Məhkəmə qərarları › İş №e-2(012)-3422/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3422/2023

14.12.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3422/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə təqdim olunmuş barışıq sazişinin təsdiq olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AAA- İnşaat” MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər mübahisənin həlli ilə bağlı Barışıq sazişi bağlamışdırlar. Ona görə də, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər Barışıq sazişinin şərtlərinə görə: 1.Cavabdeh öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167. ”AAAF Park" yaşayış massivi, 2 saylı küçəsində inşa edilmiş 5 say 11 yaşayış binasında, tikinti sahəsi 48.4 kv.metr olan 5 saçlı mənzilin dəyərindən qalıq 17108.46 manat borcundan xx.xx.2023-cü il tarixinə kimi bir dəfəyə 3500 manat. xx.xx.2023-cü il tarixindən etibarən qalıq 13608.46 hər ay üçün 200 manat və xx.xx.2024-ci il tarixində 500 manat məbləğini tam ödəyəcək; 2.İddiaçı "xxxx" MMC öhdəsinə götürür ki, borclu Cavabdeh bu Barışıq Sazişinin 1-cı bəndinin tələblərinə tam riayət etdiyi (mənzilin dəyərinin tam ödənilməsi) halda 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə borcun olmaması barədə maliyyə arayışı verəcək və müqavilə üzrə hesablanmış cərimə borcunu tam siləcək; 3.Cavabdeh öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF -0003 nömrəli Mənzilin alqısatqı müqaviləsi üzrə bu Barışıq Sazişinin 1-ci bəndinin tələblərinə riayət etmədiyi və öhdəliklərini icra etmədiyi halda, həmin müqavilə üzrə Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167. "AAAF Park" yaşayış massivi,2 saylı küçəsində inşa edilmiş 5 saylı yaşayış binasında, tikinti sahəsi 48.4 kv.metr olan 5 saylı mənzili boşaldaraq iddiaçıya təhvil verəcək; üçüncü şəxsə satılmasına etiraz etməyəcək: Belə olan halda 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli mənzilin alqısatqı müqaviləsi ləğv edilmiş hesab olunacaq: 4.İddiaçı "xxxx" MMC öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsi vaxtından əvvəl, birtərəfli qaydada ləğv edildiyi və Abşeron ravonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167. "AAAF Park" yaşayış massivi 2 saylı küçəsində inşa edilmiş 5 saylı yaşayış binasında, tikinti sahəsi 48.4 kv .metr olan 5 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh/borclu Cavabdeh tərəfindən ödənilmiş məbləğdən həmin müqaviləyə müvafiq olaraq cərimə tutularaq qalıq məbləği Cavabdeh geri qaytaracaq: 5.Cavabdeh sözügedən daşınmaz əmlakı (mənzili) əsaslı səbəb olmadan (öhdəliyin icra edə bilməməsi halı istisna olmaqla) geri qaytarılması tələbi ilə iddiaçı Cəmiyyətə müraciət etdikdə, qeyri-şərtsiz qaytarılan əmlakın 20% faizi miqdarında cərimə ödəyir. 6.e-2(012)-3422/2023 nömrəli mülki iş üzrə Barışıq sazişində nəzərdə tutulmuş Tərəflər öhdəliklərini yerinə yetirmədiyi halda tərəfin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək. 7.Bu Barışıq sazişi 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində təılib olunmuşdur. Tərəflərin hər birində Saziş bir nüsxəsi saxlanılır, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası MM-nin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, AR MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı AAA- İnşaat” MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq olunsun: 1.Cavabdeh öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167. ”AAAF Park" yaşayış massivi, 2 saylı küçəsində inşa edilmiş 5 say 11 yaşayış binasında, tikinti sahəsi 48.4 kv.metr olan 5 saçlı mənzilin dəyərindən qalıq 17108.46 manat borcundan xx.xx.2023-cü il tarixinə kimi bir dəfəyə 3500 manat. xx.xx.2023-cü il tarixindən etibarən qalıq 13608.46 hər ay üçün 200 manat və xx.xx.2024-ci il tarixində 500 manat məbləğini tam ödəyəcək; 2.İddiaçı "xxxx" MMC öhdəsinə götürür ki, borclu Cavabdeh bu Barışıq Sazişinin 1-cı bəndinin tələblərinə tam riayət etdiyi (mənzilin dəyərinin tam ödənilməsi) halda 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə borcun olmaması barədə maliyyə arayışı verəcək və müqavilə üzrə hesablanmış cərimə borcunu tam siləcək; 3.Cavabdeh öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF -0003 nömrəli Mənzilin alqısatqı müqaviləsi üzrə bu Barışıq Sazişinin 1-ci bəndinin tələblərinə riayət etmədiyi və öhdəliklərini icra etmədiyi halda, həmin müqavilə üzrə Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167. "AAAF Park" yaşayış massivi,2 saylı küçəsində inşa edilmiş 5 saylı yaşayış binasında, tikinti sahəsi 48.4 kv.metr olan 5 saylı mənzili boşaldaraq iddiaçıya təhvil verəcək; üçüncü şəxsə satılmasına etiraz etməyəcək: Belə olan halda 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli mənzilin alqısatqı müqaviləsi ləğv edilmiş hesab olunacaq: 4.İddiaçı "xxxx" MMC öhdəsinə götürür ki, 07 mart 2015-ci il tarixli ABB RF-0003 nömrəli Mənzilin alqı-satqı müqaviləsi vaxtından əvvəl, birtərəfli qaydada ləğv edildiyi və Abşeron ravonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167. "AAAF Park" yaşayış massivi 2 saylı küçəsində inşa edilmiş 5 saylı yaşayış binasında, tikinti sahəsi 48.4 kv .metr olan 5 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh/borclu Cavabdeh tərəfindən ödənilmiş məbləğdən həmin müqaviləyə müvafiq olaraq cərimə tutularaq qalıq məbləği Cavabdeh geri qaytaracaq: 5.Cavabdeh sözügedən daşınmaz əmlakı (mənzili) əsaslı səbəb olmadan (öhdəliyin icra edə bilməməsi halı istisna olmaqla) geri qaytarılması tələbi ilə iddiaçı Cəmiyyətə müraciət etdikdə, qeyri-şərtsiz qaytarılan əmlakın 20% faizi miqdarında cərimə ödəyir. 6.e-2(012)-3422/2023 nömrəli mülki iş üzrə Barışıq sazişində nəzərdə tutulmuş Tərəflər öhdəliklərini yerinə yetirmədiyi halda tərəfin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək. 7.Bu Barışıq sazişi 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində təılib olunmuşdur. Tərəflərin hər birində Saziş bir nüsxəsi saxlanılır, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e- 2(012)-3422/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan alındığı vaxtdan 10(on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar