Məhkəmə qərarları › İş №e-2(012)-3432/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3432/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3432/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X7 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2768.25 manat maddi zərər və 47.70 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kiçik iddialara dair işlər üzrə ərizəyə etiraz ilə məhkəməyə müraciət edərək, kiçik iddialara dair işlər üzrə ərizənin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3432/2023 saylı qərardadı ilə iddiaçı «X7 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat iddia icraatına keçirilməklə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırımışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi Cavabdeh2 və Cavabdeh3 zaminlər kimi üzərilərinə öhtəlik götürmüşdürlər. Lakin qeyd olunmuş müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdirlər. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2015-ci il tarixli, 2(001)-14053/2015 saylı Məhkəmə Əmri çıxmışdır. “X7 Azərbaycan” QSC “X3” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə əmri üzrə borcun tələb edilməsini “X3” MMC-yə sifariş etmişdir. “X3 MMC” öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə əmri üzrə ödənilməmiş ümumilikdə 11 073 (on bir min yetmiş üç manat) manat o cümlədən, xx.xx.2020-ci il tarixinə - 1000 manat, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərinə - toplam 3500 manat, xx.xx.2021-ci il tarixində - 2500 manat və xx.xx.2021- ci il tarixinə - 4073 manat borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödənilən ümumilikdə 11 073 (on bir min yetmiş üç manat) manat məbləğlərindəki vəsait “X3” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X3” MMC-yə 2768.25 (iki min yeddi yüz altmış səkkiz manat 25 qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X3” MMC-yə cavabdeh tərəfindən “X7 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 25% həcmində yəni ümumilikdə 2768.25 (iki min yeddi yüz altmış səkkiz manat 25 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki :«Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı "xxxx" çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə "xxxx" əldən çıxmış faydasını ödəmək; X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmənin elektron sistemə ərizə ilə müraciət edərək, məhkəmə baxışını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia təlkəbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, onunla bağlanan müqavilədə iddia tələbində qeyd olunan xidmət haqqına dair faiz hesablanması ilə bağlı bənd nəzərdə tutulmadığını bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, banka olan borcunu tam ödəyib qurtarmışdır. Hazırda banka heç bir borcu yoxdur. İddia tələbində ondan tutulması tələb olunan pul məbləğindən xəbəri yoxdur. Onlarla bağlanan kredit müqaviləsində məbləğlə bağlı müddəa yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -Kredit verən X7 Azərbaycan QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 021213/1S saylı kredit müqavilədən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat kredit verilmişdir. Həmin müqavilənin şərtlərindən görünür ki, Zaminlər Cavabdeh2 və Cavabdeh3dur. -“X1” MMC ilə X7 Azərbaycan QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət” haqqında müqavilədən görünür ki, hazırki müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc. faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (miivafıq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra siirəcində (məhkəməyə əvvəl verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) soma olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 25%(ivirmi bes faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). “X1” MMC-nin xx.xx.2020-ci il tarixli aktından və təhvil-təslim aktından görünür ki, "X1" MMC (bundan sonra MMC) və "YapıKredlBank Azərbaycan'' QSC (bundan sonra QSC) arasında bağlanmış 1-3.12.2016 o ıl tarixli “Hüquqi Xidmət haqqında" müqavilənin 5.1.1 maddəsinə əsasən və 2020 o ilin Sentyabr ayı uzrə MMC- nin göstərdiyi xidmət üzrə borclu müştərilərin QSC-və etdiyi istehlak kreditləri uzrə ger ödənişləri 7 029,90 (yeddi min iyirmi doqquz) manat 0.90 qəpik və 104,09 (Bir yuz dörd) ABŞ dolları 0.9 sent təşkil etmişdir və QSC tərəfindən qeyd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında QSC-yə geri ödənişlər 7 029,90 (Yeddi min iyirmi doqquz) manat 0.90 qəpik və 104,09 (Bir yüz dörd) abş dolları 0.9 sent USD Dolların ödəniş gününə ARMB məzənnəsi ilə manat ekvivalenti 176.95 (Bir yuz yetmiş altı) manat 95 qəpik təşkil edir. Toplamda 7206,85 (Yeddi min iki yüz altı) manat 0.85 qəpik üzrə QSC, MMC-yə 25% xdmət haqqını yəni 1.801,71 (Bir min səkkiz yüz bir) manat 0.71 qəpik odənış edəcəkdir. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli aktından və təhvil-təslim aktından görünür ki, "X1" MMC (bundan sonra MMC) və "xxxx" QSC (bundan sonra QSC) arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi Xidmət haqqında" müqavilənin 5.1.1 maddəsinə əsasən və 2021-ci ilin Aprel ayı üzrə MMC-nin göstərdiyi xidmət üzrə borclu müştərilərin QSC-yə etdiyi istehlak kreditləri üzrə geri ödənişləri 18.131,61 (On səkkiz min bir yüz otuz bir) manat 0.61 qəpik və 646,71 (Altı yüz qırx altı ) ABŞ dolları 0.71 sent təşkil etmişdir və QSC tərəfindən qeyd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında QSC-yə geri ödənişlər 18.131,61 (On səkkiz min bir yüz otuz bir) manat 0.61 qəpik vo 646,71 (Altı yüz qırx altı ) ABŞ dolları 0.71 sent, USD Dolların ödəniş gününə ARMB məzənnəsi ilə manat ekvivalenti 1099,41 (Bir min doxsan doqquz) manat 0.41 qəpik təşkil edır.Toplamdə 19.231,02 (On doqquz min iki yüz otuz bir) manat 0.02 qəpik üzrə QSC, MMC-yə 25% xidmət haqqını yəni 4.807,75 (Dörd min səkkiz yüz yeddi) manat 0.75 qəpik ödəniş edəcəkdir. Lakin bu məbləğdən Aprel 2021 cı ildə artıq ödənilmiş 5,10 qəpik çıxılaraq yəni QSC, MMC yə cəmi 4.802,65(Dörd min səkkiz yüz İki) manat 0.65 qəpik manat vəsait ödəniş edəcəkdir. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli aktından və təhvil-təslim aktından görünür ki, "X1" MMC (bundan sonra MMC} və "xxxx" QSC (bundan sonra QSC} arasında bağlanmış xx.xx.2026-cı il tarixli "Hüquqi Xidmət haqqında” müqavilənin 5.1.1 maddəsinə əsasən və 2021-ci ilin Yanvar ayı üzrə MMC- nm göstərdiyi xidmət üzrə borclu müştərilərin QSC-yə etdiyi ıstehlak kreditləri üzrə gen ödənişləri 12.243,28 (On iki min iki yüz qırx üç) manat 0.28 qəpik və 168,69 (Bir yüz altmış səkkiz } ABŞ dollar 0 69 sent təşkil etmişdir və QSC tərəfindən qeyd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında QSC-yə geri ödənişlər 12.243,28 (On İki min iki yüz qırx üç) manat 0.28 qəpik və 168,69 (Bır yuz altmış səkkiz) ABŞ dolları 0.69 sent ,USD Dolların ödəniş gününə ARMB məzənnəsi iiə manat ekvivalenti 286,77 (İki yüz səksən altı ) manat 0.77 qəpik təşkil edir.Toplamda 12.530,05 (On iki min beş yüz otuz } manat 0.05 qopik üzrə QSC, MMC-yə 25% xidmət haqqını yəni 3.132,51 (Üç min bir yüz otuz iki) manat 0.51 qəpik ödəniş edəcəkdir. “X1” MMC-nin xx.xx.2020-ci il tarixli aktından və təhvil-təslim aktından görünür ki, "X1" MMC (bundan sonra MMC} və "xxxx" QSC (bundan sonra QSC} arasında bağlanmış 14 12.2016-cı il tarixli "Hüquqi Xidmət haqqında" müqavilənin 5.1.1 maddəsinə əsasən və 2020-ci ilin Noyabr ayı u2rə MMC- nin göstərdiyi xidmət üzrə borclu müştərilərin QSC-yə etdiyi ıstehlək kreditləri tızrə geri ödənişləri 11.968,00 (On bir min doqquz yüz altmış səkkiz) manat 0.00 qəpik və 478,62 (dord yuz yetmiş səkkiz) ABŞ dolları 0.62 sent təşkil etmişdir və QSC tərəfindən qevd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında QSC-yə geri Ödənişlər 11.968,00 (On bir min doqquz yüz altmış səkkiz) manat 0.00 qəpik və 478,62 (dörd yüz yetmiş səkkiz) ABŞ dolları 0.62 sent USD Dollərm ödəniş gününə ARMB məzənnəsi ilə manat ekvivalenti 813.65 (Səkkiz yüz on üç) manat 0.65 qəpik təşkil edir.Toplamdə 12.781,65 (On iki min yeddi yuz səksən bir) manat 0.65 qəpik üzrə QSC, MMC yə 25% xidmət haqqını yəni 3.195,41 (Üç min bir yüz doxsan beş) manat 0.41 qəpik ödəniş edəcəkdir. -X7 Azərbaycan QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən birgə borclulara kredit müqaviləsi üzrə 2768.25 manat xidmət haqqı 5 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, borclu Cavabdeh1 bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə bank qarşısında borcalan ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Mülki Məcəllənin 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı X7 Azərbaycan QSC ilə kredit müqaviləsi bağlayaraq həmin müqavilə üzrə borcun qaytarılması öhdəliyini götürmüş cavabdehlər öhdəliklərini icra etmədiyindən barələrində borcun tutulmasına dair məhkəmə əmri qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 14.4. maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Mülki iş materiallarına əlavə olunmuş hüquqi xidmət haqqında müqavilədən görünür ki, iddiaçı X7 Azərbaycan QSC kredit müqavilələri üzrə borcların həmin müqavilə tərəflərindən qaytarılmasının təmin edilməsi müqabilində hüquqi yardımın göstərilməsi ilə bağlı -“X1” MMC ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamış və həmin müqavilə əsasında MMC-nin məhkəmə əmri əsasında borc tələbini icra edərək həmin öhdəlik müqabilində MMC-yə xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Nəticədə, hazırki iş üzrə cavabdehlərin bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası hüquqi yardım göstərən -“X1” MMC-nin vasitəsilə təmin edilmiş və hüquqi yardımın göstərilməsinə görə yaranmış cəmi 2768.25 manat xidmət haqqı bank tərəfindən MMCyə ödənilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqları ilə də öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı X7 Azərbaycan QSC məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə müstəqil şəkildə hüquqi yardım göstərən şirkətlərlə müqavilə bağlamış və həmin müqavilələrdən irəli gələn şərtlər əsasında məhkəmə qərarı ilə öhdəlik icra edildiyi təqdirdə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Hüquqi yardım göstərilməsi barədə müqaviləyə uyğun olaraq 2768.25 manat xidmət haqqı iddiaçı X7 Azərbaycan QSC tərəfindən -“X1” MMC-yə ödənilmiş və hazırda, iddiaçı X7 Azərbaycan QSC həmin pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin: 15.2. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 44.1.2.-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin edən məcburi icra orqanları İcra şöbələridir və məhkəmə aktlarının məcburi icrası da məhz icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinə əsasən, məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbinin əsası kim istinad etdiyi halları və ya faktları sübut etmək vəzifəsi daşıyan iddiaçının nümayəndəsi məhkəmə iclasında hüquqi yardımın göstərilməsi öhdəliyinin “X1” MMC-yə həvalə olunsa da həmin MMC tərəfindən icra edilibedilməməsinə dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə də, iddia tələbi sübutetmə vəzifəsi daşıyan iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. İcra haqqında Qanunun: 4.1. maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. 4.2. maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3. maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə qərarlarının icrasının başqa qurumlar, vəzifəli şəxslər, fiziki və ya hüquqi şəxslər tərəfindən icra edilməsinin mümkünlüyü istisna edilməsə də, məhkəmə qərarlarının həmin subyektlər tərəfindən icra edilməsi təcrübəsinə, eyni zamanda, onların bu sahə üzrə səlahiyyətini təsdiq edən Qaydalara rast gəlinmir. Bu səbəbdən də, məhkəmə, məhkəmə orqanları tərəfindən qəbul edilən aktların məhz məcburi icra orqanları, başqa sözlə dövlət tərəfindən tanınmış, səlahiyyəti qanunvericiliklə rəsmiləşdirilmiş – aidiyyəti İcra və Probasiya şöbələri tərəfindən icra edilməsinin mümkünlüyünün nəzərdə tutulması qənaətinə gəlir. Bundan savayı, məhkəmə təcrübəsində tələbkarların məhkəmə aktlarının icrası ilə bağlı hüquqi yardımın göstərilməsinə dair aidiyyəti qurumlara müraciət etməsi nəticəsində göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitləri həmin icra sənədləri üzrə borcluların maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur ki, bu da qanunla yolverilməzdir. Beləliklə də, iddia ərizəsində göstərilən hallara dair iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Bundan əlavə, mülki iş materiallarına əlavə edilmiş müqavilənin 12.2-ci bəndində nəzərdə tutulmuş hüquqi xidmətin göstərilməsinə görə çəkilən xərclərin ödənilməsinin sırf məhkəmə əmrinin icrası ilə bağlı olması barədə borclunun üzərinə öhdəlik qoyulması qeyd olunmamışdır. “X1” MMC tərəfindən iddiaçıya edilən hüquqi yardım tamamilə məhkəmə əmrinin icrası ilə bağlı olmuşdur ki, bu isə dövlət tərəfindən müəyyən edilmiş müvafiq icra qurumlarının səlahiyyətinə aiddir. Müqavilə şərtlərində öhdəliklər aydın, başa düşüləcək tərzdə göstərilməməklə müqavilə tərəfini əlverişsiz şəraitə salmaqla onun üzərinə maliyyə yükünün qoyulması qanunvericilikdən və müqavilə azadlığından suiistifadədir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 126 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar