Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3521/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsininhakimiMəmmədovElmanTofiqoğlu, İddiaçı BOKT «xxxxxxxxxxxxxx» MMC-ninCavabdehqarşı kredit müqaviləsinin ləğvi və borcun tutulmasıbarədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxxxxxxxx» MMC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçın "Baş ofis" ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Mahmudov əfər oğlunun "xxxxxxxxxxxxxx" MMC-yə olan 482,72 (dörd yüz səksən iki manat 72 qəpik) manat əsas, uz doqquz manat 02 qəpik) manat faiz, 38,48 (otuz səkkiz manat 48 qəpik) manat cərimə faizi olmaqla, cəmi borcu 560.22 (beş yüz altmış manat 22 qəpik) manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat də dövlət rüsumunun cavabdehdən (borclu - Cavabdeh) tutularaq "xxxxxxxxxxxxxx" ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, «xxxxxxxxxxxxxx» MMC-nin Baş Ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsinə əsasən, illik faiz 30 % olmaqla, 12 ay müddətnə 542 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1 №-li əlavəyə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə nuşdur. Cavabdeh xx xxxxxx 2021-ci il tarixinə olan nəticəyə görə əsas və faiz borcunu tam ödəməli olduğu halda, 59,28 manat əsas, 50.39 manat faiz borcu ödəniş etmişdir. Hal-hazırda Cavabdeh con Finance" MMC-yə 482,72 (dörd yüz səksən iki manat 72 qəpik) manat əsas, 39.02 (otuz doqquz manat 02 dk) manat faiz, 38,48 (otuz səkkiz manat 48 qəpik) manat cərimə faizi olmaqla, cəmi borcu 560.22 (beş yüz altmış manat 22 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün müqavilə üzrə 482,72 manat əsas, 39,02 manat faiz borcu və 38 48 manat cərimə faizi alınaraq "xxxxxxxxxxxxxx" MMC-yə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsinin 2.6-ci bəndinə uyğun olaraq "borcalan” ödəniş qrafikinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda gündəlik 0.5 cərimə faizi ödəyir. 3.3.1-ci bəndə görə "BOKT" müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, içinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s və borcalan'm digər daşınar və daşınmaz əmlakları hesabına ödəniləsini tələb edə bilər. 3.3.3-cü bəndə görə bank borcalan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsindən görünür ki, BOKT «xxxxxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 30 % ödəmək şərtilə istehlak yönümlü 542 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan BOKT «xxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT «xxxxxxxxxxxxxx» MMC-yə xx xxxxxx 2020-ci il tarixinə əsas məbləğ üzrə borc 482,72 manat, hesablanmış və ödənilməmiş faiz borcu 39,02 manat, cərimə borcu 38,48 manat olmaqla, cəmi 560,22 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə Cavabdeh kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. «xxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, № 015-İs/AZN-20 saylı kredit müqaviləsi ləğv edilsin və əsas məbləğ üzrə borc 482,72 manat, hesablanmış və ödənilməmiş faiz borcu 39,02 manat, cərimə borcu 38,48 manat olmaqla cəmi 560,22 manat (beş yüz altmış manat iyirmi iki qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhk əməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3521/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3521/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver