Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3457/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumunun cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərindən müştərək qaydada cəmi 47443 ABŞ Dolları borcun və məhkəmə xərclərinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu Məmmədli kəndində yerləşən Cavabdeh məxsus 0.06 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 11293.92 manat müəyyən edilməsi,əmlakın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. BakıApellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-6779/2016 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, cərimə borcu azaldılaraq 10000 ABŞ dolları müəyyən edilmiş, həmçinin ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 22000 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsialdıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür. Hazırda Abşeron rayonu Məmmədli kəndində yerləşən Cavabdeh məxsus 0.06 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2017ci il tarixliçıxarış alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən Cavabdeh məxsus 0.06 ha torpaq sahəsinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədəCavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdeh qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərindən müştərək qaydada cəmi 47443 ABŞ Dolları borcun və məhkəmə xərclərinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu Məmmədli kəndində yerləşən Cavabdeh məxsus 0.06 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 11293.92 manat müəyyən edilməsi,əmlakın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin: 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan əmlakda qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3457/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3457/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver