət etmək istədiyini bildirmişdir. O, Natiqdən 10000 manat almadığını, Natiqdən aldığı 3500 manat pulu sonuncu üçün taksiçilik etdiyinə görə aldığını və avtomobilinin əlindən çıxması ilə əlaqədar olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2025-ci il tarixli, 008-EA-25-1185 nömrəli cavab məktubundan görünür ki, İddiaçı məxsus ***-***-**-** nömrəli Mpay hesabından "xxxx" ASC-nə məxsus 5239-1517-0390-0368 nömrəli bank kartına xx.xx.2024cü il tarixində saat 13:13-də 500 manat, saat 15:04-də 2400 manat və saat 15:05-də 300 manat, xx.xx.2024-cü il tarixində saat 16:27-də 300 manat göndərilmişdir. Bundan əlavə xx.xx.2024-ci il tarixində saat 13:36-da 50 manat və xx.xx.2024-ci il tarixində saat 12:59-da 8 manat pul Mpay hesabından həmin 5239-1517-0390-0368 nömrəli bank kartına göndərilmişdir. Məhkəmə iddiaçının və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tərəf həm iddia ərizəsində,həm də məhkəmə iclaslarında qonşuluqda yaşayan Cavabdeh1 və onun anası Cavabdeh2 iddiaçını hər dəfə şantaj etməklə, sonuncunun internetdə qumar oynaması barədə məlumat yaymaqla hədələməklə 2024-2025-ci illərdə ayrı –ayrı vaxtlarda özlərinə məxsus bank kartlarına köçürməklə 30000 manata yaxın pul vəsaiti əldə edərək əsassız varlandığını göstərmiş,lakin qeyd olunan xüsusatlarla bağlı izahatlardan başqa digər mötəbər sübut müəyyən edilməmiş və məhkəmə hesab edir ki, kartdan –karta pulun köçürülməsinin səbəbləri müəyyən edilmədən,həmin hala əsassız varlanma kimi qiymət verilməsi mümkün deyildir,hansı ki,iddia tələbinin hüquqi əsası ilə bağlı sübutların təqdim edilməsini vəzifəsi iddiaçı tərəfin üzərində olmuşdur. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh1 pul verməsi faktı iddiaçının və onun vəkili-nümayəndəsinin məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh1 verdiyi izahat ilə tam təsdiq olunur. Lakin,Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh1 verdiyi izahatında İddiaçı ona avtomobil almaqda köməklik göstərəcəyini bildirərək bu məqsədlə ona 3500 manat pul verdiyini etiraf etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh1 arasında borc və əsasız varlanma münasibətləri yaranmış, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh1 İddiaçı 3500 manat məbləğində pul alması faktı iş materiallarını təşkil edən sənədlər ilə öz təsdiqini tapdığından Cavabdeh1 3500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı pul tələbi ilə bağlı Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da cavabdeh kimi göstərsə də məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 170 manatın iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə hesablanmış 23 manatı Cavabdeh1 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3500 manat və 23 manat dövlət rüsumu olmaqla, cəmi 3523 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar