Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-35/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30532,50 manat pul vəsaiti, 182 manat dövlət rüsumu və 1000 manat ekspertiza xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzil 391000 manat qarşılığında İddiaçı tərəfindən əldə olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzilin mövcud vəziyyəti Texniki Pasportda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşmür. Bunun müəyyən olunması üçün məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası aparılmış və Azərbaycan Respublikası “ X2” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı rəy ilə qeyd olunan faktı təsdiq edən bir sıra faktlar müəyyən olunmuşdur. Belə ki, mənzilə baxış zamanı mənzilin hazırki vəziyyəti ilə Texniki Pasportdakı planı müqayisə etdikdə eyni olmadığı müəyyən olunmuşdur. Mənzilin daxilində texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqları sökülərək yerləri dəyişdirilmişdir. Sanitar qovşaqlarından biri 6 saylı otağın daxilində inşa olunmuş, digəri isə mənzilə daxil olduqda dəhlizin sağ tərəfində inşa olunmuşdur. Bununla yanaşı mənzilin texniki pasportu üzrə yerləşən 4 saylı mətbəxin yeri dəyişdirilmişdir. 5 saylı otaq 2 hissəyə bölünmüş, bir hissəsi mətbəx otağı ilə, digər hissəsi isə yataq otağı ilə əvəz olunmuşdur. Mənzildə 8 saylı lociya ilə 5 saylı yaşayış otağı arasındakı arakəsmə divarı sökülmüş, yataq otağının sahəsinə əlavə olunmuşdur. Adıçəkilən rəyə görə, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 238, mənzil 250, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildə "yenidən planlaşdırma" işləri aparılmış, mətbəx otağının yeri dəyişdirilmiş. sanitar qovşaqları sökülərək yerləri dəyişdirilmiş, müəyyən arakəsmə (özyükünü daşıyan) divarlar sökülmüş, yenidən əlavə divarlar inşa olunmuşdur. Bununla yanaşı mənzildə yenidən planlaşdırılma zamanı “Azərbaycan Respublikasının Şəhərsalma və tikintiyə dair X5”nin “AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normaları”-nın "Sanitariya-epidemioloji tələblərin təmin edilməsi" bəndinin qaydaları yolverilməz şəkildə pozulmuş, yeni inşa olunmuş sanitar qovşaqları və mətbəx otağı ventilyasiya şaxtaları olmayan hissələrdə yataq otaqlarının daxilində yerləşdirilmişdir. Belə ki, mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələri mövcud deyildir. Sözügedən sanitar qovşaqları və mətbəx otağı alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyi müəyyən edilmiş, bu da qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir. İnşaat-norma və qaydalarının tələblərinə əsasən mənzildə aşkar olunmuş mübahisəli tikililərin yerlərinin dəyişdirilməsi zəruridir. Lakin mətbəx otağının mövcud sahəsində saxlamaq o halda mümkündür ki, mətbəx otağında yerləşən aspirator avadanlığının üzərindən eyvan istiqamətinə havanın təmizlənməsi üçün ventilyasiya kanalı çəkilməlidir. Rəyə görə qeyd olunan yaşayış sahəsində aşkar olunmuş qüsurlu yolverilməz mövcud tikililərin, yəni sanitar qovşaqlarının sökülərək yerinin tikinti-norma va qaydalanının tələblərinə uyğun olaraq ventilyasiya kanalları olan hissələrə keçirilməsi və mətbəx otağına ventilyasiya kanalının (borusunun) çəkilməsi üçün tərtib olunan smetanın, yəni mənzilin tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmasına görə 30532,50 tələb olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsisini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki iddianı qəbul etmir. Belə ki, cavabdeh tərəfindən mənzildə hər-hansı yenidənqurma işi aparılmamışdır, mənzili əvvəlki mülkiyyətçi X3 hazırki vəziyyətdə almışdır və hər hansı yenidənqurma işi olubsa da, onun bu barədə xəbəri olmamışdır. Bundan başqa, iddiaçı mənzili almamışdan qabaq bir neçə dəfə mənzildə olmuş və mənzilin daxilində hər otağa, otaqların yerləşməsinə baxış keçirmiş və iddiaçı tərəfindən mənzildən istifadəyə dair hər-hansı maneənin olması barədə hərhansı irad, pretenziya bildirilməmiş, xx.xx.2022-ci ildə isə mənzili əldə etmişdir. Bundan 5 ay keçdikdən sonra isə iddiaçı məhkəmədə hazırki iddianı qaldıraraq cavabdehdən əsassız olaraq pul tələb edir. Halbuki, göründüyü kimi, hətta mənzildə hər-hansı yenidənqurma işləri olmuşdusa belə, bunları cavabdeh etməmiş və bunlardan xəbəri olmamış, iddiaçı isə mənzili əldə etməmişdən qabaq mənzilə baxmış və onu gördüyü vəziyyətdə, mövcud təmirli vəziyyətində, o cümlədən, yenidənqurma işləri ilə birlikdə əldə etməyə razı olmuşdur. Təkcə bu hal iddianın tamamilə əsassız olduğunu və mülki hüquqlardan sui-istifadə etməsini göstərir. Odur ki, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kommunal İdarəetmə Xidəti» MMC-nin 06 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2021-ci il tarixində 140,7 kv.m olman 3 saylı mənzili Əhmədov EmilTahir oğlundan təmirli və yaşayışa yararlı vəiyyətdə almışdır. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi R.Babayev tərəfindən imzalanmış Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzilə dair verdiyi **********98-05301-093162 reyestr nömrəli mənzilin texniki pasportundan görünür ki, hüquq subyekti X6r. -Bakı Şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-1019291 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzili 391000 manata alıcı İddiaçı satmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********98-05301-093162 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzil 391000 manat qarşılığında İddiaçı tərəfindən əldə olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23. 23A, 23B, mənzil 250 Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil keçəsi, 23A, M14, m3 ünvanında yerləşən mənzilin mövcud vəziyyəti texniki pasportda göstərilən ölçüləri və layihəsi ilə ilə üst üstə düşmür. Belə ki, texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqlarının və 4 saylı mətbəx otağının sökülərək yerləri dəyişdirilmiş, 5 saylı yaşayış otağı isə 2 hissəyə bölünmüşdür. Hazırki vəziyyətdə adıçəkilən mənzilin əvvəlki, yəni texniki pasportda göstərilən vəziyyətinə qaytarılması üçün 30532,50 manat vəsait tələb olunur. Cavabdeh mənzilin əvvəlki vəziyyətə qaytarılması və ya texniki pasportda göstərilən vəziyyətinə qaytarılması üçün 30532,50 manat 7 gün müddətində İddiaçı ödənilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası “X2” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı rəyindən görünür ki, Aparılmış tədqiqatlar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 250, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin mövcud vəziyyəti texniki pasportda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşmür. Bu onunla izah olunur ki, texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqlarının və 4 saylı mətbəx otağının sökülərək yerləri dəyişdirilmiş, 5 saylı yaşayış otağı isə 2 hissəyə bölünmüşdür. Mövcud plan AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış plan-sxemdə ətraflı şəkildə göstərilmişdir. Mənzildə sonradan aparılmış yenidən planlaşdırma (mübahisəli sanitar qovşaqları və mətbəx otağı) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair X5” nin “AzDTN” 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normaları” nın 3 və 9 saylı bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bu onunla izah olunur ki, -mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələri mövcud deyildir;- sanitar qovşaqları və mətbəx otağı alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyi müəyyən edilmiş, bu da qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir. Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 250, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin əvvəlki vəziyyətinə (yəni texniki pasportda göstərilən vəziyyətinə) qaytarılması üçün-30532.5 manat vəsait tələb olunur.https: //www.instaqram.com/tv/Cqra3t5Fqp6/?iqshid=N|cyZGV|Mzk%3 Dlinkində göstərilmiş 160m2 sahəsi olan mənzil mövcud vəziyyəti üzrə, lociyalann sahəsi 1.0 əmsalı nəzərə alınmaqla - 145.4m2 təşkil edir. Profilaktik tövsiyə: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 250, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildə sözügedən sanitar qovşaqları və mətbəx otağı alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyi müəyyən edilmiş, bu da qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir. Həmin sanitar qovşaqlarının uzunmüddətli istifadəsi alt mərtəbədə yerləşən yataq otaqlarının divarlarında və tavanlarında qüsurların yaranmasına səbəb olacaq. Bu kimi halların qarşısının alınması üçün mənzilin köməkçi sahələrinin mənzilin texniki pasportunda nəzərdə tutulmuş yerlərində saxlanılması məqsədəmüvafiq hesab edilir. Rəyə, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 250, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin ilkin və mövcud vəziyyətini əks etdirən plan-sxem əlavə olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/858 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 21,23,23A,23B mənzil 250 Yeni qaydalarla, ünvan 5 ünvanında yerləşən mənzilin daxilində faktiki olaraq dörd yaşayış otağının olduğunu, lakin qərardadda 3 saylı mənzilin (ümümi sahəsi 140,7 kv.m yaşayış sahəsi 78,9 kv.m yardımçı sahəsi 61,8 kv.m olan 3 otaqlı mənzilin) kimi göstərildiyini nəzərə alaraq hazırki vəziyyəti ilkin sədlərlə üst-üstə düşmədiyi müəyyən edilir. Lakin, mülki iş materiallarında mənzilə dair texniki pasport və layihə sənədləri olmadığından mənzildə aparılmış dəyişikliklərin nədən ibarət olduğunu dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 21,23,23A,23B mənzil 250 Yeni qaydalarla, ünvan 5 ünvanında yerləşən mənzilə dair texniki pasport layihə iş materiallarında olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda aparılmış tədqiqatın dəyəri 100 manat qiymətləndirilişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/8756/2024 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 250, Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 23A, M14 ünvanında yerləşən, İddiaçı məxsus 3 saylı mənzilin hazırkı vəziyyətinin, həmin mənzilə dair olan texniki pasportda göstərilən ölçülərlə üstüstə düşmədiyi müəyyən edilmişdir. Bu onunla izah olunur ki, texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqların və 4 saylı mətbəxin sökülərək yerləri dəyişdirilmiş, 5 saylı yaşayış otağı iki hissəyə bölünmüşdür. Tədqiq olunan mənzildə sanitariya qovşaqlarının yerinin dəyişdirilməsini, mətbəxin yerinin dəyişdirməsini və yeni divarların inşa olunmasını, sanitar qovşaqlarının və mətbəx otağınin ventilyasiya olmayan hissələrdə, yataq otaqlarının daxilində yerləşdirildiyini, mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələrinin mövcud olmadığını, eləcə də sözügedən sanitar qovşaqlarının və mətbəx otağının alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyini nəzərə alaraq, tədqiq olunan mənzildə aşkar edilmiş dəyişiklərin və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair X5 AzDTN 2.7-2 Yaşayış binaları Layihələndirmə Normalarının 3, 9.7 və 9.20 bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzilin texniki pasportdakı vəziyyətə gətirilməsi üçün mənzil üzrə aparılmalı təmir işləri üzrə materialların və işlərin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Eyni zamanda aparılmış tədqiqatın dəyəri 100 manat qiymətləndirilişdir. İşin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh həmin mənzil 391000 manat qarşılığında İddiaçı satmışdır. İddiaçı mənzili əldə etdikdən və orada 4-5 ay təyinatı üzrə istifadədən sonra mənzilin mövcud vəziyyəti Texniki Pasportda göstərilən ölçüləri və layihəsi ilə ilə üst-üstə düşməməsini müəyyən etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya göndərərək mənzilin mövcud vəziyyəti texniki pasportda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşməməsini mənzilin əvvəlki, yəni texniki pasportda göstərilən vəziyyətinə qaytarılması üçün 30532,50 manat vəsait tələb olunmasını göstərmiş, xx.xx.2023-cü ildə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbini mübahisəli mənzildə texniki pasporta uyğun olmayan yenidənqurma işlərinin aparılması ilə əsaslandırılmışdır. İddiaçı tələbini də əsasən Azərbaycan Respublikası “X2” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı rəy üzərində qurmuşdur. Rəydən görünür ki, ekspertiza Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********98-05301-093162 reyestr nömrəli Texniki pasportun əsasında aparılmışdır. Texniki pasporta əsasən sözügedən mənzil 3 otaqdan ibarət olub ümumi sahəsi 140,7 kv.m, yaşayış sahəsi isə 78,9 kv.-dir. Məhkəmə tərəfindən işin hallarının araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında Bakı şəhəri 23 saylı Notariat Ofisində 29 oktyabr 2022-ci il tarixdə 4Ə-1717 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 250 Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 140.7 kv.m, yaşayış sahəsi 78.9 kv.m, yardımçı sahəsi 61.8 kv.m olan 3 otaqlı mənzilin hazırkı vəziyyəti texniki pasportunda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşməsi, düşmürsə dəyişikliklər nədən ibarət olması, 2. Mənzildə əlavə yerdəyişmə və tikililər olmuşdursa, həmin dəyişikliklər layihəyə və tikinti norma və qaydalarının tələblərinə uyğun aparılması, ggər tələblərə uyğun deyilsə mənzilin texniki pasportu və layihəsində göstərilən vəziyyətə qaytarılarılması üçün nə qədər vəsait tələb olunması kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyində Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 21,23,23A,23B mənzil 250 Yeni qaydalarla, ünvan 5 ünvanında yerləşən mənzilin daxilində faktiki olaraq dörd yaşayış otağının olduğunu, lakin qərardadda 3 saylı mənzilin (ümümi sahəsi 140,7 kv.m yaşayış sahəsi 78,9 kv.m yardımçı sahəsi 61,8 kv.m olan 3 otaqlı mənzilin) kimi göstərildiyini nəzərə alaraq hazırki vəziyyəti ilkin sənədlərlə üst-üstə düşmədiyi müəyyən edilməsi, lakin, mülki iş materiallarında mənzilə dair texniki pasport və layihə sənədləri olmadığından mənzildə aparılmış dəyişikliklərin nədən ibarət olduğunu dəqiqliklə müəyyən etmək mümkün olmaması, eləcə də, Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 21,23,23A,23B mənzil 250 Yeni qaydalarla, ünvan 7 ünvanında yerləşən mənzilə dair texniki pasport və layihə iş materriallarında olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmaması göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əvvəlki rəy natamam olduğu üçün təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilərək əlavə olaraq mənzildə lahiyə dəyişlikliyi olmuşdursa həmin dəyişikliyin tikinti texniki normalara cavab verib-verməməsi kimi sual da qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli rəydə 3 saylı mənzilin hazırkı vəziyyətinin, həmin mənzilə dair olan texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edilmiş və bu onunla izah edilmişdir ki, texniki pasportda göstərilən 2 və 3 saylı sanitar qovşaqların və 4 saylı mətbəxin sökülərək yerləri dəyişdirilmiş, 5 saylı yaşayış otağı iki hissəyə bölünmüşdür. Tədqiq olunan mənzildə sanitariya qovşaqlarının yerinin dəyişdirilməsini, mətbəxin yerinin dəyişdirməsini və yeni divarların inşa olunmasını, sanitar qovşaqlarının və mətbəx otağınin ventilyasiya olmayan hissələrdə, yataq otaqlarının daxilində yerləşdirildiyini, mətbəx otağında və sanitar qovşaqlarında hava kənarlaşdırılması və təmizlənməsi məqsədilə sorma kanalları, hava kəmərlərində tənzimlənən ventilyasiya şəbəkələrinin mövcud olmadığını, eləcə də sözügedən sanitar qovşaqlarının və mətbəx otağının alt mərtəbədə yerləşən mənzilin yataq otaqlarının üzərində yerləşdiyini nəzərə alaraq, tədqiq olunan mənzildə aşkar edilmiş dəyişiklərin və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair X5 AzDTN 2.7-2 Yaşayış binaları Layihələndirmə Normalarının 3, 9.7 və 9.20 bəndlərinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublkası Mənzil Məcəlləsinin: 24.1.-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidənplanlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.2.-ci maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir.; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Azərbaycan Respublikasi Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" 272 saylı 24 may 2010-cu il tarixli Fərmanına əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Müəyyən edilmişdir ki, AR Mənzil Məcəlləsinə və Azərbaycan Respublikasi Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" 272 saylı 24 may 2010-cu il tarixli Fərmanına əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq verən və ya sonradan bu işləri rəsmiləşdirməli orqan mənzilin yerləşdiyi ərazi üzrə Yasamal rayon İcra Hakimiyyətidir. İş materiallarında Yasamal rayon İcra Hakimiyyətinə müraciət edilməsi və həmin orqanın yaratdığı qəbul komissiyası tərəfindən yenidən qurulma və (və ya) yenidən planlaşdırılma dair aparılmış tədqiqatın nəticəsi yoxdur. Beləliklə də işin araşdırılmış hallarından görünür ki, mübahisəli mənzildə Cavabdeh heç bir təmir, yenidənqurma işləri aparmamış, aldığı faktiki vəziyyətdə də iddiaçıya satmışdır. İddiaçı mənzili faktiki vəziyyətdə görüb bəyəndikdən sonra alqı-satqı müqaviləsi əsasında onu təhvil almış və mənzildən təyinatı üzrə istifadəsinə başlamışdır. İddiaçı mənzili təhvil alaraq onu təyinatı üzrə istifadəsinə başlayandan sonra qaldırdığı hazırki tələbində mənzilin mövcud vəziyyətinin mənzilin Texniki Pasportunda göstərilən ölçüləri və layihəsi ilə üst-üstə düşməməsi səbəbindən cavabdehdən mənzilin tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmasına görə 30532,50 manat tutulmalı olmasını göstərsə də, işdə olan ekspertiza rəylərində əksini tapmış dəyişikliklərin, yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanın, başqa sözlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair X5 AzDTN 2.7-2 Yaşayış binaları Layihələndirmə Normalarının 3, 9.7 və 9.20 bəndlərinin tələblərinə uyğun olmayan bu işlərin məhz cavabdeh tərəfindən həyata keçirilməsinə dair sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Həmçinin də, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehin onun qarşısında mülki məsuliyyət daşıyıcısı olması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə hazırki iddia tələbi əsaslı olsa belə, məhkəmənin qənaətinə görə iddiaçı mənzili Cavabdeh alsa da, sonuncunun bu tələb üzrə iddiaya cavab verə və cavabdeh ola bilməməsinə diqqət yetirmədən ona qarşı hazırki iddianı qaldırmışdır. Belə ki, işin materiallarından görünür ki, ekspertizaların tədiqat predmeti olmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********98-05301- 093162 reyestr nömrəli Texniki pasport mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X4 adına olmaqla o həmin mənzilin mülkiyyətçisi olmuş və iş materiallarında olan "Kommunal İdarəetmə Xidməti" MMS-nin xx.xx.2023-cü il tarixli arayışından da məlum olur ki, ünvan 8 ünvanında yerləşən 3 saylı mənzili (köhnə qaydada) Cavabdeh X3 təmirli və yaşayışa yararlı vəziyyətdə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olaraq 200 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, "xxxx" MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə ümumi 200 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-35/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-35/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver