Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3470/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 90000 (doxsan min) manat məbləğində pulun, 360 (üç yüz altmış) manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuşdur. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Maddi vəziyyəti yaxşı olmadığından ondan borca pul istəyib. O da Mirelşənə 60000 (altmış min) manat borca pul vermişdir. Pul verərkən hər ehtimalı nəzərə alaraq pulu ona notariat qaydasında vermişdir. Cavabdeh ondan pulu 4 aylıq borca götürmüşdü və 27 may 2023-cü il tarixə qədər qaytarmalı idi. May 2023-cü il tarixdə cavabdehdən pulunu tələb etdikdə ona 2-3 ay vaxt verməyini xahiş etdi. Münasibəti normal olduğundan ona 2-3 ay vaxt vermişdir. Lakin cavabdeh dediyi vaxtda pulunu qaytara bilməyib. Cavabdeh Bakı şəhərində torpağının olduğunu, onun real qiymətinin 100000 manatdan baha olduğunu, lakin ona 90000 manata sata biləcəyini bildirdi. O, torpaq sahəsinə baxmış və xoşuna gəldiyindən götürmək qərarına gəlmişdir. Torpaq sahəsinin müəyyən sənədlərinin olmadığını görüb, cavabdehə sənədləri tam düzəltməyi və sonda yerdə qalan pulu da verəcəyini bildirmişdir. Lakin cavabdeh sənədləri düzəltməyə pulu olmadığını, yerdə qalan 30000 manat pulu ona verib, o da torpağa çıxarışı alaraq onun adına keçirəcəyinə söz vermişdir. O, cavabdehə inanaraq 30000 manat pulu 4-5 dəfəyə ona vermişdir. Cavabdehin ümumi ona borcu 90000 manat oldu. Üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh nə onun pulunu, nə də ki, torpaq sahəsinin sənədlərini düzəldib onun adına keçirməmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan aldığı 90000 manat pulu geri qaytarmalıdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, iddiaçı 1500 manatı cavabdehin kartına köçürmüşdür. Cavabdehin borcunu ödəməməsindən sonra iddiaçı xəstələnmiş və nitqində qüsur yaranmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddiaçıdan 60000 min manat borc almışdır. Bundan əlavə 1500 manat pulu iddiaçı onun bank kartına göndərmişdir. İddia tələbinin digər hissəsini əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu 60000 manat pulu xx.xx.2023cü il tarixədək qaytarmaq şərtilə borc almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" ASC-də 60000 manat pulu **********0003 saylı hesaba köçürülməsi üçün ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ********* saylı qəbzin surətindən görünür ki, Cavabdeh adına olan 416973******5660 saylı hesaba 1500 manat pul köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçının vəkilinümayəndəsi Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında yazılı borc müqaviləsi əsasında sonuncu 60000 manat borc almışdır. Bundan başqa İddiaçı Cavabdeh bank kartına 1500 manat pul köçürmüşdür. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Lakin aldığı borcu qaytarmadığı üçün hazırda tərəflər arasında mübahisə yaranmışdır İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90000 manat pulun və 360 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) İşdən görünür ki, tərəflər arasında olan yazılı borc müqaviləsinə görə Cavabdeh iddiaçıya hazırda 60000 manat və iddiaçının cavabdehin kartına köçürdüyü məbləğ üzrə 1500 manat borcu vardır. Bu fakt onun məhkəmə iclasındakı etirafı ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 61500 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tələbinin digər, yəni 28500 manat pulun qaytarılması hissəsinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan videogörüntülərdə danışıqların kimə aid olması müəyyən edilməmişdir. Tədqiq edilmiş səs yazısında “Elşən adlı şəxsə 60000 manat bir, 15000 manat bir, 1500 manat bir, ümumilikdə 90000 manat verdiyini bildirmiş, telefonla danışdığı şəxs isə borcu onun vasitəsilə Hacı adlı şəxsə verildiyini və onun borcu qaytaracağına söz verdiyini bildirir.”. İddiaçı həmin səs yazısının Cavabdeh məxsus olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 360 manat pulun 274,5 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 85,5 manat isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 61500 manat və ödənilmiş dövlət rüsumu üçün 274,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 85,5 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3470/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3470/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver