Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3522/2024 12.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14090 manat məbləğində pulun, vəkilə çəkilmiş xərcə görə 300 manat pulun və 133 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12400 manat məbləğində pul vəsaitinin, bankdan götürülmüş 4000 manat pul vəsaitinə görə ödənilmiş 2000 manat faiz borcunun, əldən çıxmış fayda qismində 5800 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla, 1740 manat məbləğində pul vəsaitinin, 6600 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla 825 manat məbləğində pul vəsaitinin, həmçinin vəkilə çəkilmiş xərcə görə 300 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı 1992-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, Cavabdeh ilə də məhz həmin illərdə münasibəti yaranmışdır. İddiaçı yaralandığı üçün əlillik dərəcəsi almaq istəmiş, Cavabdeh iddiaçıya bu işdə öz tanışları vasitəsilə kömək edəcəyi barədə söz vermişdir. Bu məqsədlə 28 oktyabr 2017-ci il tarixdə Samux rayonunun Kolayır kəndindəki yaşadığı evdə 1000 manat nağd şəkildə, 04 noyabr 2017-ci il tarixdə pul köçürmə yolu ilə 100 manat, 22 noyabr 2017ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı vasitəsilə pul köçürmə yolu ilə 2000 manat, 29 dekabr 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında nağd şəkildə 1000 manat, 04 yanvar 2018-ci il tarixdə 700 manat, 08 fevral 2018-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı vasitəsilə pul köçürmə yolu ilə 1000 manat olmaqla, ümumilikdə, 5800 manat pul vermişdir. İddiaçı bir müddət gözləsə də Cavabdeh verdiyi vədə əməl etmədiyi üçün 25-ci polis şöbəsinə müraciət etmişdir. Polisdə araşdırma zamanı Cavabdeh söz verərək İddiaçı əlillik dərəcəsi düzəldəcəyini bildirmiş və şikayətini geri götürməsini xahiş etmişdir. İddiaçı da razılaşaraq şikayətini geri götürmüşdür. Sonradan Cavabdeh iddiaçıya bu iş üçün 5800 manatın az olduğunu bildirmişdir. Bu səbəbdən cavabdehin istəyi ilə 2019-cu ilin fevral ayında Samux rayonunda 500 manat, 2019-cu ilin fevral ayında Bakı şəhərində, 5 nömrəli xəstəxanada 500 manat, 2019-cu ilin may ayında Gəncə şəhərində, A.Səhhət adına xəstəxanada 300 manat, 2019-cu ilin iyul ayında Gəncə şəhərində, A.Səhhət adına xəstəxanada 300 manat, 2019-cu ilin noyabr ayında Bakı şəhərində, 5 nömrəli xəstəxanada 500 manat, 2019-cu ilin dekabr ayında Bakı şəhərində, 5 nömrəli xəstəxanada 500 manat olmaqla, ümumilikdə, 2600 manat pulu cavabdehə vermişdir. 2019-cu ilin noyabr ayının sonlarında Cavabdeh iddiaçıya demişdir ki, sənədlər demək olar ki, hazırdır, sadəcə olaraq təsdiq olunması üçün əlavə 4000 manat pul lazımdır. Bu səbəbdən iddiaçı 2019-cu ilin dekabr ayının 2-də "xxxx" ASC-nin Samux rayon filialından 4700 manat kredit götürərək həmin pulun 4000 manatını bank vasitəsilə cavabdehə göndərmişdir. Ümumilikdə, 2017ci və 2019-cu illər ərzində cavabdehə 14000 manat pul vermişdir. Bu pulun 12400 manatını cavabdeh konkret iş görmək adı ilə iddiaçıdan almış, yerdə qalan 1600 manatını isə hər dəfə taksi pulu, yemək pulu və zəhmət haqqı kimi hissə-hissə olmaqla guya əlillik dərəcəsi alması üçün sənəd düzəltdiyi müddət ərzində iddiaçıdan almışdır. Lakin İddiaçı Cavabdeh verdiyi pulun bir hissəsini bankdan götürdüyü üçün banka ödədiyi əlavə faizləri də nəzərə alaraq iddiaçıya dəymiş ziyan, ümumilikdə, 16000 manat təşkil edir. Sonradan İddiaçı Cavabdeh onu aldatdığını başa düşdüyü üçün ona verdiyi pulları tələb etmiş, Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Bir müddət sonra isə Cavabdeh, ümumiyyətlə, pulu verməkdən imtina edərək İddiaçı heç bir aidiyyəti olmadığını demiş və zənglərə cavab verməyərək iddiaçı ilə əlaqəni kəsmişdir İddiaçı, ümumilikdə, Cavabdeh verdiyi 14000 manat məbləğində pulun 7800 manat hissəsini bank vasitəsilə, yerdə qalan 6200 manat hissəsini isə nağd olaraq vermişdir. Təqsirləndirilən şəxs Cavabdeh İddiaçı cəmi 1910 manat pul ödəmiş, qalan pulu isə ödəməmiş və hazırki günədək iddiaçıya heç bir ödəniş etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən narazı qalaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 1(007)-30/2023 nömrəli hökmünün məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və Cavabdeh bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 12400 manat (5800 manat + 6600 manat) pul vəsaitinin Cavabdeh verilməsi öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı 5800 manat pul vəsaitini 2018-ci il tarixdə, 6600 manat pul vəsaitini isə 2021-ci il tarixdə Cavabdeh vermişdir. Bundan başqa yuxarıda qeyd olunan məbləğin 4000 manatını İddiaçı 2019-cu ilin dekabr ayının 2-də "xxxx" ASC-nin Samux rayon filialından götürərək bank vasitəsilə Cavabdeh göndərmiş, həmin kreditə görə 2000 manat faiz ödəmişdir. Bu hadisə ilə bağlı İddiaçı 16000 manat ziyan dəymişdir. Bildirir ki, Cavabdeh 12400 manat məbləğində pul vəsaitinin, bankdan götürülmüş 4000 manat pul vəsaitinə görə ödənilmiş 2000 manat faiz borcunun, əldən çıxmış fayda qismində 5800 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla, 1740 manat məbləğində pul vəsaitinin, 6600 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla 825 manat məbləğində pul vəsaitinin, həmçinin vəkilə çəkilmiş xərcə görə 300 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsini istəyirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, vaxtilə İddiaçı bir dəfə 4000 manat məbləğində pul almış, daha sonra müvafiq çeklər vasitəsilə qeyd edilən məbləğdə pulu iddiaçıya qaytarmışdır. Hesab edir ki, iddiaçı onun barəsində açılmış cinayət işi üzrə təhqiqatçı ilə birləşmiş, ona 14000 manat məbləğində borc hesablanmışdır. Halbuki o, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə qanuni əsaslarla pensiya düzəldəcəkdi. Bildirir ki, o, bankdan götürülmüş borca görə iddiaçıya 2000 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən ona təqribi olaraq cəmi 6000 manat məbləğində pul ödənilmişdir. Halbuki iddiaçı əvvəllər ona, ümumilikdə, 19000 manat pul verdiyini iddia etmişdir. İddiaçı özü bankdan 5000 manat məbləğində kredit götürmüş, ona isə 4000 manat məbləğində pul vermişdir. O, həmin pul məbləğinə görə ödənişlər etmiş, lakin koronavirusa yoluxduğundan sonralar ödəniş edə bilməmişdir. Hazırda onun iddiaçıya təqribən 6700 manat məbləğində borcu vardır və 25 illik xidmətinə görə o, 900 manat məbləğində pensiya alır. Onun iddiaçıdan 14000 manat məbləğində pul aldığının qeyd edildiyi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmündən şikayət versə də təqsirsizliyini sübut edə bilməmişdir. Hesab edir ki, ona haqsızlıq edilmişdir. Göstərilənlər əsasında o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı heç bir səlahiyyəti olmadığı halda hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla İddiaçı 28 oktyabr 2017-ci il tarixdə Samux rayonunun Kolayır kəndində sonuncunun yaşadığı evdə 1000 manat, 04 noyabr 2017-ci il tarixdə İddiaçı tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 100 manat pul vəsaitini “Unibank" KB ASC-nin ünvan 2 ünvanında yerləşən İnşaatçılar filialından, 22 noyabr 2017-ci il tarixdə "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 2000 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən İnşaatçılar filialından, 29 dekabr 2017-ci il tarixdə İddiaçı ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının yaxınlığında 1000 manat, 04 yanvar 2018-ci il tarixdə İddiaçı tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 700 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən İnşaatçılar filialından, 08 fevral 2018-ci il tarixdə İddiaçı tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 1000 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən İnşaatçılar filialından, ümumilikdə isə İddiaçı məxsus 5800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı etibarından sui-istifadə və aldatma yolu ilə 5800 manat məbləğində pul vəsaitini ələ keçirib sonuncudan yayındıqdan sonra İddiaçı tərəfindən onun cinayətkar hərəkətləri barədə 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət etməklə Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsində araşdırma aparılmasını bilib təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı polis orqanlarına etdiyi şikayət ərizəsini geri götürəcəyi təqdirdə hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yenidən yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla İddiaçı 2019-cu ilin fevral ayında Samux rayonunda 500 manat, 2019-cu ilin fevral ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin may ayında ünvan 4 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin iyul ayında ünvan 4 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər Kliniki xəstəxanasının qarşısında 500 manat, 02 dekabr 2021-ci il tarixdə İddiaçı tərəfindən “Xəzri” ödəniş sistemi vasitəsilə köçürülmüş 4000 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən "xxxx" ASCnin filialında, ümumilikdə isə İddiaçı məxsus 6600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə İddiaçı xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin sözügedən hökmdə qeyd edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində təqsirləndirilən şəxs Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin məbləğini 14000 manat kimi göstərsə də cinayət əməli nəticəsində ona dəymiş zərərin miqdarı 12400 manat müəyyən edilmişdir, 1600 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi isə istisna edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli,1(007)-30/2023 nömrəli hökmünün məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1666858A185 nömrəli kredit müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) görünmüşdür ki, bank tərəfindən İddiaçı 32 ay müddətinə illik 26,9 faiz hesablanmaqla 5000 manat məbləğində kredit verilmiş və sözügedən kredit müqaviləsi üzrə 2063,45 manat məbləğində faiz borcu hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 11 dekabr 2024cü il tarixli, 2024/111/32830 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə aralarında 5000 manat məbləğində rəsmiləşdirilmiş GTKR1666858A185 nömrəli kredit müqaviləsi üzrə əsas borc 2377,59 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı heç bir səlahiyyəti olmadığı halda hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə İddiaçı məxsus 5800 manat, daha sonra isə 6600 manat olmaqla, ümumilikdə, 12400 manat məbləğində pul vəsaitini alması faktı, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmü ilə təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmü müvafiq olaraq apellyasiya və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddia tələbinin bankdan götürülmüş 4000 manat pul vəsaitinə görə ödənilmiş 2000 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1666858A185 nömrəli kredit müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) göründüyü kimi bank tərəfindən İddiaçı 32 ay müddətinə illik 26,9 faiz hesablanmaqla 5000 manat məbləğində kredit verilmiş və sözügedən kredit müqaviləsi üzrə 2063,45 manat məbləğində faiz borcu hesablanmışdır. Buradan aydın olur ki, İddiaçı Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmündə qeyd edilmiş 6600 manat məbləğində ödəniş etmək üçün "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürmüş, lakin qeyd edilən pulun 4000 manat məbləğində hissəsi cavabdehə verilmiş, həmçinin məhkəmə iclasında cavabdeh iddiaçıdan 4000 manat məbləğində pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmçinin "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, GTKR1666858A185 nömrəli kredit müqaviləsinə əsasən 2063,45 manat məbləğində faiz borcunun hesablanmasına baxmayaraq iddiaçı bankdan götürdüyü kredit məbləğinə görə yaranmış faiz borcunun 2000 manat hissəsinin Cavabdeh tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, bankdan götürülmüş 4000 manat pul vəsaitinə görə ödənilmiş 2000 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə iddiaçı cavabdehin ondan əldə etdiyi 5800 manat məbləğində pul vəsaitinə illik 5%-lə hesablanmış 1740 manat əldən çıxmış faydanın Cavabdeh tutulub ona ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda qismində 5800 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla, 1740 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin 6600 manat pul vəsaitinə münasibətdə illik beş faiz olmaqla 825 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 6600 manat məbləğində pul vəsaitinin 4000 manat hissəsi ilə bağlı yuxarıda qiymət verildiyindən,qalan 2600 manata münasibətdə illik beş faiz olmaqla 3 il müddətinə hesablanmış 390 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(007)-30/2023 saylı, 04 may 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12400 manat maddi ziyandan 1910 manatını qaytarsa da qeyd edilən məbləğin qalan hissəsini qaytarmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh ümumilikdə 14620 manat tutularaq İddiaçı ödənilməlidir (12400 manat + 2000 manat + 1740 manat + 390 manat – 1910 manat = 14620 manat). İddia tələbinin vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun və 133 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində vəkil xərci və 133 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 14620 manat pul vəsaiti, 300 manat məbləğində vəkil xərci və 133 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3522/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3522/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver